Avropa
Şurasının İnsan
hüquqları üzrə
komissarı Ermənistandan
olan bir qrup azərbaycanlı qaçqınla görüşüb
Avropa Şurasının
İnsan hüquqları
üzrə komissarı
Dunya Miyatoviç oktyabrın 23-də Qərbi
Azərbaycan İcmasını
ziyarət edib, icma rəhbərliyi və Ermənistandan olan bir qrup
azərbaycanlı qaçqınla
görüş keçirib.
AZƏRTAC xəbər verir ki, icmanın
Gənclər Birliyinin
sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov və digər rəhbər şəxslərlə keçirilən
görüş zamanı
azərbaycanlıların Ermənistandan
zorla qovulması barədə geniş məlumat verilib, bu insan hüquqları
pozuntusu ilə bağlı beynəlxalq ictimaiyyətin təcili tədbir görməli olduğu vurğulanıb.
İcma nümayəndələri
Ermənistanın oradan
azərbaycanlıları qovmaqla
və onların geri qayıtmasına əngəl törətməklə
beynəlxalq hüququ,
o cümlədən Avropa
Şurasının İnsan
hüquqları konvensiyalarını
kobud şəkildə
pozduğunu diqqətə
çatdırıblar. Bu
baxımdan Avropa Şurasının Parlament
Assambleyasının Ermənistan
üzrə həmməruzəçilərinin
və İnsan hüquqları komissarının
məsələ ilə
məşğul olmalarına
böyük zərurət
yarandığı qeyd
edilib, qayıdış
hüququ məsələsində
etnik əsasda ayrı-seçkiliyin yolverilməz
olduğu vurğulanıb.
İcma nümayəndələri
bildiriblər ki, Qərbi Azərbaycan İcması məsələnin
sülh və ədalətli həlli üçün Ermənistan
hökuməti ilə
dialoqa hazırdır.
İcma xanım Miyatoviçi Ermənistandan
qovulmuş azərbaycanlıların
öz evlərinə qayıtmasına dəstək
verməyə, o cümlədən
baş vermiş pozuntularla bağlı qərəzsiz araşdırma
aparmağa, Ermənistana
tematik səfərlər
təşkil etməyə
və bu dövlətə təzyiq
göstərməyə çağırıb.
Daha sonra Miyatoviç Ermənistandan
olan bir qrup azərbaycanlı qaçqın ilə görüş keçirib.
Qaçqınlar Ermənistandan
zorla çıxarılma
ilə bağlı xatirələrini bölüşüb,
orada azərbaycanlılara
məxsus qəbiristanlıqların,
tarixi abidələrin
dağıdılması, deportasiya
zamanı 200-dən artıq
azərbaycanlının öldürülməsi
kimi faktları diqqətə çatdırıblar.
Vedi rayonundan olan professor Gülçöhrə Məmmədova,
Böyük Qarakilsədən
olan Əli Eyvazov və digərləri azərbaycanlılara
qarşı törədilmiş
müsibətlər haqqında
ətraflı məlumat
veriblər.
Basarkeçər rayonundan
olan icmanın Ağsaqqallar Şurasının
sədri akademik Əhliman Əmiraslanov bildirib ki, Ermənistandan
qovulmuş azərbaycanlılar
35 ildir qayıdışı
gözləyirlər. Vətənsiz
keçən hər bir günün qaçqınların iztirablarını
daha da artırdığını
qeyd edən natiq Ermənistandan azərbaycanlıların qovulmasının
üstündən xeyli
vaxt keçib deyərək, bu məsələni ikinci plana keçirməyin qəbuledilməz olduğunu
vurğulayıb.
Xanım Miyatoviç qaçqınların, o cümlədən Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun əhəmiyyətini başa düşdüyünü qeyd edərək, bu məsələnin həllinin siyasi iradə tələb etdiyini bildirib. O öz mandatı və regiona səfərinin məqsədləri barədə məlumat verib. Həmçinin qaldırılan məsələlərlə öz səlahiyyətləri çərçivəsində məşğul olacağını qeyd edib.
Azərbaycan.-2023.-
24 oktyabr, № 232.- S.6.