Parisin avantüraları İrəvanın
başında çatlayacaq
Fransanın Ermənistana
hərbi dəstək
verməsi yenilik deyil. Paris işğal dövründə də İrəvanla əməkdaşlıq
edib. Bu ölkə müharibə
və postmüharibə
dövründə Ermənistanın
hərbi arsenalının
genişləndirilməsinə kömək göstərib.
Görünən odur
ki, Fransa Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpasında
maraqlı deyil. Əksinə, revanşizmə
təkan verməklə
regionda vəziyyətin
pisləşməsi üçün
əlindən gələni
edir.
Milli Məclisin
deputatı Elman Nəsirov qəzetimizə
açıqlamasında qeyd
edib ki, Fransanın birmənalı
şəkildə Ermənistanı
müdafiə etməsi
yeni hadisə deyil. Lakin son
zamanlar bu prosesi daha radikal
aparmağa başlayıb.
"Fransanın xarici
işlər naziri Katrin Kolonnanın Ermənistana son səfəri zamanı söylədiyi fikirlər
indi reallaşmağa başlayıb. O, Ermənistanın
təhlükəsizliyi məsələsinin
Fransa üçün
strateji əhəmiyyət
kəsb etdiyini və bu məntiqlə
də Ermənistanla hərbi-texniki əməkdaşlıq
sahəsində müqavilə
imzalamağı planlaşdırdıqlarını
bildirmişdi. Fransanın
müdafiə naziri də bildirib ki, yaxın zamanda bu istiqamətdə
həlledici addımlar
atılacaq və Ermənistanı məhz Fransa silahlandırmağa başlayacaq", - deyə
deputat bildirib.
Elman Nəsirov
deyib ki, Fransa regionda sülhün və təhlükəsizliyin təmin
olunmasında maraqlı
olmadığını hər
addımında sübut
edir: "Fransa Ermənistanı silahlandırmaqdan
əl çəkmir.
Görünən odur
ki, rəsmi Paris qarşıdakı illərdə
yeni müharibə ocağının yaradılması
üçün çalışır.
Beləliklə, Afrikadan
hər gün bir az qovulan
Fransa kompensasiya olaraq məkan baxımından Cənubi Qafqazı, bir qədər də konkretləşdirsək, Ermənistanı
özü üçün
seçib. Ona görə də Ermənistandan sui-istifadə
edərək regionda öz maraqlarını təmin edir".
Deputatın dediyinə
görə, Fransa belə davranışlar sərgiləməklə Cənubi
Qafqazı dünyanın
ən qaynar nöqtələrindən birinə
çevirmək istəyir:
"Hazırda ərazilərində
müharibə gedən
İsrail, Fələstin,
Rusiya və Ukraynanın sıralarında
Cənubi Qafqazı da görmək istəyir. Ermənistan dövləti, onun ali siyasi rəhbərliyi
isə Fransanın bu riyakar məqsədinin
reallaşması üçün
əlindən gələn
hər şeyi edir".
Elman Nəsirov
həmçinin bildirib
ki, Fransanın bütün bu cəhdləri Azərbaycanın
əldə etdiyi uğurlara kölgə salmaq, nailiyyətlərimizin
qarşısını almaq
potensialında deyil. Çünki bizim işimiz haqq işidir və Azərbaycanın heç
bir dövlətin torpağında gözü
yoxdur. Biz öz ərazi bütövlüyümüzü təmin etmişik, qoruyuruq və bizə ünvanlanmış
istənilən təhlükəni
rədd etmək imkanına sahibik. Fransa isə bu son davranışları
ilə bir daha öz mahiyyətini
ortaya qoyur.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
24 oktyabr, № 232.- S.7.