Gəncə Dövlət
Dram Teatrı İstanbulda V Maltəpə Beynəlxalq Teatr
Festivalında iştirak edib
Türkiyədə Avrasiya Teatrlar Birliyinin təşkilatçılığı ilə keçirilən və Maltəpə Bələdiyyəsinin dəstəyi ilə gerçəkləşən festivalda Gəncə Dövlət Dram Teatrı da iştirak edib.
Festivalda rejissor
Tural Mustafayevin quruluşunda E.Loneskonun
"Kral ölüb" tamaşası nümayiş olunub.
Tamaşada əsas
rolları Əməkdar artistlərdən Elxan Abbasov, İlham
Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova və
aktyorlar Günay Cabbarova, Ruslan Hüseynov ifa ediblər.
Kral Beranje rolunu
oynayan Elxan Abbasov festivalın yekununda "Ən yaxşı
kişi aktyoru" nominasiyasında mükafata layiq
görülüb. Teatrın direktoru Aqil Bəhramlı isə
münsiflər heyətində yer alıb.
Festival zamanı
Avrasiya Teatrlar Birliyinin toplantısı keçirilib.
Toplantıda qurumun Azərbaycan üzrə təmsilçisi,
teatrın aktyoru Yusif Cəfərov da iştirak edib.
Festivalda ölkəmizlə
yanaşı, Türkiyə, Şimali Kipr, Gürcüstan,
Özbəkistan, Qazaxıstan, Qırğızıstan,
Portuqaliya, ümumilikdə 20-dək ölkə təmsil
olunub.
Azərbaycan.-2023.-24
oktyabr, №232.-S.11.