Hərbi təlim yüksək peşəkarlığı və
bacarığı nümayiş
etdirir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 24-də
Türkiyə Respublikasının
milli müdafiə naziri Yaşar Güləri qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin
bütün istiqamətlərdə
olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı. Bu baxımdan ölkəmizin
müxtəlif yerlərində
“Mustafa Kamal Atatürk - 2023” Azərbaycan-Türkiyə
birgə taktiki təliminin keçirilməsindən,
təlim zamanı yüksək peşəkarlığın
və bacarığın
nümayiş etdirilməsindən
məmnunluq ifadə olundu.
Türkiyə Respublikasının
milli müdafiə naziri bu təlimlərin
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığını
vurğuladı.
Söhbət zamanı Azərbaycanın və Türkiyənin dövlət
başçılarının mütəmadi görüşlərinin
və təmaslarının
münasibətlərimizin inkişafında
rolu qeyd olunaraq, bu ilin
sentyabrında Türkiyə
Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın Naxçıvana
səfərinin əhəmiyyətinə
toxunuldu.
Görüşdə Azərbaycanın ötən
ay həyata keçirdiyi antiterror tədbirləri nəticəsində
ölkəmizin suverenliyinin
tam bərpa olunduğu xüsusi qeyd edildi.
Söhbət zamanı Yaşar Gülərin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına, o cümlədən hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirildi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2023.-25
oktyabr, №233.-S.2.