İsveçrə
şirkətləri işğaldan
azad olunmuş ərazilərdə yenidənqurma
layihələrində fəal
iştirak edirlər
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də
İsveçrə Konfederasiyasının
ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Tomas Ştelin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir
etimadnaməsini Prezident
İlham Əliyevə
təqdim etdi.
Sonra dövlətimizin
başçısı səfirlə
söhbət etdi.
Azərbaycan Prezidenti
ikitərəfli münasibətlərimizin
istər siyasi, istərsə də iqtisadi sahələrdə
uğurla inkişaf etdiyini bildirərək, özünün Dünya İqtisadi Forumuna səfərləri zamanı
İsveçrənin dövlət
başçıları ilə
mütəmadi görüşlərinin
əməkdaşlığın müzakirəsi baxımından
önəmini qeyd etdi.
Ticarət, iqtisadiyyat,
energetika sahələrində
əməkdaşlığın səviyyəsindən məmnunluğunu
bildirən Prezident İlham Əliyev İsveçrə şirkətlərinin
Azərbaycanda uğurlu
fəaliyyətinə toxundu,
onların işğaldan
azad edilmiş ərazilərimizdə yenidənqurma
layihələri ilə
bağlı fəal işlədiklərini vurğuladı
və bu istiqamətdə yaxşı
əməkdaşlığın olduğunu bildirdi.
Dövlətimizin başçısı
işğaldan azad edilmiş ərazilərdə
insanların rahat yaşaması üçün
müasir texnologiya, yaşıl enerji, “ağıllı kənd” konsepsiyalarının həyata
keçirildiyini deyərək,
bunların əməkdaşlığımızda
yeni istiqamətlər
yaratdığını vurğuladı.
Azərbaycan Prezidenti,
eyni zamanda, SOCAR-ın İsveçrədəki
fəaliyyətini, İsveçrə
şirkətlərinin Azərbaycan
iqtisadiyyatına investisiya
qoymasını biznes sahəsində əlaqələrimizin
yaxşı göstəricisi
kimi dəyərləndirdi.
Prezident İlham
Əliyev qarşıdan
gələn illərdə
əməkdaşlığın daha da genişlənəcəyinə
və güclü tərəfdaşlıq əlaqələrinin
həyata keçiriləcəyinə
ümidvar olduğunu bildirdi.
Səfir, ilk növbədə, Qarabağa
səfərinə toxunaraq,
orada gedən yenidənqurma işləri
ilə tanış olduğunu qeyd etdi, İsveçrə şirkətlərini buraya
dəvət etmək istəyində olduğunu
dedi.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının
inkişafında İsveçrə
şirkətlərinin fəal
iştirak etdiyini bildirən Tomas Ştel bu sahədə
əməkdaşlığın genişləndirilməsi üçün
yaxşı potensialın
olduğunu vurğuladı.
Azərbaycan ilə artıq 20 ilə yaxındır ki, əməkdaşlıq proqramının həyata keçirildiyini bildirən səfir İsveçrə şirkətlərinin Azərbaycanda makroiqtisadi sahədə, eləcə də maliyyə və özəl sektorların inkişafındakı fəaliyyətlərini məmnunluqla qeyd etdi.
Azərbaycan.-2023.-25 oktyabr, №233.-S.2.