Latviya ilə münasibətlərin
uğurlu inkişafına
real əsaslar var
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 24-də
Latviya Respublikasının
ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Edqars Skuyanın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir
etimadnaməsini Prezident
İlham Əliyevə
təqdim etdi.
Sonra dövlətimizin
başçısı səfirlə
söhbət etdi.
Prezident İlham
Əliyev ikitərəfli
münasibətlərimizin zəngin
tarixə malik olduğunu qeyd edərək, qarşılıqlı
təmasların, xüsusilə
dövlət başçılarının
səfərlərinin əməkdaşlığımızın
genişlənməsi işinə
verdiyi töhfəni vurğuladı.
Dövlətimizin başçısı iqtisadi əlaqələrə toxunaraq, ticarət, investisiya və digər sahələrdə daha geniş imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirdi.
Azərbaycan Prezidenti
ölkələrimizin müstəqilliyini
bərpa etdikdən sonrakı dövrdə bir-birini dəstəkləməsinin
önəmini qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, parlamentlərarası
əməkdaşlığın da əlaqələrimizin möhkəmlənməsində roluna toxundu, xalqlar arasında təmasların əhəmiyyətini
vurğuladı.
Dövlətimizin başçısı
ikitərəfli münasibətlərimizin
gələcəkdə də
uğurla inkişaf edəcəyinə ümidvar
olduğunu bildirdi.
Ölkəmizdə göstərilən
yüksək qonaqpərvərliyi
qeyd edən səfir Azərbaycanın
gözəlliyinin və
burada gedən inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını dedi.
Edqars Skuya dövlətimizin başçısına
Latviya Prezidentinin ölkəsinə rəsmi
səfərlə bağlı
dəvətini çatdırdı.
Prezident İlham
Əliyev dəvəti
minnətdarlıqla qəbul
etdi.
Görüşdə Azərbaycan ilə Latviyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edildi, Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanda əlaqələndirici funksiyasını yerinə yetirməsindən məmnunluq ifadə olundu, Azərbaycan ilə NATO arasında əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulandı. Həmçinin Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı ilə əlaqələrinin inkişafında üzv dövlət olaraq Latviyanın verdiyi dəstək yüksək qiymətləndirildi.
Azərbaycan.-2023.-25 oktyabr, №233.-S.2.