Nazirlər
Kabinetində Böyük
Qayıdışa dair
I Dövlət Proqramının
icrası üzrə görülmüş işlər
müzakirə olunub
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə
təsdiq olunan “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı”nın icrasına nəzarətin
və hesabatlılığın
həyata keçirilməsi
və tədbirlərin
icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının
Prezidentinə məlumatın
verilməsi Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılıb.
Bu tapşırıqdan
irəli gələrək
oktyabrın 24-də Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədovun rəhbərliyi
ilə “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı”nın icrası
üzrə nəzarət
tədbirlərinin nəticələri
haqqında iclas keçirilib.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
iclasda Dövlət Proqramının icrasına
məsul olan aidiyyəti dövlət qurumlarının rəhbərləri
və işğaldan azad olunmuş ərazilərdə Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndələri
iştirak ediblər.
İclasda Dövlət
Proqramında nəzərdə
tutulmuş müvafiq tədbirlərin icrası
üzrə işlərin
gedişinə nəzarətin
birbaşa operativ və səmərəli təmini məqsədilə
yaradılmış çoxfunksional
interaktiv (onlayn rejimdə kamera və peyk xəritələri)
Elektron Portalın təqdimatı (boyukqayidish.gov.az) keçirilib, İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin icraçı
direktoru Vüsal Qasımlı 2023-cü ilin
birinci yarımilliyi üzrə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın
icrası istiqamətində
aparılmış monitorinq
və qiymətləndirmənin
nəticələri barədə
hazırlanmış Hesabatla
çıxış edib.
Sonra iclasda işğaldan azad edilmiş ərazilərdə
Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndələri tərəfindən
görülən işlər
barədə məlumat
verilib və hesabatla bağlı ətraflı müzakirələr
aparılıb.
Müzakirələr zamanı Böyük Qayıdışa dair I Dövlət Proqramının
icrası zamanı müşahidə olunan əsas çətinliklər
və növbəti müddətdə diqqət
yetirilməli istiqamətlər
vurğulanıb.
İclasın yekununda “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində aparılmış monitorinq və qiymətləndirmənin nəticələri barədə hazırlanmış hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi, habelə Dövlət Proqramının növbəti icra mərhələsində işlərin operativ, vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, həmçinin layihələrin icrası prosesində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
Azərbaycan.-2023.-25 oktyabr, ¹233.-S.2.