Elçin Əmirbəyov: Cənubi Qafqazın problemləri, ilk növbədə, region ölkələrinin özləri tərəfindən həll olunmalıdır

 

Cənubi Qafqazın problemləri, ilk növbədə, region ölkələrinin özləri tərəfindən həll olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə axşamı BBC-nin canlı efirində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

O qeyd edib ki, “3+3” məşvərətçi regional platformasının təsis edilməsi ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra irəli sürülüb. Bu təşəbbüsün məqsədi fəal regional əməkdaşlıq üçün mövcud olan ciddi potensialdan istifadə olunması Cənubi Qafqazın üç dövləti, habelə onların yaxın qonşuları - Türkiyə, Rusiya İran arasında ticarət, nəqliyyat kommunikasiyaları, enerji təhlükəsizliyi, mədəniyyət, elm başqa sahələrdə praktiki qarşılıqlı fəaliyyətin təmin edilməsidir.

Formatın iştirakçıları oktyabrın 23-də Tehranda keçirilən ikinci görüş əsnasında region ölkələrinin regional məsələlərin həllində başlıca rol oynamalı olduqları üzrə vahid rəy ifadə ediblər həmin kontekstdə bu strateji cəhətdən mühüm regionun gələcəyinin formalaşdırılması işində iştiraklarını cəlb olunmalarını möhkəmləndirmək niyyətindədirlər. Bu mənada həmin ölkələrin regiondan kənar oyunçuların regiona aid məsələlərə zərərli müdaxiləsinə qarşı çıxmaları təbiidir. Bununla yanaşı, sonuncular tez-tez özlərinin qərəzli daxili siyasət mülahizələrindən çıxış edərək, hazır reseptlərini Cənubi Qafqaz ölkələrinə sırımaq istəyirlər. Təəssüf ki, onlar yalnız regionda gərginliyi artırır beləliklə, uzunmüddətli sülhə nail olunması prosesini pozurlar.

Elçin Əmirbəyov sözlərinə davam edərək bildirib ki, Azərbaycana gəldikdə, bu, BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Parlamenti hətta Frankofoniya Beynəlxalq Təşkilatında özünün aparıcı rolundan sui-istifadə edən Fransanın timsalında daha aydın şəkildə müşahidə olunur.

Daim qərəzli, birtərəfli açıq-aşkar anti-Azərbaycan təşəbbüsləri irəli sürən Paris, təəssüf ki, özünün daxili siyasət gündəliyinin girovuna çevrilir, beləliklə, təkcə özünün deyil, həm Ermənistan-Azərbaycan normallaşmasında potensial vasitəçi olan Avropa İttifaqının nüfuzuna da xələl gətirir.

Elçin Əmirbəyov sonda deyib: “Elə bu yaxınlarda Ermənistana kütləvi şəkildə silah texnika tədarükünün başlamasını elan edən Fransa regionda sülh təhlükəsizlik baxımından öz siyasətinin əvvəlcədən yetərincə proqnozlaşdırıla bilən təhlükəli nəticələrinə məhəl qoymayaraq, konfrontasiya Cənubi Qafqazda gələcək silahlanma yoluna ayaq basıb.

 

Azərbaycan.-2023.-25 oktyabr, №233.-S.2.