İcmal
büdcənin qeyri-neft
baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin
və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin
ortamüddətli dövr
üzrə hədəflənən
yuxarı hədlərinin,
habelə 2024-cü ilin
sonuna hədəflənən
icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı
həddinin müəyyən
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Büdcə sistemi
haqqında" Azərbaycan
Respublikası Qanununun 11-1.2-ci maddəsinə
uyğun olaraq qərara alıram:
1. İcmal büdcənin
qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli
dövr üzrə hədəflənən yuxarı
həddi 17,5 faiz,
2024-cü ilin sonuna isə 24,0 faiz müəyyən edilsin.
2. Dövlət borcunun
ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli
dövr üzrə hədəflənən yuxarı
həddi 30,0 faiz müəyyən edilsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
25 oktyabr, № 233.- S.2.