Milli
Məclisin sədri
3-cü Dayanıqlı İnkişaf
Məqsədləri Dialoqunun
iştirakçıları ilə görüşüb
Oktyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən “2023-cü il
Qlobal Dayanıqlı İnkişaf Məqsədləri
(DİM) Sammitinin Nəticələri
və DİM-lərin
həyata keçirilməsində
Ali Audit Qurumların rolu” adlı 3-cü DİM Dialoqunun
iştirakçıları ilə görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən
spiker “Dayanıqlı
İnkişaf Məqsədlərinin
həyata keçirilməsində
Ali Audit Qurumlarının rolu”na dair Bakıda keçirilən tədbirin
aktual mövzuya həsr edildiyini qeyd edib. Spiker
bu tədbirin həm Dayanıqlı İnkişaf Məqsədlərinin
reallaşdırılmasına, həm də bu audit qurumları
arasında əməkdaşlığın
gücləndirilməsinə töhfə verəcəyinə
inamını ifadə
edib.
Sahibə Qafarova
bildirib ki, müasir dövrümüzdə
dünya bir çox problemlərlə,
çağırışlarla üzləşir və ölkələr üçün
ciddi maneələr yaranır. Bu mənada, 2015-ci ildə
BMT çərçivəsində qəbul edilmiş “2030-cu ilədək dayanıqlı
inkişaf sahəsində
Gündəlik” və
Dayanıqlı İnkişaf
Məqsədləri ölkələrin
sosial-iqtisadi cəhətdən
dayanıqlı inkişafı,
üzləşdikləri problemlərin
sistemli həlli üçün nəzərdə
tutulmuş mühüm
alətlərdir.
Spiker qeyd edib ki, Azərbaycan
da “Dayanıqlı İnkişaf üzrə
2030-cu il Gündəliyi”nin
həyata keçirilməsi
istiqamətində ardıcıl
fəaliyyət göstərir.
Təkcə onu demək kifayətdir ki, Azərbaycan BMT-yə üç Könüllü Milli İcmal Hesabatı təqdim etmiş və bununla da öz regionunda
birinci, dünyada isə ilk 12 ölkədən biridir. Dayanıqlı İnkişaf
Məqsədlərinin həyata
keçirilməsi üçün
parlament də qanunvericiliyə lazımi dəyişikliklər edir.
Sahibə Qafarova
bildirib ki, audit qurumlarının Bakıda təşkil olunan dialoq formatında
əməkdaşlığı xüsusən aktualdır.
Bu, Dayanıqlı İnkişaf Məqsədlərinin
həyata keçirilməsində
dövlət vəsaitlərinin
məqsədyönlü istifadəsi,
həmçinin şəffaflığın
artırılması və
hesabatlılığın təmin edilməsi baxımından əhəmiyyət
daşıyır.
Milli Məclisin
sədri Azərbaycanda
Hesablama Palatasının
fəaliyyətini və
parlamentlə əməkdaşlığını
yüksək qiymətləndirib.
Diqqətə çatdırıb
ki, Palatanın Milli Məclisə illik hesabat verən,
daimi fəaliyyət göstərən, kənar
dövlət maliyyə
nəzarətini həyata
keçirən ali audit orqanı kimi büdcə prosesindəki iştirakı
onun parlamentlə əməkdaşlığının xüsusi bir istiqamətidir.
Spiker qeyd edib ki, ölkəmiz
öz ərazilərini
Ermənistanın 30 illik
işğalından azad
etdikdən sonra hazırda bu ərazilərdə böyük
yenidənqurma və bərpa işləri həyata keçirilir. “Ağıllı şəhər”
və “ağıllı
kənd” layihələri
icra olunur. Artıq bu ərazilərdə
üçüncü hava
limanının tikintisi
başa çatmaq üzrədir. Bu proses də Dayanıqlı İnkişaf
Məqsədlərinin həyata
keçirilməsi ilə
sıx bağlıdır
və burada da Hesablama Palatasının
üzərinə böyük
vəzifə düşür.
Sahibə Qafarova
diqqətə çatdırıb
ki, bu ərazilərdə
Ermənistan tərəfindən
30 il ərzində 1 milyondan artıq minanın basdırılması
aparılan işlərə
maneə törədir
və bu minalar insan itkisinə
səbəb olur. Azərbaycan Ermənistana sülh müqaviləsinin
imzalanmasını təklif
etsə də, hələlik nəticə
yoxdur. İnanırıq
ki, bu sülh
müqaviləsinin imzalanması
bütün Cənubi
Qafqazın inkişafına
öz təsirini göstərəcək.
Görüşdə Türkiyə, Qırğızıstan,
Braziliya və Belarusun Hesablama palatalarının sədrləri
Metin Yener, Almazbek Akmatov, Ualton Alenkar Rodrigez və Dmitri Basko Azərbaycanda
olmalarından məmnunluqlarını
ifadə ediblər. Onlar 3-cü DİM Dialoqunun
ölkəmizdə yüksək
səviyyədə təşkilinə
görə Azərbaycan
tərəfinə minnətdarlıqlarını
ifadə ediblər. Bildirilib ki, bu cür toplantılardan
çıxarılan nəticələr,
qarşılıqlı təcrübə
mübadiləsi audit qurumlarının gələcək
fəaliyyəti üçün
faydalı olacaq. Qonaqlar bu il
Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması münasibətilə
təbriklərini çatdırıblar.
Sonra görüşdə iştirak edən Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov görüşün təşkilinə görə təşəkkürünü bildirib, Bakıda keçirilən tədbirin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəyinə inamını ifadə edib.
Azərbaycan.-2023.- 25 oktyabr, ¹ 233.- S.3.