3-cü Dayanıqlı
İnkişaf Məqsədləri
Dialoqunda DİM-lərin
həyata keçirilməsində
ali audit qurumlarının rolu müzakirə olunub
Oktyabrın 24-də Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə
Şurası, İqtisadiyyat
Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə
3-cü DİM Dialoqu keçirilib.
AZƏRTAC xəbər verir ki, “2023-cü il “Qlobal DİM Sammitinin nəticələri
və DİM-lərin
həyata keçirilməsində
ali audit qurumlarının rolu” mövzusunda keçirilən
tədbirdə Baş
nazirin müavini, Dayanıqlı İnkişaf
üzrə Milli Əlaqələndirmə Şurasının
sədri Əli Əhmədov ölkəmizdə
DİM-ə nail olunması
istiqamətində görülən
işlər barədə
məlumat verib. Azərbaycanın 2030-cu ilədək
Milli Prioritetlərinin
və 2022‒2026-cı illər
üzrə sosial-iqtisadi
inkişaf Strategiyasının
DİM-lər ilə sıx uzlaşdığı
diqqətə çatdırılıb.
Baş nazirin müavini ölkəmizlə
BMT arasında mövcud
olan münasibətləri
qeyd edib, beynəlxalq əməkdaşlıq
platformaları çərçivəsində
aparılan müzakirələrin
qlobal çağırışlara
adekvat cavab verilməsi imkanlarını
artırdığını bildirib. Qeyd edilib ki, Azərbaycanda
Dayanıqlı İnkişaf
Məqsədləri üzrə
vəzifələrin icrası
və bütövlükdə
ölkəmizin əhalisinin
həyat səviyyəsinin
yeni inkişaf pilləsinə qaldırılması
üçün kompleks
tədbirlər uğurla
həyata keçirilir.
BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi
Vladanka Andreyeva DİM
üzrə bu ilin sentyabr ayında
keçirilən sammitin
öhdəliklərinə əsasən,
inklüziv dayanıqlı
inkişafa nail olmaq üçün BMT-nin bütün maraqlı tərəflərlə
işləməyə davam
edəcəyini bildirib.
Qeyd olunub ki, BMT Azərbaycanın
2024-cü ildə DİM-in
icrasına dair Dördüncü Könüllü
Milli İcmalı təqdim etmək planlarını alqışlayır
və bu mühüm fəaliyyəti
dəstəkləməyə hazırdır.
Hesablama Palatasının
sədri Vüqar Gülməmmədov DİM-lər
üzrə səmərəlilik
auditlərinin sayının
artırıldığını,
2021-2022-ci illərdə 6 DİM-in seçilən audit mövzularında meyar kimi çıxış
etdiyini, auditlərlə
əhatə olunan indikatorlarda artımın müşahidə edildiyini,
auditlərdə daha çox proqresin qiymətləndirilməsi yanaşmasına
üstünlük verildiyini
qeyd edib.
Audit Qurumlarının
Beynəlxalq Təşkilatının
sədri, Braziliyanin Ali Audit Qurumunun
sədr müavini Valton Alensar Rodriques keçirilən tədbirin dünya ölkələrinin ali audit qurumlarının
DİM-lərin icrasında
rolu barədə təcrübələrinin öyrənilməsi
üçün uğurlu
plarforma olduğunu vurğulayıb.
İqtisadiyyat nazirinin
müavini Sahib Məmmədov öncə
24 Oktyabr - Birləşmiş
Millətlər Təşkilatı
(BMT) günü münasibətilə
təşkilatın əməkdaşlarını
təbrik edib, Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış
qurumları ilə sıx əməkdaşlıq
etdiyini bildirib, quruma fəaliyyətində
uğurlar arzulayıb.
S.Məmmədov DİM-in
icrasının ölkəmizin
sosial-iqtisadi inkişafı
üçün səmərəli
mexanizmlər formalaşdırdığını
bildirib. Qeyd olunub ki, ölkəmiz
regionda ilk olaraq DİM-lərin icrası istiqamətində
BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat təqdim edib, növbəti hesabatın isə
2024-cü ildə təqdim
edilməsi planlaşdırılır.
DİM-in həyata keçirilməsində vəsaitlərin
məqsədyönlü istifadəsi,
həmçinin şəffaflıq
və hesabatlılığın
təmin edilməsində
ali audit orqanlarının rolu vurğulanıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası
istiqamətində qlobal
inkişaf prioritetləri
nəzərə alınır,
ancaq mina təhlükəsi bu ərazilərin sürətli
reinteqrasiyasında başlıca
maneədir. Diqqətə
çatdırılıb ki,
Prezident İlham Əliyev tərəfindən
minatəmizləmə fəaliyyətinin
18-ci Dayanıqlı İnkişaf
Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə
əlavə edilməsi
təşəbbüsü irəli sürülüb
və müvafiq
DİM-in layihəsi hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə təqdim
edilib.
Xarici işlər
nazirinin müavini, Qlobal DİM Sammitində Azərbaycan nümayəndə
heyətinin üzvü
Yalçın Rəfiyev
çıxışında bildirib ki, pandemiyanın
hələ də davam etməsi, geosiyasi gərginliklər dayanıqlı inkişaf üzrə tərəqqini
daha da geri
salıb. Azərbaycan
30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdikdən sonra həmin ərazilərin bərpa və yenidən qurulmasını təmin edilməsini, insanların doğma yurdlarına geri qayıtmasını başlıca hədəf
kimi qəbul edib. Bu proses
BMT-nin dayanıqlı
inkişaf planına uyğun olaraq həyata keçirilir.
Tədbirdə Azərbaycanda
DİM-in maliyyələşdirilməsi
tendensiyaları nəzərdən
keçirilib, eləcə
də DİM-lər üçün dövlət
xərclərinin effektivliyinin
monitorinqində ali audit qurumlarının roluna diqqət yetirilib.
Yüksək səviyyəli dialoq panel sessiyalarla öz işini davam etdirib. Müzakirələrdə Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev, maliyyə nazirinin müavini Azər Bayramov, Dünya Bankının Azərbaycandakı ölkə meneceri Ştefani Ştalmeyster, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri və digər ölkələrdən olan ali audit qurumlarının, kommersiya banklarının və özəl sektorun nümayəndələri iştirak ediblər.
Azərbaycan.-2023.- 25 oktyabr, № 233.- S.4.