Ceyhun Bayramov ilə
Sergey Lavrov arasında telefon
danışığı olub
Oktyabrın 24-də Azərbaycan
Respublikasının xarici
işlər naziri
Ceyhun Bayramov və Rusiya
Federasiyasının xarici
işlər naziri
Sergey Lavrov arasında telefon
danışığı baş
tutub.
Xarici İşlər
Nazirliyindən AZƏRTAC-a bildirilib
ki, telefon danışığı
zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli
və çoxtərəfli
əməkdaşlıq gündəliyi,
Azərbaycan-Ermənistan sülh
prosesinin perspektivləri,
bölgədəki cari
vəziyyət, “3+3” regional platformasının Tehranda
keçirilmiş nazirlər
iclasının nəticələri,
Xəzəryanı ölkələrin
Xarici İşlər
Nazirləri Şurasının
cari ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində
duran məsələlər
barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığı
zamanı, Azərbaycan
və Ermənistan arasında davamlı sülhün bərqərar
edilməsi istiqamətində
real şansların olduğu,
bölgədə yaranmış
tarixi imkanın əldən verilməməsinin
vacibliyi vurğulanıb.
Həmçinin qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.- 25 oktyabr,
№ 233.- S.4.