Ceyhun
Bayramov: Azərbaycanla
Ermənistan arasında
sülh müqaviləsinin
qısa müddətdə
razılaşdırılması üçün real şanslar var
Oktyabrın 24-də Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov
Rusiya Federasiyasının
xarici işlər nazirinin Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşdırılması
üzrə xüsusi nümayəndəsi İqor
Xovayevi qəbul edib.
Xarici İşlər
Nazirliyindən AZƏRTAC-a bildirilib
ki, görüşdə
Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar,
eləcə də Tehranda “3+3” regional platforması çərçivəsində
keçirilmiş görüşün
nəticələri müzakirə
olunub.
Nazir Ceyhun Bayramov, öhdəliklərə
zidd olaraq son 3 il ərzində
Azərbaycan ərazisindən
çıxarılmayan qanunsuz
erməni silahlı qüvvələrinə qarşı
həyata keçirilmiş
antiterror tədbirləri
nəticəsində Azərbaycanın
öz suveren ərazilərinə nəzarəti
tam olaraq təmin etməsindən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin
qısa müddətdə
razılaşdırılması üçün real şansların olduğunu
diqqətə çatdırıb.
Qarabağın erməni
sakinlərinin Azərbaycanın
qanunvericiliyi çərçivəsində
ölkəmizin ərazisində
Azərbaycan vətəndaşı
kimi yaşaması üçün bütün
imkanların yaradıldığı,
bunun üçün
reinteqrasiya məqsədilə
müvafiq portalın fəaliyyət göstərdiyi
qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.-
25 oktyabr, № 233.- S.4.