Laçın
rayonu ərazisində
qeyri-filiz faydalı qazıntı yataqlarının
36-sının ehtiyatları yenidən qiymətləndirilib
Laçın şəhərində
Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş
qaydada həll edilməsi üçün
yaradılmış Əlaqələndirmə
Qərargahının nəzdində
fəaliyyət göstərən
İdarələrarası Mərkəzin
Ekoloji məsələlər
üzrə işçi
qrupunun növbəti iclası keçirilib. İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının
nümayəndələri, İdarələrarası Mərkəzin
və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin,
Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Qubadlı,
Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan
azad olunmuş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin,
Şərqi Zəngəzur
İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin nümayəndələri iştirak
edib.
AZƏRTAC xəbər verir ki, Şərqi
Zəngəzur iqtisadi
rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Məsim Məmmədov
Laçın şəhərinin
bərpası və yenidən qurulması, gələcək inkişafının
təmin edilməsi məqsədilə planlaşdırma
və layihələndirmə,
Zerti Aqro-Sənaye Parkının fəaliyyəti
barədə məlumat
verdi. Laçında aparılan tikinti-quruculuq, bərpa işləri çərçivəsində ekoloji məsələlərə
xüsusi diqqət ayrıldığı qeyd
olundu.
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
şöbə müdirinin
müavini, İdarələrarası
Mərkəzin Katibliyinin
rəhbəri Nüsrət
Süleymanov İdarələrarası
Mərkəzin işi
ilə bağlı, eləcə də “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı” çərçivəsində
Şərqi Zəngəzurda
həyata keçirilən
layihələr, Laçın
şəhərinə əhalinin
köçürülməsi və işlə təmin olunması ilə bağlı görülən işlər,
hazırda icrası davam edən və planlaşdırılan
genişmiqyaslı infrastruktur
layihələrinin icra
vəziyyəti barədə
ətraflı məlumat
verdi və bu tədbirlərin icrasında işçi qruplarının əlaqələndirici
rolunun vacibliyini vurğuladı.
İşçi qrupun
rəhbəri, ekologiya
və təbii sərvətlər nazirinin
müavini Vüqar Kərimov nazirlik tərəfindən Laçın
rayonu ərazisində
həyata keçirilən
ekoloji tədbirlər,
o cümlədən meşəbərpa
və yeni yaşıllıq sahələrinin
salınması tədbirləri,
xüsusi mühafizə
olunan təbiət ərazilərin fəaliyyətinin
yenidən bərpası
istiqamətində həyata
keçirilən tədbirlər
haqqında məlumat verildi.
Ermənistan tərəfindən
30 illik işğal dövründə ətraf
mühitə vurulmuş
ziyana görə beynəlxalq hüquqi müstəvidə qiymət
verilməsi ilə əlaqədar məsələyə
cəlb olunmuş ekspertlərlə birgə
məlumat mübadiləsi
aparılır.
İşğal dövrünə
qədər rayon ərazisində qeydə alınmış 40 filiz və qeyri-filiz faydalı qazıntı yatağından 36-sı monitorinq
və təftişə
cəlb edilərək
ehtiyatları yenidən
qiymətləndirilib.
Laçın rayonu
ərazisində müvafiq
cihaz və avadanlıqlarla təchiz olunmuş 1 ədəd avtomatik radioekoloji stansiya quraşdırılaraq,
istifadəyə verilmiş
və 1 ədəd avtomat meteoroloji stansiyanın quraşdırılması
planlaşdırılır.
İşğaldan azad
edilmiş ərazilərdə
ekosistemin bərpası
məqsədilə meşəbərpa,
yeni yaşıllıq
sahələrinin salınması,
xüsusi mühafizə
olunan təbiət ərazilərində infrastrukturun
bərpası tədbirləri
ilə yanaşı fauna növlərinin reintroduksiyası layihələri
də həyata keçirilir. Bu məqsədlə Laçın
rayonu ərazisinə
5 Şahin quşu və 4 baş Şərqi Qafqaz turu , eləcə də Həkəriçay hövzəsinə
33 500 forel və çəki cinsli (ağ amur, ağ
qalın alın) balıq körpələri
buraxılıb. Laçın
rayonunda 3600 ədəd
müxtəlif cinsli ağac tingi əkilib və 100 kiloqram palıd toxumu səpilib. İşğaldan azad edilmiş ərazilərdə
ümumilikdə 160 hektar
sahədə 124 mindən
çox ağac tingi əkilib, 3000 kiloqram palıd və Şərq çinarı toxumu səpilib, salınmış
yaşıllıqların suvarılması
məqsədilə damcılı
suvarma sistemi quraşdırılıb. Həmçinin
“Böyük Qayıdış
I Dövlət Proqramı”nda 2024-2026-cı illərdə Laçın
rayonunda 195,0 hektar meşə fondu sahəsində meşəbərpa
tədbirləri planlaşdırılır.
“Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı” çərçivəsində
meşəbərpa, yeni
yaşıllıq sahələrinin
salınması ilə
yanaşı, Laçın
Dövlət Təbiət
Yasaqlığının və
Qaragöl Dövlət
Təbiət Qoruğunun
bərpası tədbirləri
nəzərdə tutulur.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin şöbə
müdiri Faiq Mütəllimovun təqdimatında
işğaldan azad edilmiş ərazilərdə
dövri iqtisadiyyatın
təmin edilməsi və təbii sərvətlərdən səmərəli
istifadə olunması
istiqamətində Ağdam
rayonunun Kəngərli
kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tikinti-söküntü
tullantılarının təkrar
emalına başlanıldığı
qeyd olunub. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan
bərpa və yenidənqurma işləri
nəticəsində tikinti
və söküntü
tullantılarının həcminin
artması ilə əlaqədar Ağdam rayonunda başlanılan bu fəaliyyətin genişləndirilərək işğaldan
azad edilmiş digər ərazilərdə
də tətbiqi ilə bağlı tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Dövlət
Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Laçın şəhəri
ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi
məsələləri, yol-infrastruktur
layihələrinin icrası
zamanı ətraf mühitə təsirlər,
Füzuli-Şuşa yolunun
və Zəfər yolunun kənarlarında yol tikintisi aparılan
dövrdən qalmış
ağac-kol tör-töküntülərinin
yığışdırılması işinin təşkili, Laçın şəhərində
infrastruktur layihələrinin
icrası zamanı yaşıllıqların mühafizəsi
və bərpası perspektivləri barədə
məlumat verdi.
Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyinin nümayəndəsi
tərəfindən Laçın
şəhərində aparılan
içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri barədə məlumat verildi. Laçın şəhərinin perspektiv
inkişafı nəzərə
alınmaqla 18 min nəfərin içməli
su və kanalizasiya tələbatının
ödənilməsinə hesablanmış
içməli su təchizatı, yağış
və tullantı sularının idarə olunması sisteminin yaradılması üzrə
yeni layihə-smeta sənədləri hazırlanıb.
Şəhərin dayanıqlı
və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə
Sus kəndi yaxınlığındakı mövcud
6 subartezian quyusu bərpa edilir. Quyu zonasında nasos stansiyası, sutoplayıcı kamera, zərərsizləşdirici qurğu,
anbar və digər yardımçı
binalar tikilib. Nasos stansiyasında nasoslar, dayanıqlı elektrik təchizatı məqsədilə generator
və 2 ədəd transformator quraşdırılıb.
Su mənbəyindən
Laçın şəhərinə
içməli suyun verilməsi pilləli nasoslar vasitəsilə veriləcək. Bu məqsədlə quyu zonasında və magistral su kəməri
üzərində nasoslar
quraşdırılır. Su
mənbəyindən Laçın
şəhərinədək polad borularla 10 kilometr uzunluğunda magistral su kəməri
inşa edilib. Mənbədən şəhərdəki
anbarlara suyun ötürülməsi məqsədilə
3 nöqtədə nasos
stansiyasının tikintisi
yekunlaşmaq üzrədir.
Laçın şəhərində
yaradılan yeni infrastruktur “Ağıllı
su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi,
subartezian quyularının
işçi vəziyyəti,
anbarların səviyyəsi,
hidravlik rejimlər və digər proseslər SCADA sistemləri
vasitəsilə tənzimlənəcək.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Dövlət
Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyinin
İdarə Heyətinin
sədr müavini Azər Şükürov faydalı qazıntı yataqlarından səmərəli
istifadənin təşkili,
müasir texnologiyalardan
istifadə olunması,
yol tikintisi işlərində tələb
olunan xammal təminatı, həmçinin
işğaldan azad edilmiş ərazilərdə
həyata keçirilən
tikinti-quruculuq işləri
ilə bağlı daxil olan müraciətlər
barədə məlumat
verdi.
Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, Ekoloji məsələlər
üzrə işçi
qrupun üzvü Pənah Muradov Qarabağda kəhrizlərin
bərpası və su ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri barədə
məlumat vermişdir.
İşğaldan azad
edilmiş ərazilərdə
kəhrizlər sisteminin
inkişaf etdirilməsinin
iqtisadi aspektlərinin
qiymətləndirilməsi və
mövcud ehtiyatların
idarəedilməsi məqsədilə
müvafiq tədqiqatlarının
aparılması tövsiyə
olundu.
Azərbaycan Respublikasının
Kosmik Agentliyinin (Azərkosmos) nümayəndəsi
tərəfindən işğaldan
azad edilmiş ərazilərdə aparılan
kosmik tədqiqatlar, o cümlədən peyk təsvirlərindən istifadə
edilməklə ötən
illərlə müqayisədə
cari ildə ümumi vegetasiya vəziyyətinin monitorinqinin
aparılması və
quraqlıq səviyyəsinin
öyrənilməsi işləri,
Kəlbəcər və
Laçın rayonları
ərazisində yaşayış
məntəqələri salınacaq
ərazilərin mühəndis-geoloji,
hidrogeoloji, seysmik-geoloji
və iqlim şəraitinin qiymətləndirilməsi
işləri, Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə rəqəmsal və topoqrafik xəritələrin
hazırlanması işləri,
kənd təsərrüfatı
təyinatlı ərazilərdə
torpağın su eroziyası riskinin qiymətləndirilməsi işləri,
işğaldan azad edilmiş rayonlarda su ehtiyatlarının səmərəli istifadəsi
məqsədilə mövcud
su təsərrüfatı
və meliorasiya obyektlərinin cari vəziyyətlərinin qiymətləndirilməsi
işləri, bu ərazilərdə baş
verən yanğınların
monitorinqləri barədə
məlumat verildi.
İclasda dəvət
olunan digər qurumlar tərəfindən
tikinti-söküntü tullantılarından
təkrar xammal materialı kimi istifadə perspektivləri,
işğaldan azad edilmiş ərazilərin,
o cümlədən Laçın
rayonunun çayları
və onların hidroenerji potensialından istifadəsi, eləcə də istismara verilmiş və icrası davam edən kıçık su elektrik stansiyaları
barədə məlumat
verildi.
İclasda, həmçinin
aidiyyəti qurumlara Laçın-Şuşa yolunda
ətrafa atılmış
tullantıların yığışdırılması,
Füzuli-Şuşa yolunun
və Zəfər yolunun kənarlarında yol tikintisi aparılan
dövrdən qalmış
ağac-kol tör-töküntülərinin
yığışdırılması işinin təşkil edilməsi, meşə yanğınlarının qarşısının
vaxtında alınması
üçün xəritələrin
hazırlanması və
su mənbələrinin
yaradılması məqsədilə
təxirəsalınmaz tədbirlərin
görülməsi tapşırılıb.
Sonra iştirakçılar Zerti Aqro-Sənaye Parkının işi ilə tanış olublar.
Azərbaycan.-2023.- 25 oktyabr, ¹ 233.- S.4.