Dörd ölkənin müdafiə
naziri təltif edilib
"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir.
Bu barədə
AZƏRTAC-a Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
məlumat verilib.
"Yüksək səviyyəli
müşahidəçi günü”ndə Türkiyənin
milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistanın müdafiə
naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycan Respublikasının
"Hərbi əməkdaşlıq
sahəsində xidmətlərə
görə" medalı
ilə təltif olunması barədə Azərbaycan Respublikasının
müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.
Sonra general-polkovnik Zakir Həsənov medalları
qonaqlara təqdim edib.
Azərbaycan.-2023.- 25 oktyabr,
¹ 233.- S.6.