Bir qrup hərbi qulluqçu mükafatlandırılıb
"Mustafa Kamal
Atatürk - 2023” birgə
taktiki təliminin
"Yüksək səviyyəli
müşahidəçi günü”ndə Azərbaycanın
müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler digər qonaqlarla birgə təlimdə iştirak edən bir qrup hərbi
qulluqçu ilə görüşüblər.
Bu barədə
AZƏRTAC-a Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
məlumat verilib.
Ümumilikdə təlimin
gedişatını yüksək
qiymətləndirən müdafiə
nazirləri hər iki qardaş ölkənin təlimdə
fərqlənən hərbi
qulluqçularına qiymətli
hədiyyələr təqdim
ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi oktyabrın 25-də başa çatacaq.
Azərbaycan.-2023.- 25 oktyabr, № 233.- S.6.