"Yüksək səviyyəli müşahidəçi
günü”
Azərbaycan Ordusunun
və Türkiyə Silahlı Qüvvələrinin
hərbi qulluqçularının
cəlb edildiyi "Mustafa Kamal Atatürk
- 2023” birgə taktiki təliminin "Yüksək
səviyyəli müşahidəçi
günü”ndə silah və texnika
sərgisi nümayiş
etdirilib.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş
maşınları, müxtəlif
təyinatlı hərbi
texnika, pilotsuz uçuş aparatları,
eləcə də digər hərbi vasitələrlə tanış
olublar.
"Yüksək səviyyəli
müşahidəçi günü”ndə, həmçinin
Türkiyənin "Roketsan",
"Havelsan", "Aselsan",
"Baykar" və digər şirkətlərin
stendləri də qonaqlara təqdim edilib.
Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycan.-2023.- 25 oktyabr, № 233.- S.6.