Prezidentin
iqtisadi siyasəti yeni müstəvidə və modern mərhələdə davam
edir
Bunu Sumqayıt Kimya Sənaye Parkında açılışını etdiyi istehsal müəssisələrinin fəaliyyəti
də təsdiqləyir
Azərbaycandakı sənaye
qurumlarını əhatə
edən park, zona, məhəllələr neftdən asılılığı azaltmaqla
yanaşı, qeyri-neft
sektorunun davamlı inkişafını önə
çəkən bir mexanizmdir. Bu mexanizm daxili məhsul istehsalını
ildən-ilə artırmaq
və məhsul bolluğu yaratmaqla ixrac
həcminin genişlənməsinə yol
açır.
Həmin yolda
"irəliləyən" sənaye parkları, zona və məhəllələri bir-biri ilə rəqabətə girmək
üçün innovativ
texnologiyaların üstünlüklərini
mənimsəməklə sahibkarlığı dəstəkləmiş
olur, xarici investorlara "qapı açır", eləcə
də əmək qabiliyyətli əhalini istehsal sahəsinə cəlb edərək onların məşğulluğunu
təmin edirlər.
Sənaye parklarının
coğrafi baxımdan doğru seçilməsi,
nəqliyyat-kommunikasiya çıxışlarına
yaxın olması kimi məsələlər
də önəmlidir.
Təcrübə göstərir
ki, sənaye parkı sahələri mükəmməl rabitə
və nəqliyyat infrastrukturuna, elektrik enerjisinə giriş imkanlarına və işçi qüvvələri
ehtiyatı olan ərazilərdə yerləşməli,
keyfiyyətli və hərtərəfli infrastruktur
imkanlarına malik olmalıdır. Çünki
bu faktorlar investisiya
cəlbediciliyini artırır,
layihələrin inkişafına
təkan verir, eləcə də kiçik və orta biznes müəssisələrinin
gəlir əldə etməsi imkanlarını
asanlaşdırır. Sumqayıt
Kimya Sənaye Parkı məhz bu parametrlərə cavab verən bir ərazidir. Bu, Azərbaycanda yaradılan ilk sənaye parkıdır.
Park qeyri-neft sektorunun davamlı inkişafını
təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu
artırmaq məqsədilə
yaradılıb. Bu sənaye parkı yeni növ məhsullar
istehsal edərək davamlı
surətdə ixrac potensialını artırır.
İqtisadiyyat
Nazirliyinin verdiyi məlumata görə, indiyədək Sumqayıt
Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,3 milyard
manatdan çox sərmayə yatırılıb,
6400-dən artıq daimi
iş yeri yaradılıb. Mövcud layihələr üzrə
sənaye parkına əlavə olaraq 386 milyon manat investisiyanın
yatırılması, 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə
tutulur. Bu günədək parkın
rezidentləri tərəfindən
ümumilikdə 8,67 milyard
manatdan çox məhsul satışı
həyata keçirilib
ki, bunun da 3,12 milyard manatdan çox hissəsi (təxminən
36 faizi) ixracın payına düşür.
Cari ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 1,3 milyard manatlıq məhsul istehsal olunub, 446,3 milyon manatlıq məhsul ixrac edilib. 2023-cü ilin birinci yarısında 1,3 milyard manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi
15,2 faiz, qeyri-neft sənaye məhsullarının
ixracında isə
19,6 faiz olub. Sənaye parkında istehsal olunan məhsullar dünyanın
60-a yaxın ölkəsinə
- Türkiyə, Yaponiya,
ABŞ, Kanada, İtaliya,
Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan,
Türkmənistan, Tacikistan,
Gürcüstan, Qırğızıstan,
Braziliya, Misir,
BƏƏ, Livan, İraq
və s. ölkələrə
ixrac edilib.
Parkda ümumi investisiyaların həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Cənubi Qafqazın ən böyük sənaye parkı olan bu ərazidə
iki gün əvvələ kimi rezidentlərdən
20-si fəaliyyət göstərirdi.
Oktyabrın 23-də isə
Prezident İlham Əliyev "Azərbaycan
Vanhong Ceramics Co."
MMC, "Novus Plastica"
MMC və "UPI - Universal Packing
Industry" QSC-nin açılışını
etməklə Sumqayıt
Kimya Sənaye Parkında fəaliyyət
göstərən müəssisələrin
sayı 23-ə çatdı.
Öncə parkda
"Çinar-Servis" İstehsal-kommersiya
firmasının Texniki
qazların istehsalı
müəssisəsinin təməlqoyma
mərasimində iştirak
edən dövlət başçısına məlumat
verildi ki, şirkət sənaye parkının 2 hektara yaxın ərazisində sıxılmış azot,
oksigen, arqon və maye helium
qaz məhsullarının
istehsalı ilə məşğul olacaq.
Sumqayıt
Kimya Sənaye Parkının yeni rezidentlərindən
biri "Novus Plastica" Məhdud Məsuliyyətli
Cəmiyyətidir. Prezident
İlham Əliyev
"Novus Plastica"
MMC-nin Polimer qatqıları istehsalı
müəssisəsinin açılışını
etməzdən əvvəl
dövlət başçısına
məlumat verildi ki, 3,5 hektar ərazidə inşa edilmiş müəssisədə
iki növ məhsulun - polietilen borular üçün qara karbon konsentrat
qatqısının və
sənaye sahəsində
qablaşdırmada istifadə
edilən polietilen örtüklərin istehsalı
həyata keçirilir.
İtaliyanın qabaqcıl
texnologiyalarının tətbiqi
ilə istehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyəyə,
MDB ölkələrinə ixracı da planlaşdırılır. İnvestisiya
kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə
50-dək insan daimi işlə təmin ediləcək.
"Universal Qablaşdırma Sənaye" Qapalı Səhmdar Cəmiyyətinin
Qablaşdırma məhsulları
istehsalı və
"Azərbaycan Vanhong
Ceramics Co." MMC-nin Keramik plitələr istehsalı müəssisələri
haqqında da İlham Əliyevə ətraflı məlumat verildikdən sonra hər iki istehsal
müəssisənin açılışı
oldu.
Dövlət başçısının bir
sənaye parkında eyni vaxtda 3 istehsal
müəssisəsinin açılışında,
"Çinar-Servis" İstehsal-kommersiya
firmasının Texniki
qazların istehsalı
müəssisəsinin "Kartaş Kimya" MMC-nin Tikinti kimyəvilərinin
istehsalı müəssisəsinin
təməlqoyma mərasimində
iştirak etməsi o deməkdir ki, Azərbaycan yeni davamlı uğurların və uzunömürlü
xoşbəxt gələcəyin
astanasındadır. Reallıq
onu da diktə edir ki, Azərbaycan həqiqətən zəngin
bir ölkəyə çevrilmək mərhələsini
çoxdan keçib.
Respublikamızda qeyri-neft
sektorunun yüksək
inkişaf perspektivləri
və iqtisadiyyatın
şaxələndirilməsi Azərbaycanın yaxın
onillikdə qeyri-neft məhsullarının ixracatçısı
kimi dünyada böyük nüfuza malik olmasını təmin edəcək. Bu gün iqtisadi
siyasətin yeni müstəvidə və modern mərhələdə
gücləndirilməsi birbaşa
Prezident İlham Əliyevin sənaye sektoruna
verdiyi diqqətin və qayğının təzahürüdür. Bu
gün qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi,
kiberinformasiya cəmiyyətinin
formalaşdırılması, ən yeni kreativ
texnologiyaların meydanının
genişləndirilməsi də İlham Əliyevin hədəflədiyi
sahələrdir.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.-
25 oktyabr, ¹ 232.- S.9.