YAP Mərkəzi
Aparatında qanvermə
aksiyası keçirilib
Yeni Azərbaycan
Partiyasının (YAP) Mərkəzi
Aparatında növbəti
qanvermə aksiyası
keçirilib. Aksiyada Mərkəzi Aparatın əməkdaşları da
daxil olmaqla, partiyanın 300 nəfərə
yaxın üzvü iştirak edib. Toplanan qan ehtiyatı
talassemiya və irsi qan xəstəliklərindən
əziyyət çəkən
xəstələrin müalicəsi
üçün nəzərdə
tutulub.
Mərkəzi Qan
Bankının həkim-hematoloqu
Könül Muxtarlı
bildirib ki, qanvermə prosesində
18-65 yaşlı şəxslər
iştirak edə bilər: "Qanı heç bir dərman vasitəsi əvəz edə bilmədiyinə görə,
ona həmişə ehtiyac var. Hazırda
ölkədə 1500 nəfərə
yaxın talassemiya xəstəsi qeydiyyatdadır.
Nəzərə almaq
lazımdır ki, bir nəfər donorluq etməklə, qana ehtiyacı olan üç xəstəyə kömək
olur, onların həyatını xilas edir. Ona görə
bu aksiyada toplanan qan ehtiyatı
talassemiya və irsi qan xəstəliklərindən
əziyyət çəkənlər
üçün böyük
dəstəkdir", - deyə
həkim-hematoloq vurğulayıb.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası ənənəvi olaraq hər il qanvermə aksiyaları keçirir. Partiya xüsusilə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyaları təşkil edir. Bu, partiya üzvlərinin ölkəmizdə həyata keçirilən humanist tədbirlərdə fəal iştirakının göstəricisidir.
Azərbaycan.-2023.- 25 oktyabr, № 232.- S.9.