Beynəlxalq platformalar Fransanın neokolonializm siyasətinə hələ susurlar

 

Şimali Afrikanı qan gölünə çevirən, dünyaya süngü ucunda "Qərb mədəniyyəti" ixrac edən Fransa hələ dünyanın müxtəlif yerlərində  beynəlxalq qanunlara məhəl qoymadan insanlığa yaraşmayan qanlı cinayətlər törətməkdədir.

Bakıda 14 ölkənin, eləcə Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçilərinin iştirakı ilə keçirilən "Neokolonializm: İnsan hüquqlarının pozulması ədalətsizlik" mövzusunda keçirilən konfrans iştirakçıları bəşəriyyətin bəlasına çevrilmiş Fransanın törətdiyi dəhşətli qanlı cinayətlərdən, bu gün davam etdirdiyi irqçilik siyasətindən söz açdılar.

İnsanı heyrətləndirən ikrah doğuran cəhət budur ki, Əlcəzairdə,  Mərakeşdə, Tunisdə, Malidə, Cibutidə, Nigeriyada, Çadda, Seneqalda, Vyetnamda Qəmər adalarında, Haiti digər ölkələrdə qırğınlar, qətliamlar törədən Fransa bu gün utanmadan beynəlxalq arbitr olmaq xəyalına düşüb. Necə ola bilər ki, belə bir ölkə insan azadlığından, beynəlxalq hüquqdan, "millətlər öz müqəddəratını təyinetmə hüququndan" danışır. Özü   insanlıq əleyhinə cinayətlərini bu gün davam etdirən, qanlı cinayətlər törətmək şakərindən əl çəkə bilməyən Parisin törətdiyi qətliamlar heç uzaq keçmişin hadisələri deyil.

Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçılarına ünvanladığı məktubda qeyd edilib ki, 26 mart 2021-ci ildə tarixçilərdən ibarət "Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul Komissiya" tərəfindən Fransa Prezidentinə təqdim edilmiş "Fransa, Ruanda Tutsinin soyqırımı (1990-1994)" adlı sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanmışdır.

Konfrans iştirakçıları bu gün Fransanın Afrika dövlətlərinin daxili işlərinə müdaxilə etməsindən, eyni zamanda özünün müstəmləkəsi altında olan  ərazilərdə apardığı etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktlarından danışıblar. Konfransda çıxış edən Kanak Birliyinin təmsilçisi Davi Nikolas Bolo deyib ki, bizim azadlığımızla bağlı aktual problemlər bu gün davam edir. Kaledoniya hələ Fransanın müstəmləkəsidir. 1953-cü ildən bəri bu tarixi yaşayırıq, bizə qarşı çox böyük ədalətsizliklər var. Fransa yerli xalqların torpaqlarını alır, əhalini isə sürgün edir. Müstəmləkələrdə fəaliyyət göstərən ictimai şəxslər öldürülür. Bizim xalqımıza qarşı qeyri-qanuni siyasət aparılır. Kaledoniyada ciddi korrupsiya aktları var. Seçkilərdə bunu açıq şəkildə görmək olur. Resurslarımız Fransa tərəfindən istismar edilir. Təbii sərvətlərlə zəngin ölkə olsaq da, əhalinin yoxsulluq dərəcəsi olduqca yuxarıdır. Fransa Kaledoniyanı maliyyə asılılığı olan bir bölgəyə çevirib. Beynəlxalq platformalar 200 ilə yaxın müddət ərzində Fransanın davam etdirdiyi absurd müstəmləkə siyasətinə hələ susur. Fransa dövləti öz öhdəliklərini yerinə yetirmir bölgədə hər zaman işsizlik, aclıq, irqçilik hökm sürür. Diplomatiya sahəsində ciddi boşluqlar var. Eyni zamanda biz iqlim dəyişikliyi ilə bağlı çətinliklər yaşayırıq. Orada insanlar öz mədəni mənsubiyyətini itirir. Gənclər xarici ölkələrə getməyə məcbur olurlar.

Fransız ordusunun törətdiyi qətliamların miqyası coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək olmur.

Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol isə ölkəsinin təbii sərvətlərinin talan olunduğunu 90 faizinin Fransaya digər ölkələrə aparıldığını vurğulayıb. O deyib: "Kənd təsərrüfatı siyasəti elə qurulub ki, biz sərbəst hərəkət edə bilməyək. Müstəmləkəçilik mədəniyyət sahəsinə təsir edir. Biz istəyirik ki, dilimiz fransız dili ilə eyni səviyyədə rəsmi dil olsun. Onlar bundan imtina edirlər. Biz eyni zamanda istəyirik ki, Fransa ədalət qarşısında cavab versin. Biz müstəqillik əldə etmək istəyirik. Afrikanın azad olunması bütün dünyanın diqqətində olmalıdır. Afrika diasporu fəal işləməlidir".

Fransanın Əlcəzairdə törətdiyi soyqırımından bəhs edən Əlcəzairin ali təhsil elmi tədqiqatlar nazirinin müşaviri Yousef Houri bildirib ki, fransızlar 1945-ci ilin martında 45 min əlcəzairlini, 1952-ci ildə Konstantin şəhərində 230 nəfəri qətlə yetiriblər. 1961-ci ildə Parisdə 300 əlcəzairli qətlə yetirilib. Soyqırımı uşaqlara, qadınlara, qocalara, bütünlükdə hər kəsə qarşı həyata keçirilib. Fransa bütün qadağan olunmuş silahlardan istifadə edərək Əlcəzair xalqına qarşı soyqırımı həyata keçirib. Fransa hər kəsə insan hüquqları, beynəlxalq hüquqla bağlı dərs verməyə çalışır. Lakin Fransa bizim planetimizdə dərs verə biləcək ən son ölkədir. Onun insan hüquqları ilə bağlı kiməsə dərs verməyə haqqı yoxdur.

Konfransda çıxış edən natiqlər dünyaya ayrı-seçkilik toxumu səpən, irqçilik kimi iyrənc siyasət aparan, insanlara  ölüm, bədbəxtlik  gətirən Fransadan xilas olmağın yeganə yolunu müstəmləkədən qurtarmaqda görürlər. Artıq bir sıra Afrika respublikaları öz azadlıqları uğrunda mübarizəyə başlayıblar. İndi Afrikadan sıxışdırılıb çıxarılan ölüm "mələyi" Ermənistanın vasitəçiliyi ilə Cənubi Qafqaza yerləşməyə cəhd edir. Rəsmi  Paris  unutmamalıdır ki, XXI əsrin Azərbaycanı ilə zorla, şərtlə danışmaq mümkün deyil. Şərti Azərbaycan qoyur, son sözü Azərbaycan deyir.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 25 oktyabr, № 232.- S.10.