Fransa
dünənindən və
bu günündən utanmalıdır
Paris indi də Cənubi Qafqazda riyakar planlar həyata keçirmək xülyasına
düşüb
"Əsrlər boyu
müstəmləkəçilik siyasəti yeridən, 50-dən
çox ölkənin
ərazisini uzun illər işğal altında saxlayıb var-dövlətini talan edən və milyonlarla insanı qətlə yetirən Fransanın bu gün demokratiyadan, insan haqlarından, beynəlxalq normalardan danışmağa haqqı
yoxdur. Fransızların
törətdikləri soyqırımları
və müharibə cinayətləri tarixin səhifəsində qara, unudulmaz ləkədir və bu neokolonist
siyasət bəşəriyyətin
gələcəyi üçün
faciədir".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. O bildirib ki, yüz
illər boyunca bu vəhşi, qorxunc, millitarist siyasət 10 milyondan çox dinc insanın qətlinə, şikəst olmasına, əzablar içərisində
yaşamasına səbəb
olub. Əlcəzairdə,
Polineziyada, Korsikada, Qviansda, Melaneziyada törədilən faciələr,
Afrika, Cənub-Şərqi
Asiya, Sakit okean, Latın Amerikasında onlarla ölkənin işğal
edilməsi və xalqlarına əzab verilməsi, çoxsaylı
cinayətlərin törədilməsi,
etnik və dini mənsubiyyətlərinə
görə yüz minlərlə insanın soyqırımına məruz
qalması, şəhər
və kəndlərin
xarabazarlığa çevrilməsi
Fransanın dövlət
siyasətinin əsası
olmuş və təəssüfləndirici haldır
ki, bu gün
də dünyanın bir çox dövlətləri bu çirkin siyasətlə
üz-üzədir.
"Bakı Təşəbbüs
Qrupunun təşkilatçılığı
ilə 14 ölkədən,
Fransanın müstəmləkə
altında saxladığı,
eləcə də, Korsika təmsilçilərinin
iştirakı ilə
keçirilən "Neokolonialzm
İnsan hüquqlarının
pozulması və ədalətsizlik" adlı
beynəlxalq konfransda səsləndirilən fikirlər,
əsarətə düçar
olan insanların söylədikləri faktlar
Fransa dövlətinin
törətdiyi cinayətlərin
nümunələridir. Əsrlərlə
yürüdülən bu
mənfur siyasət bu gün də
davam etdirilməkdədir.
Konfransda qeyd olunduğu kimi, Fransa kolonializminin yeni metodları bu gün də
milyonlarla insanın qəsdinə, ölkələrin
talan edilməsinə,
yeni münaqişə
ocaqlarının, müharibələrin
alovlanmasına yönəldilib",
- deyə T.Rzayev qeyd edib.
Müsahibimizin sözlərinə
görə, Prezident İlham Əliyevin konfrans iştirakçılarına
ünvanlandığı müraciətində
bir daha xatırladılır ki, bəşəriyyətin kolonializm
tarixinin qanlı cinayətlərinin çoxu
məhz Fransa tərəfindən törədilib.
Deputat əlavə edib ki, dünyada
"ədalətin bərpa
edilməsi", "beynəlxalq
normalara hörmət",
"demokratiyanın təntənəsi"
şüarlarını əlində
bayraq edən Fransa, əslində, bəşəriyyətin düşməni
rolunda çıxış
edir. Etnik və dini mənsubiyyətinə
görə milyonlarla insanın hüquqlarını
pozmaqda davam edən millətçi dövlətin rəhbərləri
beynəlxalq hüququn
pozulmasına adi hal kimi baxır,
insanlığa qarşı
ən çirkin əməllərə əl
atırlar.
Tahir Rzayev bildirib ki, bu,
Azərbaycana qarşı
münasibətdə də
özünü aydın
göstərir: "Çoxsaylı
xalqların nümayəndələrini
etnik təmizləməyə
məruz qoyan, insanlara öz dilində danışmağı
belə qadağan edən, müstəqilliyə
can atan xalqları silah gücünə susduran Fransa dövləti, Emmanuel Makron hakimiyyəti bu gün təcavüzkar -
30 il Azərbaycan torpaqlarını işğal
altında saxlayan, varımızı-dövlətimizi talayan, şəhər və kəndlərimizi viran qoyan, on
minlərlə soydaşımızın
ölümünə səbəb
olan Ermənistanın
yanındadır, erməni
quldurlarını müdafiə
edir. Bu azmış kimi, Fransa revanşistləri silahlandırmaqla Cənubi
Qafqazda riyakar planlarını reallaşdırırlar".
Komitə sədri
Ermənistanla Fransanı
bir-birinə yaxınlaşdıran
səbəblərdən də
danışıb: "Təcavüzkarlıq,
insanlıq əleyhinə
yönələn əməlləri
bu iki ölkəni
"dost"laşdırıb. Qarabağdan könüllü
gedən erməniləri
etnik təmizləmə
adı ilə dünyaya təqdim etməklə, genosid, zor ifadələrini ortaya atmaqla Fransa yenidən aranı qarışdırmaq,
müharibəni alovlandırmaq
niyyətindədir. Çünki
özü təcavüzkardır,
sui-qəsdlər, mina
terroru törətməkdə
mahirdir".
Tahir Rzayevin sözlərinə görə,
faktlar sübut edir ki, Fransa
dünyada ən çox mina istifadə edən, bu yolla kütləvi
qırğınlar törədən
dövlətlərdən biridir.
Əlcəzair ərazisində
5 milyondan artıq minanın basdırılmasını
öhdəsinə götürən
və bundan qürur duyan Fransa dövləti Ermənistandan da bu təcrübəsini əsirgəməyib. Məhz
buna görə son 3 ildə 340 vətəndaşımız Ermənistanın
basdırdığı minaların
qurbanı olub.
Fransada neokolonializmlə
bərabər olaraq irqçilik və islamafobiyanın geniş yayılması da bu ölkənin bəşəri dəyərlərdən
kənarda olduğunu sübut edir. İnsanlar milliyyətinə,
dininə, rənginə
görə təzyiqlərə,
təhqirlərə, hücumlara
məruz qalır, bəzi hallarda qətlə yetirilirlər.
Belə eybəcər
bir siyasət yeridən ölkə isə başqalarına demokratiya, insan azadlıqları dərsi keçir, dövlətlərin
daxili işlərinə
qarışır, etnik
bərabərliyi təbliğ
edir.
"Azərbaycan Prezidenti
konfrans iştirakçılarına
müraciətində bu
çirkin siyasəti
kəskin tənqid edərək deyir: "Qanlı cinayətlərlə
zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə
üzr istəmək əvəzinə, digər
ölkələrdə etnik təmizləmədən
danışır. Bu ölkə BMT Təhlükəsizlik
Şurasının daimi
üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün
sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur".
Təcavüzkar Ermənistanı
dəstəkləmək, silahlandırmaq,
onun əvəzinə
beynəlxalq tribunalardan
Azərbaycan əleyhinə
böhtanlar, iftiralar söyləmək, bəzi
beynəlxalq təşkilatları
ölkəmizə qarşı
qərarlar qəbul etməsinə təhrik etmək başda Makron olmaqla, Fransanın hakimiyyət dairələrinin vərdişinə
çevrilib", - deyə
komitə sədri vurğulayıb.
Tahir Rzayev bildirib ki, Fransa
məhz Cənubi Qafqazda maraqlarını təmin etmək üçün Ermənistana
hərbi yardım göstərir, müdafiə
sahəsində müqavilə
imzalayır, separatçılara
hərbi-siyasi dəstək
verir: "Lakin bunlar səmərəsiz gedişlərdir. Çünki
Azərbaycan beynəlxalq
hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarını azad edib, suverenliyini qoruyub, sərhədlərini
möhkəmləndirib. 30 ildə
BMT-nin, ATƏT-in və bir çox
beynəlxalq təşkilatların
yerinə yetirə bilmədiklərini Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyev, şanlı ordumuz və xalqımız öz gücünə həyata keçirib, düşmənin başını
əzib. Əgər düşmən və havadarları düz yola gəlməsələr,
daha ciddi tədbirlər görülə
bilər və Azərbaycan xalqı buna hər an
hazırdır. Ermənistan
və başda Fransa olmaqla havadarları buna əmin ola bilərlər".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
25 oktyabr, № 232.- S.10.