Korifeyin ölməz əsəri

 

"Arşın mal alan"ın ilk dəfə tamaşaya qoyulmasından 110 il ötür

 

"Arşın mal alan" musiqili komediyasını Üzeyir bəy Hacıbəyli hələ Moskvada Peterburqda oxuyarkən, 1911-1913-cü illərdə yazmışdı. Operettanın ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda Tağıyev teatrının səhnəsində oynanılmışdı. Müəllif özü Peterburqda olduğuna görə tamaşada iştirak etməmişdi. Əsərin quruluşçu rejissoru Hüseyn Ərəblinski olmuş, orkestrə Müslüm Maqomayev dirijorluq etmişdi.

İnqilabdan əvvəl Azərbaycan qadınının səhnəyə çıxması çətin məsələ olduğundan tamaşalarda çox vaxt qadın rollarını kişilər oynayırdılar. O vaxtlar Gülçöhrə rolunun ən məşhur ifaçısı Ağdamski sayılırdı. Telli rolunda isə sonralar Mövsüm Sənani ad çıxarmışdı.

İnqilabdan sonra komediya daha da şöhrət qazandı, 80 dilə tərcümə edildi 170-dən çox ölkədə tamaşaya qoyuldu. Operetta ilə rejissor B.Svetlov maraqlandı onu ekranlaşdırdı.

Filmin ilk tamaşası 1917-ci ildə yanvarın 3-də nümayiş olundu. Film 7 hissədən ibarət idi. Respubikamızın kinematoqrafçıları da bu komediyanı ekranlaşdırdılar. 1945-ci ildə adi ölçüdə, ağ-qara variantda, 1965-ci ildə isə rəngli, geniş ekranlı variantda lentə aldılar. Amma mütəxəssislər hesab edirlər ki, 1945-ci il variantı, yəni S.Rəhmanın ssenarisi əsasında çəkilmiş film daha uyğundur.

1916-ci ildə "Arşın mal alan" rus dilində tamaşaya qoyuldu. Sonra Həştərxanda, Saritsində, Rostovda başqa şəhərlərdə oynanıldı. İnqilabdan sonra komediya daha da şöhrət qazandı. Fransada, Çində, Yaponiyada, Hindistanda 1938-ci ildə Moskvada keçirilən Sovet Azərbaycanı incəsənəti dekadası zamanı paytaxt tamaşaçıları da "Arşın mal alan" komediyasına baxdılar. Tamaşanın rejissoru İ.Hidayətzadə idi. Tamaşanı Səid Rüstəmovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestri müşayiət etdi. Rolları Bülbül, Hacıbababəyov, S.Mustafayeva oynadılar.

Polşa dramaturqu S.Povolotski öz xatirələrində Üzeyir  bəy Hacıbəylini belə xatırlayırdı: "Mən valeh olaraq, ürəyimin bütün məhəbbətini verərək dahi Ü.Hacıbəylinin əsərinin tərcüməçisinə çevrildim. Bəli, bu gün fəxr edirəm ki, "Arşın mal alan" komediyasının polyak dilinə ilk tərcüməçisi mən olmuşam. "Arşın mal alan" musiqili komediyası mənim tərcüməmdə ilk dəfə 1954-cü ildə A.Venqerska adına Belostok Dövlət Teatrında tamaşaya qoyulmuşdu. Sonra öyrənəndə ki, bu, polyak səhnəsində ilk Azərbaycan pyesidir, sevincim artdı. Azərbaycan bəstəkarlarının musiqisi bütün dünyada, eləcə mənim doğma Polşamda həmişə məhəbbətlə dinlənilir. İstedadlı əsər harada olursa-olsun insanların ürəyini fəth edir, insan o əsəri bütün varlığı ilə sevir. Uzun sürən intizardan sonra Pekində "Arşın mal alan" operettasının ilk tamaşası günüdür. Maraqlı burasıdır , Çindən çox uzaqlarda yaşayan bir xalqın keçmiş həyatına aid milli üslubda yazılmış "Arşın mal alan" özünün dərin məzmunu bütün incəlikləri ilə Çin tamaşaçılarında gözəl təsir oyadır. Onun müxtəlif xalqlar tərəfindən həvəslə oxunub tamaşaya qoyulmasının səbəbi məhz canlı xalq dili, xalq yumoru musiqisi əsasında yazılmasıdır. Əsərdə əsas tənqid hədəfi olaraq döyülən keçmişin mənfi adətləri zərif bir tel kimi Azərbaycan Çinin keçmiş həyatını bir-birilə bağlayır oprettanı məzmun etibarilə çinli tamaşaçıların ruhuna yaxınlaşdırır".

Üzeyir bəy Hacıbəylinin uzaqgörənliyi, müdrikliyi, komediya janrı vasitəsilə cəmiyyətdəki çatışmazlıqları ən incə, zövqlü, estetik tərzdə təqdim etməsi sayəsində 110 illiyini qeyd etdiyimiz "Arşın mal alan" bu gün öz məzmunu etibarilə tərbiyəvi əhəmiyyətə malikdir.

 

Bəyim DADAŞOVA,

Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi

Azərbaycan.-2023.- 25 oktyabr, № 232.- S.11.