Arif Babayevə “Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu” təqdim edilib
Azərbaycan Respublikasının
mədəniyyət naziri
Adil Kərimli oktyabrın
24-də görkəmli muğam
ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan
Xalq artisti, Prezident təqaüdçüsü
Arif Babayevi evində ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nazir görkəmli muğam ustadının əlamətdar
yubileyinin müxtəlif
tədbirlərlə qeyd
edildiyini bildirib, Prezident İlham Əliyevin
21 fevral 2023-cü il tarixli
Sərəncamı ilə
Arif Babayevin “Azərbaycan
Respublikası Prezidentinin
fəxri diplomu”na layiq görülməsinin
sənətkarın fəaliyyətinə
göstərilən diqqətin
təzahürü olduğunu
söyləyib.
Sonra dövlət təltifi xanəndəyə təqdim
edilib.
Arif Babayev sənətinə verilən
yüksək qiymətə
və Azərbaycan muğamının inkişafına
göstərdikləri diqqət
və qayğıya görə Prezident
İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlığını bildirib.
Azərbaycan.-2023.- 25 oktyabr,
¹ 232.- S.11.