Prezident tapşırığı qısa müddətdə icra olundu

 

KeşlədəkiŞah Abbasməscidi yeni görkəmdə

 

Keşlə sakinlərinin qəsəbədə yerləşənŞah Abbasməscidinin uzun müddət təmirsiz qalması minarənin olmaması ilə bağlı Prezident İlham Əliyevə ünvanladıqları müraciətlə əlaqədar dövlətimizin başçısının tapşırığına əsasən qısa müddət ərzində məscidin əsaslı təmiri bərpası, yeni minarənin tikintisi ilə bağlı layihə hazırlanaraq razılaşdırılıb müvafiq işlərə başlanılıb.

Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, layihəyə uyğun olaraqŞah Abbasməscidinin Azərbaycan İnşaat Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən müayinəsi keçirilib, mühəndis müayinəsi texniki vəziyyəti haqqında rəy verilib. Rəyə uyğun olaraq konstruksiya layihəsi hazırlanıb. Bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldırılması məqsədilə ineksiya işləri aparılıb. Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub saxlanılmasına xüsusi diqqət yetirilib, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasad üzlük daşları bərpa olunmuş yenilənib. Daxildə sonradan görülmüş suvaq işləri sökülüb, məscidin tikintisi zamanı istifadə olunmuş daxili üzlük daşları bərpa edilərək tarixi görünüşünə qaytarılıb.

Məscidin günbəz örtüyü dəyişdirilərək yenisi ilə əvəzlənib, binanın memarlıq üslubuna uyğun olaraq 20 hündürlüyündə yeni minarə inşa edilib. Həyətdə yerləşən istifadəyə yararsız köməkçi tikili sökülərək 525 kvadratmetr sahədə yenidən inşa olunub. Burada din xadimləri üçün otaq, mərasim zalı (80 yerlik), əlavə ibadət zalı (70 nəfərlik), kişi qadınların dəstəmaz alması üçün otaqlar, mətbəx, anbar, qazanxana təsərrüfat otaqları nəzərdə tutulub.

Xatırladaq ki, məscid Şah Abbasın göstərişi ilə XVII əsrdə əhəng daşı ilə Abşeron məscidlərinə xas formada inşa edilib. Sahəsi 139, ümumi ərazisi 1300 kvadratmetr olan məscid yerli əhəmiyyətli memarlıq abidəsidir dövlət tərəfindən qorunur.

Bundan əlavə, “Şah Abbasməscidinin ətraf ərazilərində, Kamran Əfkari Məşədi Hilal Kazımov küçələrində abadlıq-quruculuq təmir işləri aparılıb, küçələr boyunca səkilər, hasarlar, iaşə xidmət obyektlərinin yaşayış evlərinin fasadları, bəzi evlərin yararsız dam örtükləri yenilənib, yaxın məhəllələrə asfalt örtüyü vurulub, kommunikasiya xətləri təmir edilib, küçə işıqları sistemi yenidən qurulub, yaşıllıqlar salınıb, çoxlu sayda yeni ağaclar, bəzək kolu güllər əkilib.

Həmçinin Keşlə Şəhidlər xiyabanında təmir işləri görülüb, yeni bulaq kompleksi inşa edilib, istirahət guşəsi yaradılıb.

Qeyd olunan işlər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilib.

 

Azərbaycan.-2023.- 25 oktyabr, ¹ 232.- S.11.