İrəvan
xanının nəslinin
nümayəndəsi: “Əminəm
ki, tezliklə doğma torpaqlarımıza
- əcdadlarımızın yurduna qayıda biləcəyik”
Keçmişdə Qərbi Azərbaycanda müxtəlif etnik qrupların tərkibi müxtəlif hadisələr
və siyasətlər
nəticəsində formalaşıb.
Bu regionun mürəkkəb demoqrafik
dəyişikliklər tarixi
var. Demoqrafik tərkibin formalaşmasında
xanlar və onların siyasəti böyük rol oynayıb. Hətta erməni mənbələrinə
əsaslanan siyahıya
baxsaq görərik ki, İrəvan xanlarının hamısı
Azərbaycan, müsəlman
əsilli idi. Qərbi Azərbaycan xanları həmişə
əksəriyyət təşkil
edən etnik qrupdan, yəni, azərbaycanlılardan olub.
XIX əsrdə çar
Rusiyasının təqdim
etdiyi rəsmi statistik məlumatlara əsasən sübut olunur ki, İrəvanda
yerli əhalinin əksəriyyəti Azərbaycan
mənşəli olub.
Bu fikirləri hazırda Almaniyada yaşayan, İrəvan xanının nəslindən
olan Əmir Əli Sərdari İrəvani Haaqada təşkil olunmuş “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası
və icmanın Avropadakı üzvləri”
mövzusunda beynəlxalq
konfrans çərçivəsində
AZƏRTAC-a məxsusi müsahibəsində
deyib.
O bildirib ki, ilk dəfədir Avropada Qərbi Azərbaycana qayıdışla
bağlı beynəlxalq
konfransda iştirak edir və bu
tədbir çox uğurludur. “Qərbi Azərbaycandan olan bütün soydaşlarımızı
birləşdirmək, həmrəy
və güclü olmaq üçün belə konfranslar vacibdir. Bu
konfranslarda bir-birimizi görə və fikir mübadiləsi apara bilirik. Biz birlikdə eyni istiqamətdə irəliləməyə
və hər bir məqsədimizə çatmaq üçün
gücə malik olarıq.
Əminəm ki, tezliklə
doğma torpaqlarımıza
- əcdadlarımızın yurduna qayıda biləcəyik”, - deyə
Əmir Əli Sərdari İrəvani diqqətə çatdırıb.
Qeyd edilib
ki, hətta Ermənistandan
bəzi elmi tədqiqatçılar onu
Yerevana dəvət ediblər, ancaq o, bu dəvətlərə müsbət cavab verməyib. Çünki Yerevana, sadəcə, şəhəri görmək
üçün getmək
istəmir. O, Qərbi
Azərbaycandan olan soydaşlarımızın birliyi
sayəsində tezliklə
əcdadlarımızın torpaqlarına –Yerevana sülh yolu ilə qayıdacağına
əmin olduğunu deyib.
Qeyd edək
ki, İrəvani konfransda
çıxışında əcdadlarının tarixinin
xalqın mədəni
kimliyinin əsasını
təşkil etdiyini, insanlar arasında kimlik və mənsubluq hissini gücləndirdiyini vurğulayıb.
Bildirib ki, işğalçılar
tarixi təhrif etməyə çalışanda,
dədə-baba tarixinə
müraciət etmək
müqavimət formasıdır.
Tarix həqiqətlərin
qorunub saxlanılmasına
və dezinformasiyaları
düzəltməyə kömək
edir. Həmçinin
o, doğma yurda qayıdış üçün
vahid siyasətin önəmini vurğulayıb.
Azərbaycan.-2023.- 26 oktyabr,
¹ 234.- S.11.