Vaqonlara doldurulub tarixi torpaqlarından zorla qovulan soydaşlarımız
tezliklə şəxsi
avtomobilləri ilə
Qərbi Azərbaycana
qayıdacaqlar
Torpaqlarının 30 illik işğalına son qoyaraq, bütün
ərazilərində suverenliyini
bərpa edərək
son iki yüzillik
tarixində ən böyük qələbələrini
əldə edən Azərbaycanın qarşısında
duran növbəti milli hədəfi indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla didərgin salınan qərbi azərbaycanlıları
yurdlarına təhlükəsiz
qovuşdurmaqdır.
"Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə"- deyə oktyabrın 17-də
"Füzuli Şəhəri
Günü"ndə Füzuli
şəhərinə köçmüş
sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşü zamanı
Prezident İlham Əliyev bir daha bildirdi ki,
"Mən demişəm,
məni bəziləri
ittiham etməyə çalışırlar, mən
dedim ki, biz oraya tanklarla
yox, minik maşınları ilə
qayıdacağıq".
Tarix olduğu kimi
Tarixi mənbələrdə
göstərildiyi kimi,
"dənizdən-dənizə" böyük imperiya yaratmaq kimi sərsəm
xülyaya qapılan erməni millətçiləri
XIX-XX əsrlər ərzində
azərbaycanlılara məxsus
torpaqları qəsb edib, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı
siyasəti aparıblar.
Sözügedən tarixin
müxtəlif dövrlərində
həyata keçirilən
mənfur plan nəticəsində azərbaycanlılar
indi Ermənistan adlandırılan ərazidən
- tarixi torpaqlarından
qovulublar, kütləvi
qətl və qırğınlara məruz
qalıblar.
1918-ci ildə təzə
yaradılmış Azərbaycan
Xalq Cümhuriyyətinin
qərarı ilə qədim şəhərimiz
İrəvanın Ermənistana
bağışlanması xalqımızın
taleyində faciəvi
rol oynayan tarixi faktlardan biridir. Bundan sonra erməni millətçiləri daha
da azğınlaşaraq,
tarixi Azərbaycan ərazilərinə ard-arda
yiyələnməyə başlayıblar,
1920-ci ildə Zəngəzuru
və Azərbaycanın
bir sıra digər torpaqlarını
da sovet hakimiyyətinin köməyi
ilə Ermənistana birləşdirməyə nail
olublar.
Amma bu da qərbi azərbaycanlıların
timsalında xalqımıza
qarşı törədilən
faciələrin sonu olmayıb. 1948-1953-cü illərdə
sovet hökumətinin
xalqımıza qarşı
növbəti cinayətinin
nəticəsi olaraq Qərbi azərbaycanlılar
yenidən deportasiyaya məruz qalıblar.
1980-ci illərin sonlarında
- Ulu Öndər Heydər Əliyev vəzifələrindən uzaqlaşdırılandan
qısa müddət sonra erməni millətçiləri sovet
hökumətinin dəstəyini
də alaraq, həm Qarabağda, həm də Ermənistan SSR-də xalqımıza qarşı
növbəti cinayətlərə
başlayıblar. Nəticədə,
azərbaycanlılar tarixi
diyarları Qərbi Azərbaycandan deportasiya ediliblər.
Daha sonra Qarabağ və Şərqi Zəngəzura
göz dikən Ermənistan o vaxt Azərbaycanda hakimiyyətdə
olan antimilli qüvvələrin xəyanətkar
siyasətindən yararlanaraq
bu tarixi torpaqlarımızı da işğal etmişlər.
Bundan sonra daha yüzminlərlə azərbaycanlı məcburi
köçkünə çevrilərək
Azərbaycanın digər
rayonlarına sığınmışdılar.
Xalqımıza məxsus
bütün maddi-mədəni
irs məhv edilib
Azərbaycanlıları kütləvi şəkildə
qovduqdan sonra indi Ermənistan adlandırılan ərazidə
xalqımıza məxsus
bütün maddi-mədəni
irsi məhv edən mənfur ermənilər toponimlərimizi
dəyişdirib uydurma
erməni adları qoyublar, bir çox
hallarda isə türk dilində mövcud olan yer adlarını saxtakarcasına ermənicəyə
çeviriblər.
30 ilə yaxın
bir zamanda Ermənistanın işğalı
altında olan Qarabağ və Şərqi Zəngəzurda
da vandal ermənilər xalqımıza
məxsus maddi-mədəni
irsə qarşı soyqırımı törədiblər.
Nəhayət, 44 günlük
Vətən müharibəsi
nəticəsində, torpaqlarımızın
işğaldan azad edilməsi ilə yanaşı, erməni vandallığı ilə
üz-üzə qalmış
tarixi, dini, mədəni abidələrimiz
də qurtuldu. İndi onlar Heydər Əliyev Fondu tərəfindən müvəffəqiyyətlə
bərpa olunur.
Vaxt yetişəcək,
Qərbi Azərbaycanda
olan toponimlərimiz də öz qədim türk adları ilə yenidən çağırılacaqlar.
Qərbi azərbaycanlıların
da yurd nisgilinə
son qoyulmalıdır
44 günlük müharibədən
dərhal sonra Qarabağ və Şərqi Zəngəzura
yeni həyat qaytararaq Böyük qayıdış prosesi sayəsində o torpaqları
sakinlərinə qovuşduran
Azərbaycan dövləti,
həm də qərbi azərbaycanlıların
yurd nisgilinə son qoyulması üçün ardıcıl
və effektiv işlər həyata keçirir. Dövlətimiz
üçün tarixi,
milli missiya, eləcə də strateji hədəf olan Qərbi Azərbaycana qayıdışın
tezliklə baş tutması üçün
ən ali səviyyədə siyasi, diplomatik müstəvidə
işlər aparılır.
2023-cü il iyulun
15-də Brüssel şəhərində
Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş
üçtərəfli görüşdə
qərbi azərbaycanlıların
təhlükəsiz və
ləyaqətli şəkildə
öz evlərinə qayıdışı məsələsi
də müzakirə olunan mövzular sırasında idi.
Hələ 2022-ci il
dekabrın 24-də - öz
ad günündə, Qərbi Azərbaycandan olan bir qrup
ziyalı ilə görüşündə dövlət
başçısı İlham
Əliyev vurğulamışdı
ki, vaxt itirilmədən Qayıdış
Konsepsiyası hazırlanmalıdır.
Dövlət başçısının
həmin mühüm tapşırığı qısa
zamanda yerinə yetirilib və artıq indiki Ermənistan ərazisindən
qovulmuş azərbaycanlıların
təhlükəsiz və
ləyaqətli şəkildə,
sülh yolu ilə geriyə qayıtmasının təmin
edilməsi ilə bağlı Qayıdış
Konsepsiyası hazırlanaraq
təsdiqlənib və
ictimaiyyətə təqdim
olunub.
Bu konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların
geriyə qayıtması
üçün Qərbi
Azərbaycan İcmasının
həyata keçirəcəyi
fəaliyyətin məqsədləri,
prinsipləri, hazırlıq
və icra tədbirləri üçün
ümumi çərçivəni
müəyyən edir.
Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa,
tarixi faktlara əsaslanır, ədalətin
və sülhün bərqərar olunmasına
xidmət edir.
Bu, həm də ədalətin tələbidir
Tarixin də, ədalətin də tələbi olan Qərbi Azərbaycana qayıdış prosesi mütləq gerçəkləşdiriləcək.
Necə ki, illərdən sonra keçmiş məcburi köçkünlərimiz qayıdış
karvanları ilə Qarabağ və Şərqi Zəngəzura
dönürlər, bu
xoşbəxtlik Qərbi
Azərbaycandan olan soydaşlarımıza da qismət olacaq. Bir zamanlar faciələr
yaşayan, şovinist
erməni millətçiləri
tərəfindən qətliamlara,
soyqırımlarına məruz
qalan, vaqonlara doldurularaq zorla tarixi yurdlarından qovulan yüz minlərlə soydaşımızın
da torpaq həsrəti bitəcək.
Ancaq təcavüzkar
Ermənistanın, ona
havadarlıq edən bəzi qərəzli ölkə və qurumların iddiasının
əksinə, azərbaycanlılar
XIX-XX əsrlər ərzində
zorla didərgin salındıqları tarixi
yurdlarına silah gücü ilə yox, sülh sayəsində dönəcəklər.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2023.- 26 oktyabr, № 234.- S.11.