Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi
və tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərində
nəqliyyat sıxlığının
azaldılması məqsədilə
uzunluğu 12,7 km olan altı hərəkət zolaqlı
Böyükşor–Pirşağı
avtomobil yolunun layihələndirilməsi və
tikintisi üçün
Azərbaycan Respublikasının
2023-cü il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4,7 milyon (dörd milyon yeddi yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
bu Sərəncamın
1-ci hissəsində göstərilən
avtomobil yolunun tikintisinin başa çatdırılması üçün
zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının
2024-cü il dövlət
büdcəsi layihəsində
dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin bölgüsündə
nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2023-cü il
Azərbaycan.-2023.- 26 oktyabr, № 234.- S.1.