A.İ.Qocayevin
Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən
azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 124-cü maddəsinin II hissəsini
rəhbər tutaraq qərara alıram:
Alı İbrahim
oğlu Qocayev Samux Rayon İcra
Hakimiyyətinin başçısı
vəzifəsindən azad
edilsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
26 oktyabr, № 234.- S.2.