Baş nazir Əli Əsədov Bakıda keçirilən 3-cü DİM Dialoqunun iştirakçıları
ilə görüşüb
Oktyabrın 25-də Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov Bakıda “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri
(DİM) Sammitinin nəticələri
və DİM-lərin
həyata keçirilməsində
ali audit qurumlarının rolu” mövzusunda keçirilən
3-cü DİM Dialoqunda iştirak
edən ali audit qurumlarının rəhbər şəxsləri
ilə görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
Ə.Əsədov 3-cü DİM Dialoqunun əhəmiyyətini
vurğulayaraq onu Azərbaycanın DİM-lərə
nail olunması istiqamətində əldə
etdiyi irəliləyişlərlə
tanış olmaq, həmçinin bu prosesin qiymətləndirilməsində
ali audit qurumlarının rolunu nəzərdən keçirmək
üçün yaxşı
fürsət kimi dəyərləndirdi.
Azərbaycan Hökumətinın
BMT ilə əməkdaşlığa
böyük önəm
verdiyini deyən Baş nazir DİM üzrə öhdəliklərin
həyata keçirilməsinin
ölkəmizdə dövlət
siyasətinin mühüm
tərkib hissələrindən
biri olduğunu bildirdi.
Diqqətə çatdırdı
ki, DİM-lərin icrası ilə bağlı səmərəli
milli icra mexanizminin formalaşdırılmasına
ehtiyac olduğu nəzərə alınaraq,
2016-cı ildə Azərbaycan
Prezidenti tərəfindən
Dayanıqlı İnkişaf
üzrə Milli Əlaqələndirmə Şurası
yaradılıb.
Ötən dövrdə ölkəmizdə DİM-lərə nail olunması istiqamətində mühüm işlərin görüldüyünü deyən Ə.Əsədov Azərbaycanın DİM-lərin icrası üzrə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat təqdim edən regionda ilk və dünyada 10 ölkədən biri olduğunu bildirdi.
Diqqətə çatdırıldı
ki, Azərbaycan Hökuməti DİM-lərin
həyata keçirilməsində,
o cümlədən ayrılmış
vəsaitlərin məqsədyönlü
istifadəsi, həmçinin
şəffaflıq və
hesabatlılığın təmin edilməsində ali audit qurumlarının
roluna böyük əhəmiyyət verir. Bu məsələ cari ilin mart
ayında Milli Əlaqələndirmə Şurası
tərəfindən qəbul
edilmiş Fəaliyyət
Planında öz əksini tapmışdır.
Bildirildi ki, Qoşulmama Hərəkatının
COVID-19-a qarşı mübarizə
üzrə Təmas Qrupunun cari ilin
mart ayında Bakıda keçirilən
Zirvə görüşündə
Azərbaycan Respublikasının
Prezidenti tərəfindən
18-ci Dayanıqlı İnkişaf
Məqsədi təşəbbüsü
irəli sürülüb.
Mina təhlükəsi
ilə mübarizəyə
dair fəaliyyətləri
özündə ehtiva
edən bu DİM-in Azərbaycanın işğaldan azad olunmuş ərazilərində
bərpa işlərinin
aparılması və
həmin ərazilərə
təhlükəsiz qayıdışın
təmin edilməsi baxımından əhəmiyyəti
vurğulanıb.
Azərbaycanın mina
və digər partlayıcı sursatlardan
ən çox çirklənmiş ölkələrdən
biri olduğu diqqətə çatdırılaraq,
İkinci Qarabağ müharibəsi başa çatandan sonra 300-dən
çox hərbi və mülki vətəndaşımızın minadan həlak olduğu və ağır yaralandığı
qeyd edilib.
Görüşdə DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu müzakirə olunub.
Azərbaycan.-2023.- 26 oktyabr, № 234.- S.2.