“Ulu Öndər
silahdaşlarının xatirələrində"
adlı kitab ictimaiyyətə təqdim
olunub
Ümummilli Liderin
100 illiyi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən hazırlanan,
Ulu Öndərin həyat
və fəaliyyətini
özündə əks
etdirən, dahi şəxsiyyətin mənalı
ömrünün təhlükəsizlik
orqanlarında keçən
hissəsi ilə bağlı "Ulu Öndər
silahdaşlarının xatirələrində"
adlı kitab ədəbiyyat
ictimaiyyətinə təqdim
olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan
Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı Anar, AYB-nin katibi, xalq
yazıçısı Çingiz
Abdullayev, DTX rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak
ediblər.
Kitabda vaxtilə
təhlükəsizlik orqanlarında
uzun müddət Heydər
Əliyevlə birlikdə
çalışmış, onunla mütəmadi birbaşa təmasda olmuş veteran əməkdaşların
xatirələri yer alıb.
Kitabın yazılmasında
əsas məqsəd
Ulu Öndərin xüsusi
xidmət orqanlarında
çalışarkən xalqının
rifahı və Azərbaycanın təhlükəsizliyi
yolunda etdikləri ilə bağlı yeni məqamları ictimaiyyətin
diqqətinə çatdırmaqdır. .
Ümummilli Liderin xüsusi xidmət orqanlarındakı fəaliyyətindən
bəhs edən
"Ulu Öndər silahdaşlarının
xatirələrində" adlı kitab "Heydər Əliyev
- Azərbaycan təhlükəsizlik
orqanlarının ilk azərbaycanlı
generalı" adlı
giriş hissəsi ilə başlanır.
Kitabın ən önəmli, unikal cəhəti burada indiyə kimi heç bir yerdə dərc olunmayan, vaxtilə təhlükəsizlik orqanlarında
Heydər Əliyevin rəhbərliyi
altında çalışmış
veteran əməkdaşların üzərində Ulu Öndərin
imzası olan və onların şəxsi işlərində
saxlanılan məxfi qrifli arxiv sənədlərinin,
dahi rəhbərin bu təsisatda xidmət etdiyi vaxtlara aid fotoşəkillərin,
o cümlədən Ümummilli
Liderin Rusiya təhlükəsizlik orqanlarının
arxivində saxlanılan
şəxsi işindən
olan sənədli materialların, həmçinin
Özbəkistan və
Qazaxıstan təhlükəsizlik
orqanları veteranlarının
xatirələrinin yer
almasıdır.
Cari ilin 10 may tarixində DTX-də keçirilən Ulu
Öndər Heydər Əliyevin
anadan olmasının
100-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə
təqdimatı baş
tutmuş nəşrin
"Ön söz"ünün
müəllifi olan
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev kitabın ərsəyə gətirilməsinin
əsas məqsədini
aşağıdakı kimi
açıqlayıb: "Ümummilli
Liderin 100 illik yubileyinin qeyd olunduğu ərəfəyə
təsadüf edən
bu kitabın hazırlanmasında əsas
məqsəd Heydər Əliyev
ideyalarının geniş
təbliği, insanlara,
xüsusən də gənc nəslə onun mənalı həyat və nümunəvi xidmət yolu barədə vaxtilə rəhbərliyi
altında çalışmış,
dahi şəxsiyyətin
diqqət və qayğısını öz
üzərilərində hiss etmiş, məsləhət
və tövsiyələrindən
bəhrələnmiş təhlükəsizlik
orqanlarının veteranlarının
və onların övladlarının hafizələrinə
ömürlük həkk
olunmuş unudulmaz xatirələri oxucularla bölüşməkdir".
Kitabda 42 veteran əməkdaşın
Heydər Əliyevlə bağlı
bölüşdükləri xatirələri, müxtəlif
zamanlarda dövri mətbuatda dərc edilmiş məqalə və müsahibələri
əks olunub.
Kitabda Heydər Əliyevin
silahdaşları qürur
hissi ilə paylaşdıqları xatirələrində
Ulu Öndərlə ilk tanışlıqlarından,
aralarında mövcud
olan rəhbər-işçi
münasibətlərindən, onun əməkdaşlara diqqət və qayğısından, iş
prinsipindən, geniş
əməliyyat təfəkküründən,
hadisələri qabaqcadan
görə bilmək qabiliyyətindən, analitik
və təhlil bacarığından ətraflı
söhbət açırlar.
Onlar qeyd edirlər ki, məhz belə keyfiyyətləri
sayəsində Heydər Əliyev
mürəkkəb əməliyyat
kombinasiyalarını uğurla
həyata keçirir,
qarşısında duran
çətin tapşırıqların
öhdəsindən layiqincə
gələ bilirdi.
Heydər Əliyevin təhlükəsizlik
orqanlarında sıravi
əməkdaşdan qurumun
rəhbərinə, leytenant
rütbəsindən general-mayor rütbəsinə kimi yüksəlməsi də
sadalanan cəhətlərin
müqabilində mümkün
olmuşdu.
Qeyd olunub
ki, Azərbaycan təhlükəsizlik
orqanları məhz
Ulu Öndərin miras
qoyduğu vətənpərvərlik
irsi və peşəkarlıq məktəbi
əsasında fəaliyyət
göstərir, bu orqanlarda xidmət vaxtilə Heydər Əliyevin
müəyyən etdiyi
meyarlar üzərində
inkişaf etdirilir.
General-polkovnik Əli Nağıyev qeyd olunanları "Ön söz"də xüsusi
vurğulayır: "Heydər Əliyevin şərəfli
ömrünün 25 ilini
həsr etdiyi Azərbaycan təhlükəsizlik
orqanlarındakı fəaliyyəti,
gələcək nəslə
miras qoyduğu peşəkarlıq məktəbi
xüsusi xidmət orqanlarının əməkdaşları
üçün etalon olaraq
qəbul edilir. Ulu Öndərin millətə
və dövlətə
sədaqət amalları
isə daima gənc zabitlərə aşılanır".
Azərbaycan.-2023.- 26 oktyabr,
№ 234.- S.2.