İcma:
Simonyan başa düşə bilmir ki, Azərbaycan Ermənistanı təkcə
döyüş meydanında
deyil, diplomatik müstəvidə də darmadağın edib
Qərbi Azərbaycan
İcması Ermənistan
parlamentinin sədri Alen Simonyanın öz ampluasına sadiq qalaraq Azərbaycanla
bağlı növbəti
dəfə diletant və gülünc açıqlamalar verməsi
ilə bağlı bəyanat verib.
İcmadan AZƏRTAC-a daxil olan bəyanatda
deyilir: "Tutduğu
vəzifənin məsuliyyətini,
dediyi sözlərin mahiyyətini dərk etməyən A.Simonyan heç cür başa düşə bilmir ki, Azərbaycan
Ermənistanı təkcə
döyüş meydanında
deyil, diplomatik müstəvidə də darmadağın etmişdir.
A.Simonyan kimilərinin
İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra
çox belə boğazdan yuxarı sözlərinin şahidi olmuşuq.
Yalnız A.Simonyan təfəkküründə olan şəxs tez-tez parlamentin iclaslarında deputatları təhqir edib, müxalifətçinin üzünə nümayişkəranə şəkildə tüpürüb Ermənistanın “demokratik ölkə” olduğunu iddia edə bilər".
Azərbaycan.-2023.- 26 oktyabr, № 234.- S.3.