Müstəmləkəçi
dövlətin çirkin
siyasəti
Fransa ənənəsinə sadiq
qalaraq yeni münaqişələr üçün
zəmin yaradır
Tarixboyu regiondan
kənarda yerləşən
qüvvələrə arxalanaraq
bölgə dövlətləri
əleyhinə reallaşdırılan
çirkin planların
içərisində yer
alan Ermənistan zaman-zaman müxtəlif
"güc"lərin oyuncağına
çevrilib. İrəvan
xüsusilə, 44 günlük
Vətən müharibəsindən
sonra teatr tamaşalarında istifadə
olunan marionet kuklaları kimi məhz Fransanın idarəsi ilə hərəkətə keçərək,
özünə aid olmayan işlərə də əl-qol atır.
Ermənistanın ipini
əlində saxlayan
Paris Cənubi Qafqazdakı
maraqlarını təmin
etmək üçün
revanşistləri şirnikləndirir,
separatçılarla hərbi
əməkdaşlığa başlayır, silah alış-verişini rəsmiləşdirir,
əleyhimizə bəyanatlar
yayır. Lakin daim müstəmləkəçi
siyasət yürüdən,
işğalçıları dəstəkləyən, etnik
və dini mənsubiyyətinə görə
milyonlarla insanın hüquqlarını pozmaqdan
çəkinməyən bu
dövlət riyakar davranışları ilə
mənfəət xətrinə
müdafiəsinə qalxdığı
Ermənistandan, eləcə
də özünə
təhlükə kimi
gördüyü Rusiyadan
və regionda sıxışdırmağa çalışdığı
Azərbaycandan daha çox, elə özünə ziyan vurduğunu unudur.
Paris sülhə əngəl
törədir
Bədnam qonşumuzu
özünün Cənubi
Qafqaz avantürasının
qurbanına çevirən
Fransa, bölgəyə
silah-sursat göndərməklə
yeni münaqişələr
üçün zəmin
yaradır. Bu il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra
Fransa xüsusilə fəallaşıb, regionda
sülhə əngəl
törətməkdən ötrü
əlindən gələni
əsirgəmir.
Açıq-aydın görünür ki, Vətən müharibəsində
Qarabağ və Şərqi Zəngəzuru
işğaldan azad edərək fərsiz Minsk qrupunun 28 il ərzində icra edə bilmədiyi
qətnamələri təkbaşına
reallaşdıran, cəmi
23 saat ərzində öz suverenliyini tam bərpa edən Azərbaycanın gücünə rəsmi
Paris qısqanclıqla yanaşır.
Əks halda, İrəvanda daimi hərbi attaşenin təyinatına hazırlıq
görməz, Ermənistanın
silah-texnika parkını
yeniləməyə çalışmazdı.
Bir müddət öncə bu ölkənin xarici işlər naziri Ketrin Kolonnanın İrəvana səfəri
zamanı ilkin əlamətləri görünən
Fransa-Ermənistan hərbi
əməkdaşlığı istiqamətində ciddi addımlar atılması da bu iyrənc
siyasətin tərkib hissəsidir.
Azərbaycanın bölgədəki
erməni silahlı birləşmələrini tərksilah
etməsindən sonra sülh gündəliyini irəli sürdüyü
halda, Fransanın Cənubi Qafqaz regionunda destruktiv siyasətini davam etdirməsi ağlasığan
deyil. Bu, yalnız burulğandan xilas olmağa çalışan birinin saman çöpündən
yapışmasına bənzəyir.
Ona görə də fransızlar erməniləri silahlandırmaqla
nəyəsə nail olacaqlarını düşünürlərsə,
yanılırlar. Unudurlar
ki, fransız silahları İkinci Qarabağ savaşı zamanı Ermənistanın
istifadə etdiyi silahlardan heç nə ilə fərqlənməyəcək.
Müstəmləkəçilərin
ən qəddarı
Fransa nə qədər maskalanmağa
çalışsa da,
bəşəriyyətin düşməni
rolunda çıxış
etdiyini gizlədə bilmir. Hər zaman kolonializm tarixinin qanlı cinayətlərinə müəlliflik
edən Paris bu gün milyonlarla soydaşının müdafiəsinə
qalxan, haqqı və ədaləti tələb edən ölkəmizə qarşı
çıxmaqla riyakar
ənənəsini hələ
də davam etdirdiyini göstərir.
Hazırda İsraillə
Fələstin arasında
gedən döyüşlərin
dayandırılmasında deyil,
alovlanmasında maraqlı
olması da Fransanın aqressiv xarici siyasətindən xəbər verir. Bütün bunlar təsdiqləyir ki, bu ölkə beynəlxalq hüququn norma və prinsiplərinin
pozulmasına adi hal kimi yanaşır,
insanlıq əleyhinə
ən çirkin əməllərə əl
atmaqdan çəkinmir
və cinayətkarlari
dəstəkləməkdən zövq alır.
Prezident İlham
Əliyevin Bakıda keçirilən "Neokolonializm:
İnsan Hüquqlarının
Pozulması və Ədalətsizlik" mövzusunda
beynəlxalq konfransın
iştirakçılarına müraciətində Fransa
haqda bir sıra həqiqətlərin
bəyan edilməsi də bu ölkənin
kolonializm siyasətini
bir daha ifşa etdi. Müraciətdə bildirildi
ki, "Afrika, Cənub-Şərqi Asiya,
Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan
edən, xalqlarını
uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi
və bəşəriyyət
əleyhinə çoxsaylı
cinayətlər törətmişdir.
Fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə
görə yüz minlərlə dinc sakini soyqırımına
məruz qoymuşdur".
Ümumiyyətlə, Fransanın müstəmləkəçi
dövlət olması,
Yaxın Şərq və Afrikada hər gün insanların hüquqlarını
pozması və həmin müstəmləkələrdə
məskunlaşanların əksəriyyətini
müsəlmanların təşkil
etməsi hər kəsə yaxşı məlumdur. Fransa islamofobiyanı, erməni lobbisinin təsiri altında, onların hər dediyi ilə oturub-duraraq türkofobiyanı ölkənin
dəyişməz gündəminə
çevirib.
Fransa cinayətkarların
hamisidir
Otuz il əvvəl erməni təcavüzü ilə soyuqda-boranda donan məsum körpələrimiz,
alçaldılan qız-gəlinlərimiz,
işgəncəyə məruz
qalan yaşlı insanlarımız əzab çəkəndə, bir
milyona yaxın azərbaycanlı dədə-baba
yurdundan zorla qovulanda Fransa niyə susurdu? Müsyö və madam senatorlar niyə haqlı mübarizəmizdə bizə
dəstək vermək
üçün heç
olmazsa, bircə dəfə də olsun Ermənistanın işğalını və
təcavüzünü pisləyən
bəyanat vermədilər
və ya qərar qəbul etmədilər?!
Necə olur ki, Azərbaycanın davamlı şanlı zəfərlərindən sonra
sözügedən qüvvələr
canfəşanlıq edərək
terrorçulara qahmar çıxırlar.
Demək, özünü
"demokratiya çarçısı"
hesab edən Fransa da heç
haqq-ədaləti olmayan,
hətta müstəmləkəçilərin,
işğalı, terroru
dəstəkləyənlərin, müxtəlif cür soyqırımı və qətliam törədənlərə
hamilik edənlərin
elə ən qəddarı imiş. Amma terrorçulara qucaq açan, onlardan sui-istifadə edərək öz maraqları naminə regionda gərginlik yaratmaqda maraqlı olan qüvvələr başa düşməlidirlər
ki, bizim "dəmir yumruğ"umuz əvvəlkindən də
möhkəm və əyilməzdir, sadəcə
olaraq Azərbaycan humanistdir və riyakar davranışların
dərsini vermək üçün ən doğru məqamı gözləyir. Xalqımız
bu gün nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən bir liderlə, Prezident İlham Əliyevlə yoluna davam edir.
Bu baxımdan, başda Fransa olmaqla bir sıra
dövlətlərin Azərbaycanın
yaratdığı xarici
siyasət modelini örnək götürmələri,
"gözləməyi bilmək
uğurun sirridir" məşhur məsəli
tez-tez təkrarlamaları
yerinə düşərdi.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
26 oktyabr, № 234.- S.8.