Səfir:
Səudiyyə Ərəbistanı
Azərbaycanın ərazi
bütövlüyünə hər zaman hörmətlə yanaşıb
və bu mövqe dəyişməyəcək
Oktyabrın 25-də Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri,
şeyxülislam Allahşükür
Paşazadə Səudiyyə
Ərəbistanı Krallığının
Azərbaycan Respublikasına
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri İssam bin Saleh əl-Cuteyli
ilə görüşüb.
Qafqaz Müsəlmanları
İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə şeyxülislam
səfirə ölkəmizdəki
diplomatik fəaliyyətində
uğurlar arzulayıb,
iki dost dövlət arasında münasibətlərin daha
da inkişafı üçün çalışacağına
əminliyini bildirib.
QMİ sədri xalqımızın
Qarabağda qazandığı
Zəfər barədə
səfirə məlumat
verərək qeyd edib ki, Azərbaycan
xalqı əlamətdar
günlər yaşayır:
“Dövlətimiz ikinci
dəfə öz müstəqilliyini əldə
etdikdən sonra ilk dəfədir ki, ərazi bütövlüyünün tam
bərpasına nail olub. Prezident İlham Əliyevin qətiyyəti, Ordumuzun rəşadəti sayəsində
azad olunan rayonlarımızda nəhəng
quruculuq işlərinə
başlanılıb, o cümlədən
Ermənistan tərəfindən
dağıdılan məscidlər,
digər dinlərə
aid məbədlər
bərpa edilir”.
Şeyxülislam Allahşükür
Paşazadə xalqlarımız
arasında münasibətlərin
qədim tarixə söykəndiyini diqqətə
çatdırıb: “Azərbaycanla
Səudiyyə Ərəbistanı
Krallığını tarixi
və dini bağlar daha da doğmalaşdırır.
Xalqımız hər
zaman İslamın müqəddəs məkanlarını
ziyarət etməyə
can atıb. Sovet dövründə bu məsələlərə
çoxlu qadağa və maneə yaradılırdı. Ölkəmiz
müstəqilliyini bərpa
etdikdən sonra əlaqələrimiz daha da inkişaf etdi. 2023-cü ildə 100 illiyini qeyd etdiyimiz
Ümummilli Lider Heydər Əliyevin bu münasibətlərin yaradılmasında xidmətləri
danılmazdır. Ulu Öndərin 1994-cü ildə
Səudiyyə Kralı
Fəhd ibn Əbdüləziz əl-Səudla
iki saat çəkən ilk görüşünün necə
qarşılıqlı hörmət
və ehtiram şəraitində, səmərəli
keçdiyinin şahidiyəm.
Şükürlər olsun ki, dövlətlərimiz
arasında münasibətlər
bu gün də uğurla davam edir. Prezident
İlham Əliyevin ailə üzvləri ilə Məkkə və Mədinə şəhərlərində ziyarətdə
olması, krallıq rəsmiləri ilə görüşləri, müxtəlif
sahələrin inkişafı
üçün əldə
edilən razılaşmalar
buna sübutdur. Sağlam bünövrə
üzərində qurulan
bu mənəvi körpü sizin kimi təcrübəli diplomatların səyi ilə daha da
möhkəmlənəcək”.
QMİ sədri Azərbaycan
Həcc missiyasının
ötənilki ziyarətin
yekunlarına görə
qalib elan olunduğunu bir daha səfirin diqqətinə çatdırıb:
“Səudiyyə Ərəbistanı
Krallığı hər
il Azərbaycandan Həccə gedən zəvvarların ziyarətlərinin
rahat və təhlükəsiz yerinə
yetirmək üçün
diqqət göstərir.
Ötən il zəvvarların sənədlərinin
elektronlaşdırılması ilə bağlı dini mərkəz olaraq həyata keçirdiyimiz işlər
krallığın Həcc
Nazirliyi tərəfindən
yüksək qiymətləndirildi
və QMİ-nin Həcc missiyası qalib elan olundu.
Əldə olunan təcrübədən növbəti
illərdə də yararlanmağa çalışacağıq”.
Səudiyyə Ərəbistanı
Krallığının Azərbaycandakı
yeni səfiri İssam bin Saleh əl-Cuteyli xoş qarşılanmaya görə təşəkkür
edib, dövlətini ölkəmizdə təmsil
etməkdən qürur
duyduğunu diqqətə
çatdırıb: “Azərbaycanlı
qardaşlarım arasında
özümü doğma
evimdəki kimi hiss edirəm. Ölkəmiz hər zaman Azərbaycanın ərazi bütövlüyünə
hörmətlə yanaşdığını
bəyan edib və bu mövqe
dəyişilməz olaraq
qalacaq”.
Səfir Bakıda
rəsmi fəaliyyətə
başladıqdan sonra
ilk nəzakət görüşlərinin birini
şeyxülislam Allahşükür
Paşazadə ilə
keçirdiyinin təsadüf
olmadığını vurğulayıb:
“Bir diplomat kimi dövlətlərimizin
müxtəlif sahələrdə
əlaqələrinin inkişafına
töhfə verməyə
çalışacağam. Dini sahədə münasibətlərin davamlılığını
təmin etmək üçün sizin kimi müdrik, müsəlman aləmində
tanınmış dini
liderin məsləhətlərinə
ehtiyacım var”.
Diplomatın sözlərinə
görə, Səudiyyə
Ərəbistanı Krallığı
ölkəyə gələn
azərbaycanlı zəvvarlara
xidmət göstərməkdən
şərəf duyur:
“Allah qonağı olan müsəlman qardaşlarımız üçün
ürəklərimiz qapılarımızdan
əvvəl açıqdır”.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.
Azərbaycan.-2023.-
26 oktyabr, ¹ 234.- S.3.