Fransızdilli
telekanal Bakı Təşəbbüs Qrupunun
neokolonializmlə bağlı
konfransına dair reportaj yayımlayıb
Fransızdilli “EBENE Media” telekanalı Bakı Təşəbbüs Qrupunun
təşkil etdiyi “Neokolonializm: İnsan Hüquqlarının Pozulması
və Ədalətsizlik”
mövzusunda beynəlxalq
konfrans haqqında
“Paris, sadəcə, ağzını
yummalıdır: Azərbaycan
Fransaya qarşı səs tonunu sərtləşdirir” adlı
reportaj yayımlayıb.
Beynəlxalq konfransda
14 ölkənin nümayəndələrinin
iştirak etdiyi diqqətə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, reportajda
Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətində
yer alan fikirlərə geniş yer verilib. Bildirilib
ki, Azərbaycan Prezidenti Fransanın neokolonial siyasətini, BMT Təhlükəsizlik Şurasındakı
üzvlüyündən sui-istifadə
edərək Afrika, eləcə də dünyanın digər regionlarında qərəzli
siyasət yürütməsini
kəskin şəkildə
pisləyib. Fransa öz maraqlarına görə geosiyasi intriqalarla məşğul
olur.
Eyni zamanda, diqqətə çatdırılıb
ki, Azərbaycan Prezidenti Fransanın müstəmləkələrində törətdiyi sui-istifadələrə
diqqət çəkib.
Qeyd edilib ki, Fransa Afrika,
Cənub-Şərqi Asiya,
Sakit Okean regionu və Latın Amerikasında onlarla ölkəni müstəmləkəyə çevirərək,
onların təbii sərvətlərini talayıb
və xalqlarını
uzun müddət əsarətdə saxlayıb.
Həmçinin Fransa
silahlı qüvvələrinin
bu ölkələrdə
çoxsaylı hərbi
və insanlığa
qarşı cinayətlər
törətdiyi, xüsusilə
də etnik və dini mənsubiyyətinə
görə yüz minlərlə insana qarşı soyqırımı
həyata keçirdiyi
vurğulanıb.
Reportajda bildirilir
ki, Azərbaycan Prezidentinin müraciətində
XXI əsrdə müstəmləkəçiliyin
davam etməsi qətiyyətlə pislənilir
və bu neokolonial təzahürlərin
artan tendensiyalarından
narahatlıq ifadə edilir. Fransanın dünyada ən çox mina istifadə edən ölkələrdən biri
olduğu bildirilir, buna misal olaraq
Əlcəzair nümunə
kimi göstərilib. Vurğulanıb ki, Əlcəzair ərazisinə
5 milyondan çox mina basdırılıb və bu, saysız-hesabsız
iztirablara, insan itkilərinə səbəb
olub.
Qeyd edilib ki, konfrans Fransanın keçmiş müstəmləkələrdə törətdiyi cinayətlərini ifşa etmək üçün platforma rolunu oynayır. Reportajda vurğulanıb ki, beynəlxalq konfrans zamanı aparılan müzakirələr, neokolonial təcrübələrə dair fikir mübadilələri daha ədalətli dünya nizamının təşviqinin vacibliyinə dəlalət edir.
Azərbaycan.-2023.- 26 oktyabr, ¹ 234.- S.9.