Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi cəhdi növbəti dəfə ifşa olunub

 

 

Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi özününküləşdirilməsi cəhdi növbəti dəfə ifşa olunub.

AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da Vyana Beynəlxalq Mərkəzinin Rotunda zalındaKeçmişin gələcəyi: Ermənistanın ənənəvi incəsənətinin dirçəlişinə dəstək verməklə qadın sahibkarların səlahiyyətlərinin artırılmasıadlı sərgi Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi özününküləşdirilməsi cəhdinə xidmət edib. Ermənistanın daimi nümayəndəliyi tərəfindən təşkil olunmuş sərgidə Azərbaycan xalça sənətinin müxtəlif məktəblərinə xas xalçalar erməni xalçaları kimi göstərilib. Diqqətçəkən məqam ondan ibarət olub ki, ermənilər öz adlarına çıxdıqları, lakin onlarda mövcud olmayan bir sıra Azərbaycan xalçalarınınzəngin erməni mədəni irsi”nin nümunələri olduğunusübutetmək üçün onların yalnız fotolarını sərgidə asmaqla kifayətlənməli olublar.

Ölkəmizin mədəni irsini beynəlxalq səviyyədə erməniləşdirməyə növbəti dəfə cəhd göstərən Ermənistan tərəfi sərgidə Azərbaycanın Qarabağ, Qazax Şirvan bölgələrinin klassik xalça kompozisiyaları əsasında toxunmuşÇələbi”, “Xətai”, “Qasımuşağı”, “Malıbəyli”, “Bəhmənli”, “Borçalı digər xalçalarını özününküləşdirməyə çalışıb.

Azərbaycanın Avstriyadakı səfirliyi Ermənistan milli-mədəni irsinin nümayişi pərdəsi altında təqdim olunan sərgi ilə bağlı BMT-nin Vyana bölməsinin rəhbərinə rəsmi etiraz məktubu ünvanlayıb. Etiraz məktubunda bildirilib ki, sərgidə Azərbaycanın xalq sənətinin ən qədim mühüm sahələrindən biri olan xalçaçılıq ənənələrinə xas ornamental elementləri ehtiva edən xalçaların erməni xalçaları kimi təqdim olunması təxribat tarixi saxtalaşdırmaqdır. Diqqətə çatdırılıb ki, 2010-cu ildə ənənəvi Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Acınacaqlı haldır ki, Ermənistanın nümayiş etdirdiyi xalça ornamentləri son üç onillikdə bu ölkənin işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsinin xalçaçılıq ənənələrinə aiddir.

Məktubda diqqətə çatdırılıb ki, Azərbaycanın mədəni sərvətini təşkil edən xalçaların onun razılığı olmadan sərgilənməsi onların guya Ermənistana məxsus olduğunu iddia etmək ölkəmizin mədəni sərvətlərinin açıq şəkildə mənimsənilməsidir. Bu, yolverilməzdir pislənilməlidir. Ermənistanın müxtəlif platformalardan sui-istifadə edərək beynəlxalq ictimaiyyəti aldatmaq ölkəmizə qarşı ərazi iddiaları ilə yanaşı, Azərbaycanın mədəni dini irsinə əsassız iddialar irəli sürməsinə dair ilk hal deyil. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı ölkəmizin mədəni sərvətlərinin irsinin oğurlanması, talan edilməsi, mənimsənilməsi, qeyri-qanuni daşınması baş verib. Bütün bunlar beynəlxalq hüququn konvensiyaların kobud şəkildə pozulmasıdır.

Azərbaycan tərəfi BMT-nin Vyana bölməsinin rəsmilərini Ermənistanın Vyanadakı beynəlxalq təşkilatlardan öz siyasi məqsədləri ölkəmizə qarşı əsassız iddialar naminə sui-istifadə etməsinin qarşısını almaq üçün təcili şəkildə qəti tədbirlər görməyə çağırıb.

 

 

Azərbaycan.-2023.- 26 oktyabr, ¹ 234.- S.9.