Azərbaycan-Türkiyə
birliyinin daha bir nümunəsi
İki qardaş
dövlət ilk dəfədir ki, belə genişmiqyaslı
hərbi təlim keçirir
Azərbaycan-Türkiyə arasındakı
dostluq və qardaşlıq münasibətləri
bütün dünyaya
bir örnəkdir. Eyni kökə malik xalqlarımızı
dil-din birliyi, qədim tarixə malik adət-ənənələr, oxşar
mədəniyyət birləşdirir.
Tarixin ən çətin anlarında bir-birinə sədaqət
nümunəsi göstərən
bu iki qardaş
dövlət zamanın
imtahanlarından üzüağ
çıxıb.
Dünyada baş
verən siyasi kataklizmlər, bir-birini sürətlə əvəzləyən
siyasi-hərbi toqquşmalar,
heç kimə sirr olmayan xristian
təəssübkeşliyi, eyni zamanda dövlət
başçıları arasında
olan qarşılıqlı
dostluq münasibətləri
Azərbaycan-Türkiyə münasibətlərini
daha möhkəm, sarsılmaz edib.
Azərbaycan Ordusu
ilə Türkiyə Silahlı Qüvvələri
hərbi qulluqçularının
birgə iştirakı
ilə keçirilən
genişmiqyaslı "Mustafa
Kamal Atatürk-2023" taktiki
təlimləri də
bu iki qardaş
dövlətin birliyinin
məntiqi nəticəsidir.
Azərbaycan Müdafiə
Nazirliyinin Mətbuat xidmətindən verilən
məlumata görə,
ilk dəfədir ki, iki qardaş
dövlətin silahlı
qüvvələri belə
genişmiqyaslı hərbi
təlim keçirlər.
Təlimlər Bakı
şəhərində, Naxçıvan
Muxtar Respublikasında
və azad olunmuş ərazilər də daxil olmaqla
Azərbaycanın müxtəlif
istiqamətlərində keçirilir.
Təlimlərə iki
qardaş ölkənin
müxtəlif qoşun
növündən ümumilikdə
3000-dək şəxsi heyət,
130 ədəd zirehli texnika, 100-dək artilleriya
vasitəsi, 20-dən artıq
aviasiya və uçuş vasitələri,
eləcə də mühəndis texnikası
və kiçik botlar cəlb olunub.
Müasir
döyüş üsullarından
istifadə etməklə
artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda
tətbiqi, onların qarşılıqlı əlaqədə
fəaliyyətinin təşkili,
çaylar üzərindən
keçid açmaq məqsədilə panton körpülərin salınması
və şərti düşmənin dərinliyinə
desant endirilməsi üzrə müxtəlif
tapşırıqlar təlimlərdə icra edilir.
Təlimlərdə əsas diqqət qoşunların qarşılıqlı
əlaqədə fəaliyyətləri
zamanı döyüş
uzlaşmasının təmin
edilməsinə, idarəetmənin
təkmilləşdirilməsinə, təcrübə mübadiləsi
və şəxsi heyətin peşəkarlığının
artırılmasına yönəlib.
İlk dəfə
keçirilən genişmiqyaslı
birgə təlim haqqında açıqlama
verən Müdafiə
Nazirliyinin rəsmisi general-mayor Eyvaz Cəfərov bildirib ki, iki qardaş
dövlətin silahlı
qüvvələrinin birgə
keçirdiyi təlim
yüksək səviyyədə
qəbul edilmiş qərarların nəticəsidir.
Tərəflər bu təlimi keçirməklə
hər iki dövlət rəhbərliyinin
qarşıya qoyduğu
mühüm tapşırıqları
icra edirlər: "Bu təlimlər Silahlı Qüvvələrimizin
döyüş qabiliyyətinin
artırılması, əməliyyat
uzlaşmasının əldə
edilməsi, o cümlədən
regionda təhlükəsizlik
və stabilliyin təmin edilməsi baxımından çox vacibdir".
Dünya mətbuatının
gündəmini zəbt
edən Azərbaycan-Türkiyə
silahlı qüvvələrinin birgə
hərbi təlimi heç kimi narahat etməməlidir. Şərti adı "Mustafa Kamal
Atatürk-2023" adlanan təlimlər
hər iki dövlətin gündən-günə
güclənən silahlı
qüvvələrinin qüdrətini
nümayiş etdirməklə
yanaşı, sülhə,
təhlükəsizliyə xidmət edir. Türk dövlətlərinin
birliyi böyük Mustafa Kamal Atatürkün
dediyi kimi, yurdda sülh, cahanda sülh deməkdir.
Xatırladaq ki,
Azərbaycan-Türkiyə birgə
təlimləri bundan sonra hər il növbə ilə Azərbaycanda və Türkiyədə keçiriləcək. Bu iki qardaş xalqın gücü də birliyindədir.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
26 oktyabr, № 234.- S.10.