İşğaldan
azad edilmiş ərazilərimizin iqtisadi
potensialı böyükdür
Qarabağ və
Şərqi Zəngəzur
Azərbaycanın faydalı
qazıntılarla zəngin
olan ərazilərindəndir.
Hələ 1990-cı illərdə
Ermənistanın işğalına
məruz qalanadək həmin yerlərdə sənaye əhəmiyyətli
yataqlar, çoxsaylı
filiz və qeyri-filiz mineral xammal ehtiyatı müəyyən edilmişdi.
Qarabağ bölgəsi
və ətraf rayonlarda 167 faydalı qazıntı yatağı
kəşf olunaraq ehtiyatları hesablanmışdı.
O da istisna edilmirdi ki, kəşf
olunan, ehtiyatları təsdiqlənən faydalı
qazıntı yataqları
hələ son deyil.
Ermənistanın işğalına
qədər Qarabağ
və Şərqi Zəngəzurun bütün
əraziləri özünəməxsus
florası və faunası ilə heyranedici, yeraltı və yerüstü sərvətləri ilə
heyrətamiz idi. Erməni təcavüzkarlarının
əsarətinə düşənədək
- 1993-cü ilədək Kəlbəcər
rayonunda təsdiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları
belə idi: 130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10 927 min kubmetr mişar daşı, 1 312 min kubmetr gil, 2 540 min kubmetr qum-çınqıl,
5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 kubmetr/gün mineral su, 12 428 min kubmetr tikinti daşı, 1 901 min kubmetr üzlük daşı və 4 473 min kubmetr sement
xammalı. Kəlbəcərlə
eyni taleyi yaşamış Zəngilanda
isə 1993-cü ilədək
tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları -
6,52 ton qızıl,
10,75 ton gümüş,
2 942 min ton mis konsentratı, 29 milyon m3 inşaat daşı, 14 milyon m3 çınqıl, 6 618 min
m3 üzlük
daşı,
1,1 milyon m3 gil,
2,5 milyon m3 qum, gündəlik ehtiyatı
18000 m3/gün
yeraltı içməli
su və 129 833 min ton soda
üçün əhəng
materialı var idi. 1990-ci illərdə ermənilərin ələ
keçirdikləri Qubadlı,
Laçın və digər əraziləmiz də təbii sərvətləri ilə
olduqca zəngindi.
Erməni işğalçıları
həmin faydalı yataqları uzun illər intensiv istismar etdilər. Qəsbkarlar tərəfindən
on illər ərzində təbii sərvətlərimiz vəhşicəsinə
talanaraq daşınıb
aparıldı. Təəssüf
ki, Azərbaycanın təbii sərvətlərini
istismar etməkdə erməni işğalçılarına
onların qapı açdıqları bəzi
xarici şirkətlər
və investorlar yaxından kömək etdilər.
2020-ci ildə Vətən
müharibəsi Azərbaycanın
Zəfəri ilə başa çatdı. Böyük qələbədən
sonra otuz ilə yaxın işğalda qalmış
ərazilərimizdəki və
yenidən dövlətimizin
nəzarəti altına
qaytarılan yataqlarda monitorinqlərin həyata keçirilməsinə başlanıldi.
Ermənistanın otuz
il ərzində Azərbaycan dövlətinə
və xalqına vurduğu maddi və mənəvi ziyan saya-hesaba gəlməz dərəcədə
böyükdür. Erməni
işağlının başa
çatdığı vaxtdan
keçən müddət
ərzində buna daha da əmin
oluruq.
Təsəlli verən,
sevindirən odur ki, Qarabağ və Şərqi Zəngəzur torpaqları
artıq azaddır. Və indi həmin
ərazilərdə Böyük
Qayıdış Proqramı
çərçivəsində misilsiz işlər həyata keçirilir. Erməni vandallarının
vəhşi əməllərindən
qurtulmuş təbiət
də rahat nəfəs alır.
Təcavüzkar ermənilər
işğal müddətində
Qarabağ və Şərqi Zəngəzurun
qədim meşələrinə,
saf su hövzələrinə
belə qənim kəsilmişdilər. Nadir
ağacları kəsib
aparırdılar. İndi
həmin yerlərdə
yeni meşə zolaqları salınır.
Oktyabrın 24-də Laçın şəhərində
keçirilən Azərbaycan
Respublikasının işğaldan
azad edilmiş ərazilərində məsələlərin
mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün
yaradılmış Əlaqələndirmə
Qərargahının nəzdində
fəaliyyət göstərən
İdarələrarası Mərkəzin
Ekoloji məsələlər
üzrə İşçi
qrupunun iclasında Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
şöbə müdirinin
müavini, İdarələrarası
Mərkəzin Katibliyinin
rəhbəri Nüsrət
Süleymanov İdarələrarası
Mərkəzin işi
ilə bağlı, eləcə də "Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı" çərçivəsində
Şərqi Zəngəzurda
həyata keçirilən
layihələr, Laçın
şəhərinə əhalinin
köçürülməsi və işlə təmin olunması ilə bağlı görülən işlər,
hazırda icrası davam edən və planlaşdırılan
genişmiqyaslı infrastruktur
layihələrinin icra
vəziyyəti barədə
ətraflı məlumat
verdi. İşçi
qrupun rəhbəri, ekologiya və təbii sərvətlər
nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən
Laçın rayonu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən
meşəbərpa və
yeni yaşıllıq
sahələrinin salınması
tədbirləri, xüsusi
mühafizə olunan təbiət ərazilərinin
fəaliyyətinin yenidən
bərpası istiqamətində
həyata keçirilən
tədbirlərdən danışdı.
Bildirildi ki, işğal dövrünə
qədər rayon ərazisində qeydə alınmış 40 filiz və qeyri-filiz faydalı qazıntı yatağından 36-nın monitorinq
və təftişə
cəlb edilərək
ehtiyatları yenidən
qiymətləndirilib.
İşğaldan azad
edilmiş ərazilərdə
ekosistemin bərpası
məqsədilə meşəbərpa,
yeni yaşıllıq
sahələrinin salınması,
xüsusi mühafizə
olunan təbiət ərazilərində infrastrukturun
bərpası tədbirləri
ilə yanaşı, fauna növlərinin reintroduksiyası layihələri
də həyata keçirilir. Bu məqsədlə Laçın
rayonu ərazisinə
5 şahin quşu və 4 baş Şərqi Qafqaz turu, eləcə də Həkəriçay
hövzəsinə 33 500 forel
və çəkicinsli
(ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb.
Laçın rayonunda
3600 ədəd müxtəlif
cinsli ağac tingi əkilib və 100 kiloqram palıd toxumu səpilib. İşğaldan
azad edilmiş ərazilərdə ümumilikdə
160 hektar sahədə
124 mindən çox ağac tingi əkilib, 3000 kiloqram palıd və Şərq çinarı
toxumu səpilib, salınmış yaşıllıqların
suvarılması məqsədilə
damcılı suvarma sistemi quraşdırılıb.
Həmçinin "Böyük
Qayıdış I Dövlət
Proqramı"nda 2024-2026-cı illərdə Laçın
rayonunda 195,0 hektar meşə fondu sahəsində meşəbərpa
tədbirləri planlaşdırılır.
"Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı" çərçivəsində
meşəbərpa, yeni
yaşıllıq sahələrinin
salınması ilə
yanaşı, Laçın
Dövlət Təbiət
Yasaqlığının və
Qaragöl Dövlət
Təbiət Qoruğunun
bərpası tədbirləri
nəzərdə tutulur.
Qeyd edək ki, Qarabağın, Şərqi Zəngəzurun
təbii gözəlliklərinin
özünə qaytarılması
həmin ərazilərdə
turizmin inkişafına
da yol açacaq.
İşğaldan azad
olunmuş rayonların
faydalı qazıntılarının,
eləcə də turizm sahəsinin inkişafının Azərbaycan
iqtisadiyyatının inkişafında
mühüm rol oynayacağı şübhəsizdir.
Bölgədə yeni
iş yerlərinin açılması, yeni müəssisələrdə çeşidli
sənaye məhsulları
istehsalına başlanılması
ölkəmizin ixrac imkanlarının daha da genişlənməsinə
şərait yaradacaq.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
26 oktyabr, № 234- S.11.