Qarabağda
və Şərqi Zəngəzurda iqtisadi sıçrayış baş
verəcək
Ekspert və iqtisadçı alimlərin
böyük bir qismi belə qənaətə gəlir
ki, Qarabağın erməni işğalından
tam azad edilməsi Azərbaycan iqtisadiyyatının inkişafında
mühüm rol oynayacaq. Ən maraqlı fakt odur ki, ötən
3 il ərzində işğaldan azad olunmuş torpaqlarımızı
dirçəltmək üçün
sərf olunan vəsaitin miqdarı 7 milyard dollara yaxın olmuşdur. Biz görülən böyük quruculuq işləri nəticəsində
keçmiş məcburi
köçkünlərin öz
doğma yurd-yuvalarına
qayıtmasının şahidiyik.
Qarabağ və
Şərqi Zəngəzur
iqtisadi rayonlarında müasir dövrün tələblərinə cavab
verən ən yeni texnologiyalar əsasında güclü
infrastruktur qurulur. Bu ərazilərdə iqtisadi canlanmanın yaranması, innovativ texnologiyaların tətbiqi,
sənaye potensialının
reallaşdırılması və sahibkarlıq fəaliyyəti üçün
güclü iqtisadi stimulun yaradılması davam edir. Bununla
bağlı kütləvi
informasiya vasitələrində
iqtisadçı alimlərin
çıxışlarına rast gəlmək mümkündür.
Belə araşdırmalardan
biri də İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin
(İİTKM) şöbə müdiri Təranə Salıfovaya məxsusdur. O
qeyd edir ki, bütün Qarabağda bayrağımızın
ucaldılması ölkə
iqtisadiyyatına xüsusi
töhfə verəcək.
T.Salıfovaya görə,
son bir ay
ərzində Qarabağda
baş verənlər,
xüsusilə də Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın
19-20-də 23 saat ərzində
keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirləri bölgədə ölkəmizin
hərbi-siyasi mövqeyini
daha da möhkəmləndirməklə
yanaşı, iqtisadi imkanların da vüsət almasına imkan yaratmışdır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə,
o cümlədən Sərsəng
su anbarında Azərbaycan bayrağını
ucaltması uzunmüddətli
dövr üçün
ölkəmizin iqtisadiyyatının
inkişafına xüsusi
töhfə verəcək:
"Belə ki, adını çəkdiyimiz
rayonların ölkə
iqtisadiyyatına reinteqrasiyası
Qarabağ iqtisadi rayonunda "yaşıl energetika", kənd təsərrüfatı, dağ-mədən
sənayesi, tikinti materialları istehsalı və turizmin inkişafı, eləcə
də səmərəli
nəqliyyat-kommunikasiya infrastrukturunun
inkişafı üçün
yeni imkanlar açır".
İİTKM-nin əməkdaşı
araşdırmasında qeyd
edir ki, Qarabağ iqtisadi rayonunda yerləşən
Sərsəng su anbarı əsasən enerji mənbəyi təyinatlı olmaqla yanaşı, həm də Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarının suvarma suyu ilə təminatında
xüsusi əhəmiyyətə
malikdir. Təxminən
100 min hektar sahənin suvarma suyu ilə təmin
edilməsi regionda kənd təsərrüfatının,
xüsusilə işğaldan
öncəki ənənəvi
sahələrin inkişafını
şərtləndirəcək.
Sərsəng su
anbarı sayəsində
Qarabağ regionunun enerji təhlükəsizliyi
daha etibarlı şəkildə təmin
olunacaq. Qeyd edilən ərazilərdə
mis, molibden və sair faydalı
qazıntı potensialı
ölkənin dağ-mədən
sənayesinin və metallurgiyanın gələcək
inkişafında böyük
rol oynayacaq. Həmçinin inşaat materialları üçün
xammal bazasının mövcudluğu tikinti materialları istehsalına
təkan verəcək.
T.Salıfova belə
hesab edir ki, bu ərazilərin
ölkə iqtisadiyyatına
reinteqrasiyası, eyni zamanda şəhər və kənd yaşayış məntəqələri
arasında qırılmış
nəqliyyat əlaqələrinin
bərpa olunmasına xidmət edəcək. Elektrik, su, qaz,
fiber-optik və sair kommunikasiya xətləri daha səmərəli tərzdə
quraşdırılacaq. Bütünlükdə
avtomobil və dəmir yollarında hərəkətin bərpası
regionun nəqliyyat-logistika
infrastrukturunun inkişafına
şərait yaradacaq.
Qarabağın yol-nəqliyyat
infrastrukturunun ölkənin
ümumi sisteminə qoşulması, nəqliyyat-kommunikasiya
xətlərinin səmərəli
təşkili öz növbəsində yükdaşımaların
həcminin artmasına
və xərclərin
azalmasına, eləcə
də yüklərin daha tez və
təhlükəsiz çatdırılmasına
imkan verəcək.
Reinteqrasiya prosesi
Qarabağ bölgəsinin
keyfiyyətli və rəqabətli turizm xidmətləri potensialını
da artıracaq. Turizmin inkişafı ilə yanaşı, Xankəndi Dövlət Universitetinin beynəlxalq aləmdə reytinqinin artırılması regionun
sürətli inkişafını
şərtləndirəcək. Bu proses ümumi
məhsul buraxılışında,
ixracda və məşğulluqda Qarabağ
iqtisadi rayonunun payının davamlı artımını təmin
edəcək.
Eyni zamanda sahibkarlar üçün
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarına investisiya qoymaq üçün də tətbiq edilən imtiyazlara görə işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il
yanvarın 1-dən 10 il
müddətində mənfəət
(gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən
azaddırlar. Əsas vergi yükünün sahibkarlar üçün
belə əhəmiyyətli
dərəcədə azaldılması
özəl biznesin inkişafına təkan verən ciddi amildir.
İşğaldan azad
edilmiş ərazilərdə
enerji infrastrukturunun və layiqli həyat şəraitinin yaradılması üçün
elektrik, su, qaz, istilik təchizatı
və kanalizasiya xidmətlərinin qurulması
istiqamətində sistemli
tədbirlər həyata
keçirilir. Qeyd olunan və görüləcək işlərin
siyahısını davam
etdirmək də olar. Müharibənin başa çatmasından
çox az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı
bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması
Azərbaycan dövlətinin
sülhə sədaqətini
nümayiş etdirən
başlıca amildir.
Məskunlaşacaq əhalinin
məşğulluq imkanlarının
genişləndirilməsi üçün
məşğulluqyönümlü iqtisadi inkişaf siyasəti davam etdiriləcək, əmək
bazarının tənzimlənməsi
sahəsində mühüm
addımlar atılacaq.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2023.-
26 oktyabr, № 234.- S.12.