Murdar xislət

 

Ermənistanın mina terroru bəşəri cinayətdir

 

"Ermənilər işğal dövründə, eyni zamanda müharibədən sonra şəhər kəndlərimizi tərk edən vaxt bütün ərazilərimizi minalayıblar. Onların bu hərəkətləri müharibə qanunauyğunluqlarına, beynəlxalq hüququn norma prinsiplərinə ziddir, ümumiyyətlə isə insanlığa yaraşmır. Lakin ermənilər öz xislətlərinə uyğun davranaraq, mülki insanlara təbiətə ziyan verməkdən çəkinmirlər. Buna görədir ki, müharibənin başa çatmasından 3 il keçməsinə baxmayaraq, hələ mina xəritələrini Azərbaycana təhvil vermirlər".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat bildirib ki, ermənilər ərazilərimizi minalamaqla həm bütün təbiəti korlayıb, hər şeyi məhv ediblər. Şəhər kəndlərimizdə daşı daş üstə saxlamayan Ermənistan, görünür, 30 il boyunca yalnız mina basdırmaqla məşğul olub. Bu, vandal ermənilərin murdar xislətlərindən bəşəriyyətə qarşı cinayətkar münasibətlərindən xəbər verir.

Deputat deyib ki, Azərbaycan hələ təkcə müharibədən sonra yüzlərlə mina qurbanı verdiyinə görə ermənilərdən çox, onları müdafiə edən, hayları mədəni, məzlum millət kimi qələmə verən ermənipərəst beynəlxalq qurumlar Fransa kimi dövlətlər xəcalət çəkməlidirlər: "Bütün dünya başa düşməlidir ki, ermənilər yazıq məzlum cildinə girmiş vəhşi cinayətkarlardır. Təqdim etdikləri mina xəritələrinin cəmi 25 faizinin doğru olması onların məqsədini ortaya qoyur. Tez-tez xəbər tuturuq ki, ərazilərimizdə minalar, raketlər, silah-sursatlar aşkarlanır. Həm onların bir qisminin istehsalı müharibədən sonrakı illərə aiddir. Bu deməkdir?! 44 günlük müharibə başa çatdıqdan sonra separatçılar hansı yollarla vasitələrlə, kimlərin köməyi ilə ərazilərimizi minalamağa başlayıblar?! İndi görün, qədər insan ermənilərin mina terrorunun qurbanına çevrilib. Hələ bu azmış kimi, minalanmış ərazilərdə neçə-neçə heyvanlar da məhv olur. Görəsən, Ermənistan təbiətə qədər zərər vurduğunun fərqindədir?!"

Elman Məmmədov təhlükəsizliyin qorunmasından ötrü ermənilərin bu məsələ ilə bağlı davamlı ittiham edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə köç sürətlənir hər ay daha çox sakin yurduna qayıdır. Minalardan təmizlənmə işləri qədər sürətli keyfiyyətli aparılsa da, bu, uzun vaxt tələb edən işdir. Ona görə oraya köçən soydaşlarımızın sayı çoxaldıqca risk artır.

Deputat həmçinin vurğulayıb ki, Ermənistana hamilik edənlər elə onların özü qədər günahkardırlar: "Ermənilərin min cür cinayətini müdafiə edən dövlətlərə sual olunur ki, əgər ermənilər, doğrudan da yaxşı millətdirlərsə, onları niyə öz ərazinizdə yerləşdirmirsiniz?! Yaxşı bilirlər ki, əgər onlara qucaq açsalar, çox keçməz, elə öz başına oyun açacaqlar".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 278 oktyabr, № 236.- S.8.