300 milyardlıq
xarici investisiya
Bu, ölkəmizin iqtisadi yüksəlişinin yalnız
bir göstəricisidir
Prezident İlham
Əliyev Qaradağ Günəş-Elektrik Stansiyasının
rəsmi açılış
mərasimində çıxışı
zamanı bildirib ki, son 30 il
ərzində Azərbaycana
ümumi investisiyalar
300 milyard ABŞ dollarından
çox olub.
Dövlət başçısı,
həmçinin deyib ki, bunun təqribən
200 milyard ABŞ dolları
qeyri-neft sektorunun payına düşür.
Bu, ölkəmizin xarici investisiyalar üçün çox açıq olduğunu göstərir. Həmçinin
bir daha aydın olur ki, Azərbaycan iqtisadiyyatı həyata keçirilən uğurlu
siyasət nəticəsində
dinamik inkişaf edir.
Mövzu ilə
bağlı qəzetimizə
danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev bildirib ki, bu rəqəm
Azərbaycanın son
30 ildə iqtisadi inkişafını xarakterizə
edən göstəricilərdən
biridir. İnvestisiyaların
həcminin yüksək
olması Azərbaycana
qlobal aləmdə göstərilən böyük
inamla bağlıdır.
Ölkəmizdə iqtisadi
artım, siyasi stabillik bu artımın
əsas səbəblərindəndir.
Deputatın fikrincə,
onu da nəzərə
almaq lazımdır ki, son 30 ildə
ölkəmizə cəlb
edilən investisiyaların
67 faizə yaxınının
qeyri-neft sektorunun payına düşməsi
də mühüm əhəmiyyət kəsb
edir. Bu, ondan xəbər verir ki, Azərbaycan
xarici investorlar üçün cəlbedici
ölkədir. Sərmayələrin
neftlə yanaşı,
qeyri-neft sektoruna da cəlb edilməsi
isə təbii ki, digər xarici və yerli investorların bu sahəyə investisiya yatırmasına
imkan yaradıb.
"Qarabağ və
Şərqi Zəngəzur
da son 3 ildə investorların diqqətini çəkir.
Belə ki, orada
müxtəlif sahələrə
məxsus müəssisələrin
inşası bir çox xarici şirkətin marağındadır",
- deyən deputat onu da söyləyib
ki, Azərbaycanda investisiya mühitinin yaxşılaşması ümumiyyətlə,
iqtisadiyyatımızın inkişafına
müsbət təsir
göstərir. İnvestisiya
mühiti yaxşılaşdıqca,
qeyri-neft sektoruna cəlb edilən vəsaitlərin də həcmi artır: "Azərbaycan enerji ölkəsi statusunu qoruyub saxlamaqla yanaşı, neft sektorundan əldə edilən gəlirlərin böyük qismini qeyri-neft sektorunun inkişafına yönəldir.
Yəni ölkəmizdə
qeyri-neft sektorunun daim inkişafda olması öz növbəsində maliyyə
yatırımını sürətləndirir.
Ölkəmizə investisiya
yatırımı ilə
qeyri-neft sektorunun inkişafı paralel şəkildə gedir, həm də bir-birindən asılıdır".
Rüfət Quliyev
əlavə edib ki, ölkəmizə 300 milyard dollarlıq investisiyanın yatırılması
birmənalı şəkildə
Azərbaycan iqtisadiyyatının
potensialını və
növbəti illərdə
inkişaf perspektivini göstərən əsas
faktordur.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
28 oktyabr, № 236.- S.7.