Fransa
indi də erməni abidələri avantürasına başlayır
Koloniolist ölkənin Azərbaycana
qarşı hansısa
iddialar səsləndirməsi
gülüncdür
"Bizim bütün
dini abidələrimiz
düşmən tərəfindən
dağıdılıb. Dünya
30 il ərzində buna səssiz qalıb...
...İndi bəziləri
azad edilmiş torpaqlarda ermənilərin
dini irsi haqqında məsələ
qaldırırlar. Bəs,
bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb?"
2020-ci il dekabrın
23-də Zəngilanda mənfur
düşmən tərəfindən
dağıdılan məscidin
qarşısında çıxışı
zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi,
işğal etdiyi ərazilərimizdə düz
üç onillik boyu tarixi, dini,
mədəni irsimizi vəhşicəsinə dağıdan
Ermənistana dünya
ictimaiyyəti heç
bir təpki göstərməyib.
Azərbaycan dövləti
Ermənistanın bu cinayətlərini dəfələrlə
beynəlxalq platformalarda
qaldırsa da, başda qərəzli Fransa olmaqla, bir çox ölkələr, eləcə
də ikilistandartlarla fəaliyyət göstərən
beynəlxalq qurumlar ermənilərin barbar əməllərini görməzdən
gəliblər, xalqımızın
maddi-mədəni irsinin
məhvinə susqunluq
göstəriblər.
Lakin 44 günlük
Vətən müharibəsindən
sonra bu riyakar ölkə və qurumlar, yenə də neokolonist Fransa başda olmaqla birdən-birə heç bir təhlükə altında olmayan, dağıdılmayan, əksinə
qorunan erməni xalqına məxsus maddi-mədəni irsin
"keşik"çisi cildinə
giriblər, Azərbaycana
qarşı əsası
olmayan ittihamlar səsləndirməyə başlayıblar.
Bu günlərdə
Fransanın mədəniyyət
naziri Rima Əbdül Mələkin
Ermənistana səfəri
zamanı Qarabağ bölgəsindəki tarixi
və mədəni abidələrin təhlükə
altına düşməsi
ilə bağlı iddialar qaldırması və onları qorumaq üçün müxtəlif mexanizmlərin
yaradılmasına çağırış
etməsi də Fransanın Azərbaycana qarşı sistemli şəkildə apardığı
qərəzli siyasətinin
daha bir alçaq nümunəsidir.
Erməni vandalizminin
İrəvan, Qarabağ
və Şərqi Zəngəzur səhifəsi
Son iki əsrlik tarixboyu mənfur ermənilər xalqımıza qarşı
həm də mədəni təmizləmə
siyasəti həyata keçiriblər. Zorla yiyələnmək istədikləri
tarixi ərazilərimizdə
yer adlarımızı,
toponimlərimizi dəyişib,
mədəni, dini irsimizə yiyələniblər,
özününküləşdirə bilmədikləri - əksəriyyəti
dini ocaqlarımız olan - maddi irsimizi
isə dağıdıblar.
Tarixi faktdır
ki, XX əsrin əvvəllərində İrəvan
quberniyası ərazisində
300 məscidimiz qeydə
alındığı halda,
hazırda Ermənistan
ərazisində - İrəvan
şəhərində yalnız
bir məscid - Göy məscid qismən salamat qalıb. Bu məscidin tamamilə dağıdılmaqdan qurtulması
isə məkrli ermənilərin beynəlxalq
ictimaiyyət qarşısında
gözdən pərdə
asmaq məqsədindən
xəbər verir.
Vandal ermənilər
Qarabağ və Şərqi Zəngəzurda
da Azərbaycan xalqına qarşı mədəni soyqırımı
törədiblər.
1990-cı illərin əvvəllərinə olan
statistikaya əsasən,
işğal edilmiş
ərazilərimizdə 2625 abidə qeydə alınıb. Ermənistan
işğal etdiyi ərazilərimizdə yüzlərlə
mədəniyyət müəssisəsini,
o cümlədən 4,6 milyon
kitab fondu olan 927 kitabxananı, 808 mədəniyyət sarayını,
klub və mədəniyyət evini,
85 musiqi və rəssamlıq məktəbini,
100 mindən artıq eksponatın toplandığı
22 muzey və muzey filialını, 4 rəsm qalereyasını,
4 teatr müəssisəsini,
2 konsert müəssisəsini,
8 mədəniyyət və
istirahət parkını,
o cümlədən Füzuli
rayonu ərazisində
dünyanın ən qədim yaşayış
məskənlərindən biri olan Azıx
mağarasını, Şuşa
Dövlət Tarix-Memarlıq
Qoruğunu dağıdıb
vandalizmin qurbanına çevirib.
İşğal dövründə
Qarabağ və Şərqi Zəngəzurda
islam mədəniyyətinə
aid bütün məscidlər, abidələr
dağıdılıb. Yalnız
Ağdam Cümə məscidinin, Şuşa şəhərindəki Aşağı
Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin
divarları salamat qalıb.
Tarixlərini saxtakarlıq
üzərində quran
ermənilərin müxtəlif
dövrlərdə gerçəkləşdirmək
istədikləri əsas
məkrli niyyətlərindən
biri də Azərbaycan ərazilərindəki
Qafqaz alban irsinə yiyələnmək
olub. Buna görə də işğal altında qalan bütün alban məbədlərində
özününküləşdirmə, tarixi faktların saxtalaşdırılması ilə
məşğul olublar.
Bununla da Azərbaycan ərazilərinə
olan iddialarına tarixi don geyindirməyə,
bu saxta faktlarla dünyanı yalanlarına inandırmağa
cəhd ediblər.
Lakin 44 günlük
Vətən müharibəsi
nəticəsində, torpaqlarımızın
işğaldan azad edilməsi ilə erməni vandallığı
ilə üz-üzə
qalmış tarixi, dini, mədəni abidələrimiz də qurtulub, mənfurların tarixi irsimizə yiyələnmək kimi murdar iştahaları gözlərində qalıb.
Koloniolist ölkənin
növbəti zəifliyi
və qərəzi
O da faktdır ki, Azərbaycan ərazisində bütün
xalqlara aid olan abidələri mühafizə və bərpa edir. Eyni zamanda Qarabağda
həyata keçirilən
lokal antiterror əməliyyatından sonra
Qarabağda olan mədəniyyət və
tarixi abidələr dövlətimiz tərəfindən
qorunur. Hətta bu fakt
BMT-nin regiona reallaşdırılan iki
missiyası tərəfindən
də təsdiqlənib.
Fransanın mədəniyyət
naziri Rima Əbdül Mələkin
Ermənistana səfəri
zamanı ölkəmizə
qarşı səsləndirdiyi
iddialara münasibət
bildirən Azərbaycan
Xarici İşlər
Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə
də vurğulayıb
ki, sözügedən
səfər və Azərbaycanın Qarabağ
bölgəsində mədəni
irslə bağlı iddialar Fransa tərəfinin növbəti
zəifliyi və qərəzinin nümunəsidir:
"Azərbaycan öz
ərazilərindəki bütün
mədəni və tarixi abidələrin mühafizəsinin vacibliyini
və bu xüsusda öhdəliklərini
çox gözəl dərk edir. Fransanın başqa xalqlara məxsus tarixi və mədəniyyət sərvətlərini
müsadirə etmiş
ölkə kimi belə iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur. Azərbaycanın antiterror
tədbirlərindən sonra
mədəniyyət və
tarixi abidələrin
təhlükə altında
olması ilə bağlı iddialar əsassızdır və
bu, BMT-nin regiona reallaşdırılan
iki missiyası tərəfindən də
təsdiqlənib".
XİN sözçüsü onu da əlavə
edib ki, təəssüflər olsun
ki, Fransa nə keçmiş Ermənistan-Azərbaycan münaqişəsində
vasitəçi kimi, nə də UNESCO çərçivəsində nüfuzlu ölkə kimi heç vaxt Ermənistan tərəfindən istər
Azərbaycan, istərsə
də Ermənistan ərazilərində mövcud
tarixi, mədəni və dini abidələrin
tamamilə dağıdılmasından
narahatlığını ifadə
etməyib: "Fransa tərəfini Azərbaycanın
daxili işlərinə
qarışmamağa və
bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq".
Fransanın səviyyəsizliyi
Ermənistanı forpostuna
çevirərək Cənubi
Qafqaza soxulmaq istəyən Fransa Azərbaycana qarşı qərəzli və riyakar siyasət həyata keçirir. Gah Avropa Parlamentində
"qətnamə" adı
altında kağız
parçaları qəbul
etdirir, Ermənistanı
silahlandırıraraq müharibəyə
qızışdırır, gah da ali
səviyyədə - yəni,
əslində aşağı
səviyyədə - ölkəmizi
ittiham edən fikirlər səsləndirir.
Amma 30 il ərzində Ermənistanın
ərazilərimizdəki maddi-mədəni
irsi vəhşicəsinə
dağıtmasına kor
olan koloniolist ölkənin Azərbaycana
qarşı hansısa
iddialar səsləndirməsi
yumşaq desək, gülüncdür.
Yaxşı olar
ki, Fransa erməni ağzı ilə yalan çərənləməkdənsə, müstəmləkəçi ölkə
kimi başqa xalqların tarixi, mədəni sərvətlərini
mənimsəməkdən əl
çəksin.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.- 28 oktyabr,
№ 236.- S.11.