Yüksək
texnologiyalar yüksək
nəticələrə xidmət
edir
Azərbaycan gələcəkdə pambıqçılığın
inkişafında daha yaxşı göstəricilər
qazanacaq
Kənd Təsərrüfatı
Nazirliyinin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA)
və Azərbaycanın
Avstriyadakı səfirliyinin
dəstəyi ilə
2021-ci ildən Azərbaycanda
pambıq istehsalı üzrə torpaq, su və qida
maddələrinin idarə
edilməsi ilə bağlı "ağıllı
kənd təsərrüfatı"
təcrübələrinin tətbiqi layihəsinin icrası pambıqçılıqda
məhsuldarlığı hər
hektardan 83 sentnerə çatdırmağa imkan
vermişdir.
Buna sınaq təcrübələrində nüvə
texnologiyalarından istifadə
edilməsi səbəb
olmuşdur. Demək olar ki, layihə
əsasında pambığın
məhsuldarlığı və
lif keyfiyyəti artırılmışdır. Pakistanın
pambıq sortlarının
məhsuldarlıq potensialı
bir hektarda 12 tondur. Beləliklə, torpağın hums qatı yüksək olduğu üçün
"ağıllı kənd
təsərrüfatı"nın tətbiqi sayəsində ölkəmiz yeni uğura imza atmışdır. Pakistandan
gətirilmiş "Cotton
super" növü ilkin mərhələdə
hektarın məhsuldarlığını
83 sentnerə qaldırmağa
imkan vermişdir. Özü də bu, yeganə layihə deyil. Azərbaycanda 10-a yaxın
rayonda sınaq əkinləri aparılmış
və yüksək nəticələr qazanılmışdır.
"Ağıllı kənd təsərrüfatı"
təcrübəsində iştirak
edən fermerlər artıq iki ildir bu layihə
əsasında pambıq
becərir və onlardan bəziləri hektarın məhsuldarlığını
90 sentnerə çatdıra
biliblər.
Fermerlərin gəldiyi
qənaət belədir
ki, "Cotton super" toxumu əsasən xəstəliklərə
və quraqlığa
dözümlü olması
və becərmə zamanı gübrələrə
azalan ehtiyacı ilə seçilir. Fermerlər bu il hər hektardan
9-10 ton civarında məhsul götürməyi
planlaşdırırlar.
Kənd Təsərrüfatı
Nazirliyi bu istiqamətdə ciddi addımlar atır, Atom Enerjisi üzrə
Beynəlxalq Agentliklə
birgə müəyyən
tədbirlər həyata
keçirir. Pambıq,
buğda və çəltik istehsalında
"ağıllı kənd
təsərrüfatı" üzrə beynəlxalq təcrübələrin tətbiqi
müsbət nəticələr
verir və onların genişləndirilməsi
zərurətə çevrilir.
Kənd təsərrüfatı
nazirinin müavini Elçin Zeynalov bildirib ki, nazirliklə
AEBA arasında mövcud
olan sıx əməkdaşlığın konturları kənd təsərrüfatının müxtəlif
sahələrini əhatə
edir.
Qeyd edək ki, 2018-2019-cu illərdə
nüvə texnologiyalarının
tətbiqi ilə pambığın məhsuldarlığının
artırılması istiqamətində
birinci layihə üzrə xəstəliklərə,
quraqlığa və
şoranlığa davamlı
mutant pambıq xətləri yaradılıb
və həmin xətlər artıq yeni pambıq sortlarının yaradılması
üzrə seleksiya proqramlarına daxil edilib. İkinci layihənin məqsədi qlobal istiləşmə şəraitində Azərbaycanda
pambıq istehsalının
genişləndirilməsi üçün
iqlim əsaslı
"ağıllı kənd
təsərrüfatı" təcrübələrinin inkişaf
etdirilməsi və yayılmasıdır. Ölkədə
"Smart Agro: Kənd
təsərrüfatında innovasiyaların təbliği",
"Ağıllı əkinçilik"
və gələcəyin
dəqiq kənd təsərrüfatı", "Daha yaxşı dünya üçün dayanıqlı kənd təsərrüfatı" mövzularında
araşdırmaların aparılması
və müasir dünya təcrübəsinin
sınaqdan keçirilməsi
daim diqqət mərkəzindədir. Belə
ki, iqlim dəyişikliyi və qlobal istiləşmə fonunda torpaq və su resurslarından
səmərəli istifadənin
təşkili aqrar sektorda innovasiya və texnologiyaların daha geniş istifadəsini zəruri edir. Faktiki olaraq
qlobal təhlükələri
nəzərə almadan
inkişaf mümkün
deyildir. Bu gün dünyada mövcud olan müasir uğurlu təcrübələrin geniş
öyrənilməsi və
tətbiqi, o cümlədən
aqrar texnologiya transferi vacibdir. Kənd təsərrüfatı
mövzusunda keçirilən
sərgilər, elmi-praktiki
konfranslar yeni texnologiyalarla tanışlığa
və onların praktikada geniş tətbiqinə imkan verir. Bu səbəbdən
müxtəlif ölkələrdə,
o cümlədən Azərbaycanda
keçirilən konfranslara,
beynəlxalq kənd təsərrüfatı sərgilərinə
maraq ildən-ilə artmaqdadır. Müasir dünya təcrübəsi
püxtələşdikcə Azərbaycanın kənd təsərrüfatı sektorunda
aqrar innovasiyaların tətbiqi də getdikcə genişlənir.
Məlum olduğu
kimi, "ağıllı
kənd" layihəsinin
başlıca məqsədi
kənd sakinlərinin
daha firavan yaşamasına, onların
daha böyük yeniliklərə və yüksək məhsuldarlığa
nail olmasıdır. Bu, həmçinin kənd əhalisinin şəhərə axınının
qarşısını alan,
kəndlə şəhər
arasındakı fərqləri
minimallaşdıran ciddi
addımdır. Ona görə də yüksək texnologiyalar demək olar ki, "ağıllı kənd"in onurğa sütununu təşkil edir.
"Ağıllı kənd" konsepsiyasına
əsasən, aqrar proseslərin elektronlaşdırılması
istehsal imkanlarını
gücləndirir. Burada
da ən qabaqcıl texnologiyalar və texnotransferlərin tətbiqinə geniş imkan yaranır. Bu sistemin kənd
infrastrukturunun digər
sahələrinə - alternativ
enerji mənbələrinə
və müasir nəqliyyat sisteminə inteqrasiyası yüksək
texnologiyaların daha geniş yayılmasına xidmət edəcək.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2023.-
28 oktyabr, № 236.- S.11.