V.H.Abdullayevin Azərbaycan Respublikasının
Slovakiya Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Vüsal Hacımahmud
oğlu Abdullayev Azərbaycan Respublikasının
Slovakiya Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri
təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
28 oktyabr, № 236.- S.2.