A.B.Məmmədovun
Azərbaycan Respublikası
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi
İdarə Heyətinin
sədri vəzifəsindən
azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Arif Baloğlan
oğlu Məmmədov
Azərbaycan Respublikası
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi
İdarə Heyətinin
sədri vəzifəsindən
azad edilsin.
2. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
28 oktyabr, № 236.- S.2.