Azərbaycanın
xarici işlər naziri Türkiyənin Anadolu Agentliyinə müsahibə verib
Oktyabrın 27-də Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov
Türkiyənin aparıcı
media qurumlarından olan Anadolu Agentliyinə
müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Anadolu
Agentliyinin Türkiyə
Respublikasının 100 illiyi
layihəsi çərçivəsində
reallaşdırılan müsahibədə
nazir Ceyhun Bayramov Türkiyə Respublikasının 100-cü ildönümü
ilə bağlı səmimi təbriklərini
çatdırıb, qeyd
olunan tarixin yalnız Türkiyə üçün deyil, bütün Türk dünyası üçün
çox əhəmiyyətli
bir tarix və qürur mənbəyi olduğunu bildirib. Türkiyənin bu gün müxtəlif
istiqamətlərdə bütün
dünyaya liderliyini nümayiş etdirən, beynəlxalq səviyyədə
strateji tərəfdaşlarının
sayını artıran,
ölkə tarixinin bəzi mərhələlərində
açıq-aşkar xarici
təhdidlərlə üzləşməsinə
baxmayaraq bütün bu çətinlikləri qürur duyacaq şəkildə dəf edən bir dövlət
olduğunu qeyd edib. Qardaş Türkiyənin dünyanın
aparıcı güc mərkəzləri tərəfindən
qəbul olunan və hörmət edilən nadir ölkələrdən biri
kimi bu gün
beynəlxalq miqyasda uğurlu vasitəçilik
siyasəti həyata keçirdiyini diqqətə
çatdırıb.
Müsahibəsində nazir Ceyhun Bayramov
son illərdə sürətlə inkişaf
edən Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan
müttəfiqlik əlaqələri
barədə fikirlərini
bölüşüb. Türkiyənin
ölkəmizin müstəqilliyini
ilk tanıyan ölkə olduğunu məmnunluqla xatırladan nazir qardaş ölkə ilə mövcud tarixi, mədəni, milli və dini bağlılıqlardan
söz açıb.
Ulu Öndər
Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarına
istinad edən nazir Ceyhun Bayramov
strateji tərəfdaşlıq
səviyyəsindən müttəfiqlik
səviyyəsinə yüksələn
münasibətlərin arxasında
xalqlarımızın iradəsinin,
liderlərimizin qardaşlıq
münasibətlərinin dayandığını,
Türkiyənin siyasi
və mənəvi dəstəyinin daima gücümüzə güc
qatdığını xüsusilə
vurğulayıb.
Müsahibəsində Şuşa Bəyannaməsinin
əhəmiyyətinə toxunan
nazir qeyd olunan sənədi iki ölkə arasında bütün istiqamətlərdə fəaliyyətin
yol xəritəsi kimi xarakterizə edib, bu xüsusda
reallaşdırılan mühüm
nəqliyyat layihələri,
mövcud əməkdaşlıq
perspektivlərindən söz
açıb.
Həmçinin müsahibəsində
nazir Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasında bir-birinə qarşılıqlı dəstək
məsələlərinə toxunaraq ölkələrimizin
Türk Dövlətləri
Təşkilatı çərçivəsində
fəal rolundan, üçtərəfli və
dördtərəfli əməkdaşlıq
platformalarında genişlənən
əməkdaşlığımızdan bəhs edib.
Nazir Şuşa
Bəyannaməsinin həyata
keçirilməsi ilə
mövcud imkanların
daha da genişləndiriləcəyinə
əminliyini ifadə edib.
Anadolu Agentliyinin Türkiyə Respublikasının 100 illiyi layihəsi çərçivəsində reallaşdırılan müsahibə barədə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür: Anadolu Agentliyi, XİN-in rəsmi "YouTube" səhifəsi.
Azərbaycan.-2023.- 28 oktyabr, № 236.- S.2.