Heydər
Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan
Dram Teatrının yeni binasının təməli qoyulub
Gürcüstanda səfərdə
olan Azərbaycan Respublikasının Baş
naziri Əli Əsədov oktyabrın
27-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birlikdə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar
Azərbaycan Dram Teatrının yeni binasının təməlinin
qoyulması mərasimində
iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, təməlqoyma
mərasimində çıxış
edən Baş nazir Əli Əsədov Azərbaycan və gürcü xalqlarının əsrlər
boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma
şəraitində yaşamasını
şərtləndirən əsas
amilin tarixi köklərə söykənən
mədəni əlaqələr
olduğunu vurğulayıb.
Bildirib ki, həm Azərbaycanda, həm də Gürcüstanda tarixən
xalqlarımızın milli-mənəvi
dəyərlərinə, mədəniyyətinə,
dilinə, dininə, incəsənətinə, ədəbiyyatına
böyük hörmət
və xüsusi rəğbət bəslənilib.
Azərbaycanın bir çox görkəmli xadimləri, böyük şəxsiyyətləri - Mirzə
Fətəli Axundzadə,
Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski Gürcüstanda
yaşayıb-yaratmış, əbədiyyətə qovuşmuşlar.
Eynilə Gürcüstanın
bir çox mədəniyyət və
incəsənət xadimləri,
görkəmli şəxsiyyətləri
Azərbaycanda fəaliyyət
göstərmiş, ictimai
və mədəni həyatımıza mühüm
töhfələr vermişlər.
1872-ci ildə Tbilisi
Dövlət Peşəkar
Azərbaycan Dram Teatrının fəaliyyətə
başlamasını ölkələrimiz
arasında əsrlərə
dayanan mədəni əlaqələrin daha bir göstəricisi olduğunu vurğulayan Baş nazir deyib: “Teatrın uzunmüddətli fəaliyyəti
dövründə gürcü,
Azərbaycan və dünya ədəbiyyatı
klassiklərinin ölməz
əsərləri böyük
uğurla səhnələşdirilib.
Bu gün Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan
Tbilisi Dövlət Peşəkar Azərbaycan
Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir. Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi
ilə bağlı qərarı çox yüksək qiymətləndiririk”.
Ulu Öndər
Heydər Əliyevin Gürcüstana isti münasibətindən danışan
Əli Əsədov bildirib: “Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə
həmişə qonşu
dövlətlərə dost
münasibəti göstərib.
O ki qaldı Gürcüstan, bu, bir xüsusi haldır. Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Gürcüstana və gürcü xalqına böyük hörmət bəsləmiş, xüsusi
diqqət və qayğı ilə yanaşmışdır. Dəfələrlə
Gürcüstanda səfərdə
olmuş Heydər Əliyevin Gürcüstanın
ovaxtkı rəhbəri
mərhum Eduard Şevardnadze ilə qarşılıqlı etimada
əsaslanan möhkəm
dostluq münasibətlərini
hamımız yaxşı
xatırlayırıq. Məhz
onların liderliyi sayəsində ölkələrimizin
siyasi, iqtisadi, mədəni-humanitar və
bütün digər sahələrdə münasibətlərinin
inkişafının möhkəm
təməlləri qoyulmuşdur.
Hər iki liderin siyasi karyerası unikallığı
ilə seçilirdi və oxşar tarixi hadisələrlə
yadda qalmışdır.
Belə ki, onlar ikinci dəfə
öz xalqlarının
tələbi ilə artıq müstəqil dövlətin rəhbəri
kimi siyasi fəaliyyətlərini davam
etdirmişlər. Ölkələrinə
rəhbərlik dövründə
digər sahələrlə
bərabər onlar öz xalqlarının milli-mənəvi dəyərlərinə,
dilinə, dininə, mədəniyyətinə, incəsənətinə,
musiqisinə xüsusi
diqqət, qayğı
və həssaslıqla
yanaşmış, bu
irsin qorunması və inkişaf etdirilməsi üçün
əllərindən gələni
əsirgəməmişlər. Onu da xüsusi
qeyd edim ki, Heydər Əliyev gürcü incəsənətinin, ədəbiyyatının,
musiqisinin, kinosunun böyük pərəstişkarı
idi”.
Müasir dövrdə
Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin bizə miras qalan zəngin tarixi ənənələri
yaşatdıqlarını, demokratiya yolu ilə inkişaf edən müstəqil dövlətlərimizin milli
maraqlarını qoruyaraq
onları daha böyük nailiyyətlərə
doğru apardıqlarını
vurğulayan Baş nazir təməli qoyulan teatrın peşəkar kollektivinin burada yaradılacaq gözəl şəraitdən
layiqincə istifadə
edəcək, yeni layihələrlə və
tamaşalarla Tbilisinin
mədəni həyatında
fəal rol oynayacağına ümidvar
olduğunu bildirib. Qeyd edib ki,
bu, Azərbaycan-Gürcüstan
mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin
möhkəmlənməsinə, xalqlarımızın bir-birinə
daha da yaxınlaşmasına
töhfə verəcək.
“Əminəm ki,
bu teatr mədəniyyət və
incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də tarixi, qədimliyi və müasirliyi özündə mükəmməl
şəkildə sintez
edən Tbilisi şəhərinin görkəminə
xüsusi gözəllik
verəcək və Gürcüstan paytaxtının
mədəni ocağına
çevriləcək. Əlamətdar
haldır ki, Heydər Əliyevin adını daşıyan
bu mədəniyyət
ocağının yeni
binasının təməlqoyması
məhz cari ilə - Azərbaycan xalqının Ümummilli
Liderinin anadan olmasının 100-cü ildönümünə
təsadüf edir. Heydər Əliyevin bu mötəbər yubileyi münasibətilə
Gürcüstanda da silsilə tədbirlər keçirilmişdir. Ulu Öndərin əziz xatirəsinə göstərilən
hörmət və ehtirama görə öz adımdan, Azərbaycan hökuməti
və xalqı adından hörmətli cənab Baş nazir İrakli Qaribaşviliyə, Gürcüstan
hökumətinə və
xalqına təşəkkürümü
ifadə edirəm”, - deyə Baş nazir Əli Əsədov xüsusi vurğulayıb.
Azərbaycanda da
hər zaman olduğu kimi, Gürcüstanın görkəmli
şəxsiyyətlərinin xatirəsinə böyük
hörmət və ehtiramla yanaşıldığını
qeyd edən Baş nazir bu günlərdə Gəncədə görkəmli
gürcü şairi Nikoloz Barataşvilinin bir zamanlar yaşayıb-yaratdığı
və çalışdığı
binanın önünə
xatirə lövhəsinin
vurulduğunu, Qax rayonunda fəaliyyət göstərən Gürcü
Dövlət Dram Teatrına böyük gürcü ədibi İlya Çavçavadzenin
adının verildiyini
xatırladıb.
Baş nazir İrakli Qaribaşvili bildirib ki, Gürcüstanda
Azərbaycan teatrının
böyük tarixi var. Gürcüstanda ilk Azərbaycan teatrı 1872-ci ildə yaradılıb. O, Azərbaycan
xalqının Ümummilli
Lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar
Azərbaycan Dram Teatrının müasir üslubda yeni binasının təməlinin
qoyulmasının əhəmiyyətini
xüsusi vurğulayaraq
qeyd edib: “Bu gün hamımız
sevinirik ki, teatrın yeni, müasir binasının təməli qoyulacaq və tezliklə daha əzəmətli bina tikiləcək. Bununla da paytaxtımızın
mədəni həyatına
daha bir əlamətdar məkan əlavə olunacaq. Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar
Azərbaycan Dram Teatrının yeni binasının təməlinin
qoyulması Gürcüstan
və Azərbaycan arasında möhkəm dostluğun və əməkdaşlığın sübutudur”.
Prezident İlham Əliyevin bir neçə gün əvvəl Gürcüstana səfərini xatırladan Baş nazir deyib: “Bu səfər çərçivəsində çox səmərəli görüşümüz və müzakirələrimiz oldu. Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgini birlikdə ziyarət etdik. Bu il Azərbaycanda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Məhz bu çərçivədə biz bu gün Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlini qoyuruq. Mən Baş nazir Əli Əsədova da təşəkkür etmək istəyirəm. Tbilisiyə gəldiyiniz və 4-cü İpək Yolu Beynəlxalq Forumunda iştirak etdiyiniz üçün minnətdaram. Biz bunu çox yüksək qiymətləndiririk”.
Azərbaycan.-2023.- 28 oktyabr, ¹ 236.- S.3.