Van At
NQUYEN: Heydər Əliyev
Vyetnamın birləşməsindən
sonra ölkəmizi ilk ziyarət edən ən yüksəkvəzifəli şəxs
idi
Görkəmli dövlət
xadimi Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü,
SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini kimi yüksək vəzifədə
çalışdığı dövrdə təkcə kurasiyasında olan sahələrin inkişafı
ilə deyil, həm də zamanında dünya siyasətinin formalaşmasında
böyük rol oynayan SSRİ-nin xarici ölkələrlə,
xüsusən də sosialist dövlətlərlə
münasibətlərin tənzimlənməsində
xüsusi xidmətləri
var.
Bu xüsusda Heydər Əliyev təkcə SSRİ-yə
gələn nümayəndə
heyətləri ilə
görüşlərlə kifayətlənməyib, xarici
ölkələrə də
səfərlər edib.
Bu günlər Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində
çalışarkən Vyetnama
ilk xarici səfərinin 40 ili tamam olur. Böyük
nümayəndə heyəti
ilə Vyetnama səfər edən Heydər Əliyev bir sıra görüşlər
keçirib. SSRİ ilə
Vyetnam arasında iki ölkəni narahat edən məsələlər müzakirə
olunub. Əslində, həmin səfərin Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti
var idi. Çünki əzablı
Fransa işğalından,
ABŞ ilə qanlı
müharibədən sonra
təzəcə sabitlik
və inkişaf yoluna qədəm qoyan Vyetnam regionda
gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi.
Belə bir məqamda Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük
dəstək ifadə
edirdi. Danışıqlarda
mühüm siyasi məsələlər, eləcə
də Vyetnama iqtisadi yardım və elmi-texniki kömək göstərilməsi
geniş müzakirə
olunmuşdu.
Səfər çərçivəsində
Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti
sovet mütəxəssislərinin
dəstəyi ilə Hanoyda Qırmızı çayın üzərində
inşa olunan Thanlonq körpüsünün
açılış mərasimində
də iştirak edib. Açılış
mərasimində Ulu Öndərin çıxışını
Vyetnam dilinə tərcümə edən
Van At Nquyen həmin günlərlə
bağlı xatirələrini
AZƏRTAC-la bölüşüb:
"Mənə Heydər
Əliyevin başçılıq
etdiyi nümayəndə
heyətini müşayiət
etmək və tərcüməçilik işi
tapşırılmışdı. Həmin vaxtdan 40 il keçib, amma mən bütün
hadisələri xatırlayıram.
Səfərin əhəmiyyəti
çox böyük idi, çünki hələ o vaxta qədər Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi
Komitəsinin yüksəkvəzifəli
şəxslərindən heç
kim Vyetnama səfər etməmişdi.
Heydər Əliyev Vyetnamın birləşməsindən
sonra ölkəni ilk ziyarət edən ən yüksəkvəzifəli şəxs
idi. Mənim ilk təəssüratım
isə onun avtomobildən düşdüyü
andan yarandı. Qarşımda güclü
şəxsiyyət və
siyasətçi görürdüm.
Heydər Əliyev Thanlonq körpüsünün
tikinti işləri ilə maraqlanırdı. Körpüdə görüş
üçün böyük
yığıncaq təşkil
olunmuşdu. Heydər
Əliyevin mərasimdəki
çıxışı onun
ölkəmizə ilk
dəfə gəlməsinə
baxmayaraq, Vyetnam xalqının qəhrəmanlığı
haqqında məlumatlı
olduğunu göstərirdi.
Dedi ki, Vyetnam uzun illər
davam edən müharibələrdən sonra
qalib gəlib və dövlətini qurmağa başlayıb. Heydər Əliyev bədahətən, fasiləsiz
danışırdı. Onun
nitqi 30 dəqiqə çəkdi, amma bu çıxış çox təsirli idi. O, hər kəsdə böyük təəssürat yaratmışdı".
Van At Nquyen Heydər Əliyevin çıxışını bitirəndən sonra onunla səmimi ünsiyyətini də xatırlayır. O, sonradan
başqa işlərdə
çalışsa da,
həmin görüşlər,
Heydər Əliyevin tərcüməçisi olması
qəlbində dərin
izlər buraxıb. Təqaüdə çıxandan
sonra Heydər Əliyevin Vyetnama səfəri və ona tərcüməçilik
etməsi ilə bağlı xatirələrini
daha geniş kütləyə çatdırmaq
üçün yazdığı
məqaləni yerli qəzetdə çap etdirib.
Bu, bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin 40 il əvvəl sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi rol oynayıb.
Azərbaycan.-2023.- 28 oktyabr, № 236.- S.3.