İstanbulda
Azərbaycan XX əsrin
əvvəllərində: müstəqilliyə
aparan yollar adlı monoqrafiyanın təqdimatı olub
Oktyabrın 27-də İstanbulda tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin "Azərbaycan
XX əsrin əvvəllərində:
müstəqilliyə aparan
yollar" adlı monoqrafiyasının təqdimatı
olub. Kitab Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Kitabı türk dilinə tədqiqatçı-türkoloq
Azad Ağaoğlu tərcümə edib.
AZƏRTAC xəbər verir ki, İstanbulun
İbn Haldun Universitetində (İHU) keçirilən
mərasim Azərbaycanın
İstanbuldakı Baş
konsulluğu və bu ali təhsil
müəssisəsinin Heydər
Əliyev Avrasiya Çalışmaları Uyğulama
və Araşdırma
Mərkəzi tərəfindən
təşkil olunub.
Tədbirdə çıxış
edən baş konsul Nərminə Mustafayeva Azərbaycanın
müstəqillik uğrunda
keçdiyi çətin
yol və bunun nəticəsində Şərqdə ilk demokratik respublikanın məhz ölkəmizdə
yaranmasından danışıb.
Bildirilib ki, ömrünün qısa olmasına baxmayaraq, Azərbaycan Demokratik Respublikası bizim bugünkü həyatımıza
çox böyük təsir göstərdi, bizdə müstəqilliyə,
azadlığa, inkişafa
ümid yaratdı.
Ulu Öndər
Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz
xidmətlərini xüsusi
qeyd edən baş konsul ölkəmizin dünyaya tanıdılması, beynəlxalq
səviyyəyə yüksəlməsinin
məhz Ümummilli Liderimizin başlatdığı
siyasi yolun nəticəsi olduğunu deyib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən
bu siyasət uğurla davam etdirilib və nəticədə Azərbaycan
öz gücünə
30 il sonra ərazi bütövlüyünü
tam təmin edib və bu,
müstəqil Azərbaycanın
yeni dövrünə
yeni üfüqlər
açıb. Çıxışında
tarixboyu Türkiyənin
Azərbaycan xalqı üçün xüsusi
əhəmiyyət kəsb
etdiyini deyən Dilarə Seyidzadə bildirib ki, bu
birliyin ən gözəl təzahürü
Ulu Öndərimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamında özünü
tapıb.
Gənclik illərini
xatırlayan professor ömrünün bu dövrünü Heydər
Əliyevin köməkçisi
olaraq keçirdiyini özünə şərəf
hesab etdiyini deyib. Tarix elminin
həyatımızdakı rolundan
danışan Dilarə
Seyidzadə, Ümummilli
Liderimizin sadəcə
öz tariximizi mükəmməl bilməsi
ilə kifayətlənmədiyini,
getdiyi hər bir ölkənin tarixini də öyrəndiyini söyləyib.
Professor gənclərə
yalnız Azərbaycanın
deyil, dünya tarixini yaxından öyrənməyi tövsiyə
edib.
Qeyd edilib ki, dörd dildə
nəşr olunan kitab XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycan
xalqının müstəqillik
uğrunda mübarizəsinin
mühüm dövrlərindən
bəhs edir.
Nəşrdə bildirilib
ki, islahatlardan sonrakı bu dövrdə çar Rusiyasında baş verən əsaslı ictimai-siyasi və iqtisadi dəyişikliklər
məcrasında Azərbaycanda
əmələ gəlmiş
sahibkarların görkəmli
nümayəndələri, onların ideoloqları və ziyalılar bütün imkanlardan istifadə edərək xalqın milli mənlik şüurunun oyanması, maariflənməsi,
siyasi mədəniyyət
səviyyəsinin yüksəlməsi,
vətəndaşlıq hüquqlarını
tam əldə etməsi üçün
mübarizəyə başçılıq
etdilər.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün zəmin hazırlamış bu dövrün tədqiq olunduğu kitabda XX əsrin əvvəllərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərin geniş mənzərəsi öz əksini tapıb, mükəmməl və hərtərəfli təhlil olunub.
Azərbaycan.-2023.- 28 oktyabr, № 236.- S.3.