Qafqazın
ən böyük günəş-elektrik stansiyası
Xarici investisiya cəlb edilməklə reallaşdırılan
sənayemiqyaslı ilk
müəssisədə ildə
500 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək
Oktyabrın 26-da açılışı
olan Qaradağ Günəş-Elektrik Stansiyası
əhəmiyyətinə görə
xüsusi diqqət çəkir. Azərbaycanın
Energetika Nazirliyi ilə Birləşmiş
Ərəb Əmirliklərinin
"Masdar" şirkəti
arasında investisiya, enerji alqı-satqısı
və ötürücü
şəbəkəyə qoşulma
ilə bağlı müqavilələrə əsasən,
2022-ci ilin mart ayında əsası qoyulan stansiya artıq istifadəyə verildi.
Bu, ölkəmizdə
xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı
ilk günəş-elektrik
stansiyasıdır. 230 MVt
gücündə olan
stansiyada hər il 500 milyon kilovat-saat
elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb.
Ümumiyyətlə, Azərbaycan son illər "yaşıl enerji" sahəsində də böyük layihələrin təşəbbüskarı
kimi çıxış
edir. Alternativ enerji potensialına malik ölkəmizdə günəş, külək,
hidro-elektrik stansiyaları
mövcuddur. Bunun nəticəsidir ki, "yaşıl enerji" zonasına çevrilən ərazilərimizin
sahəsi getdikcə genişlənir.
Azərbaycanın bərpaolunan
enerji sahəsindəki
potensialı xarici şirkətləri, investorları
ölkəmizə cəlb
edir. Mövzu ilə bağlı "Azərbaycan"
qəzetinə danışan
iqtisadçı ekspert
Eldəniz Əmirov qeyd edib ki,
Qaradağ Günəş-Elektrik
Stansiyası Azərbaycanın
alternativ enerji mənbələrinə fokuslanmış
siyasətinin reallaşması
istiqamətində atılmış
addımlardan biridir. Perspektivdə daha böyük layihələrin
icrasının və
stansiyaların açılmasının
şahidi olacağıq:
"Bunun üçün
ölkədə ciddi
potensial var. Ölkəmizdə dünyada
olan alternativ enerji mənbələrinin
əsas 7 növündən 6-sı mövcuddur. Bu baxımdan, imkanlarımız çox
genişdir. Qaradağ
Günəş-Elektrik Stansiyasının
isə ölkə iqtisadiyyatına qatqısı
iqtisadi dividenddən daha çox bu sektoru tətikləyəcək
lokomativ effektə malik olmasıdır".
E.Əmirov qeyd
edib ki, istər Xızıdakı
külək, istər
Qaradağdakı günəş,
istərsə də Cəbrayılda bp-nin icra etdiyi digər
günəş-elektrik stansiyası
xarici investorların ölkəmizdə alternativ
enerji resurslarına yönəlik başlanğıc investisiyalarıdır. Bu, digər investorların da ölkəyə cəlb olunmasına və "yaşıl iqtisadiyyat"ın gələcəkdə
sürətli inkişafına
təkan verəcək.
Buxarestdə Azərbaycan,
Gürcüstan, Rumıniya
və Macarıstanla birlikdə Qara dənizin dibi ilə elektrik kabel xəttinin çəkilməsi ilə
bağlı razılıq
əldə edilərkən
məhz Azərbaycanın
alternativ enerji mənbələri hesabına
istehsal olunacaq elektrik enerjisinin Avropaya ixracı nəzərdə tutulub. Bu məsələdə Gürcüstan da maraqlıdır, çünki
qonşu ölkədə
də alternativ enerji potensialı yüksəkdir. Azərbaycan
bu layihənin təşəbbüskarı kimi
çıxış edib
və ölkəmizin
Avropaya yönəlik əksər layihələrindən
Gürcüstan yararlanıb.
Bu həm Avropaya, həm Gürcüstana, Rumıniyaya,
Macarıstana, həm də digər Şərqi Avropa ölkələrinə yaxşı
perspektivlər vəd
edir.
İqtisadçı bildirib ki, Azərbaycanın
200 qiqavatdan artıq alternativ enerji potensialı var ki, gələcəkdə
bu enerjidən istifadənin reallaşdırılması
imkanları çox genişdir. "İxracın
stimullaşdırılması, həmçinin digər beynəlxalq investorların
ölkəmizə cəlb
olunması istiqamətində
işlər gedir. İstehsal olunacaq enerjinin ixraca yönəldilməsi, eyni
zamanda Zəngəzur dəhzilinin açılması
istiqamətində proseslər
davam edir. Bütün bunlar ixrac üçün çox önəmli məsələlərdir", - deyə o əlavə edib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
28 oktyabr, № 236.- S.7.