Xalqı
hədəflərinə çatdıran
Lider
Bu gün biz böyük bir gələcək qarşısındayıq. Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev həm 44 günlük Vətən müharibəsində, həm
də 23 saatlıq antiterror əməliyyatlarında
ordumuzun gücü ilə yeni bir
tarix yazdı. Xalqını öz milli hədəflərinə
çatdırdı, Azərbaycan
dövləti ən yüksək zirvəsinə
ucaldı, ən qüdrətli mərhələsinə
yetişdi. Qazanılan
bu zəfər, bu nailiyyət möhtəşəm və
qürurludur, ən başlıcası isə
böyük şəxsiyyətlərin
vaxtilə xalqı yetirmək arzusunda olduqları misilsiz milli hədəflərdir.
Artıq qələbə
ilə tamamlanan yeni bir dövr
öz sözünü
deməyə başlayıb.
Dövlət rəhbərimizin
20 il əvvəl xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının
Prezidenti seçildiyi
15 oktyabr günündə
Xankəndidə, şəhərin
mərkəzi meydanında
üçrəngli bayrağımızı
ucaltdığı o an
illərlə qəlbimizdə
yaşamış şirin
arzuların gerçəyə
cevrildiyi gün idi.
Sözü də
imzası qədər
dəyərli olan dövlətimizin başçısı
İlham Əliyev 20 il əvvəl Prezident kimi and içərkən Azərbaycan xalqına verdiyi bütün sözləri tutdu. İllər əvvəl ölkənin taleyini böyük ümidlərlə
ona əmanət etmiş doğma yurdun insanlarının onunla bağlı bütün ümidlərini
doğrultdu. O zaman cənab İlham Əliyevin verdiyi ən böyük söz, üzərinə götürdüyü ən
ağır məsuliyyət,
tarixi reallıqları,
dövrün geopolitik
şərtlərini nəzərə
alsaq, ilk baxışda az qala əlçatmaz kimi görünən ən çətin missiya Azərbaycanın ərazi bütövlüyü
ilə bağlı idi. Dövlətimizin başçısı xalqımıza
milli maraqlarımızı
müdafiə edəcəyini,
Azərbaycanın ərazi
bütövlüyünü qoruyacağını söz
vermişdi. Prezident İlham Əliyev yürütdüyü məqsədyönlü
siyasətlə regionun
lider dövlətinə
çevirdiyi Azərbaycanın
hərtərəfli inkişafına
paralel olaraq bu missiyanı da heç zaman
diqqətdən kənarda
qoymadı. Ölkəsini
hər gün, hər saat öz
müqəddəs məqsədinə
doğru apardı. Hər günün davamlı nailiyyətləri
ilə Azərbaycan xalqını bir gün Xankəndidə dövlət bayrağımızın
dalğalanacağı o müqəddəs
ana yaxınlaşdırdı.
Birnömrəli vəzifə
Ötən iyirmi
il ərzində Prezident İlham Əliyev Azərbaycanı
gücləndirdi, onu müstəqillik yollarında
ilk kövrək addımlarını atan postsovet respublikasından dünya miqyasında özünə layiqli yer tuta bilən,
qlobal proseslərə
geniş təsir imkanlarına malik güclü, dayanıqlı
ölkə statusuna yüksəltdi.
Dövlət rəhbərimizin
də qeyd etdiyi kimi, bu
gün Azərbaycanın
mövqeyi, addımları
nəinki bölgədə,
daha geniş coğrafiyada böyük məna daşıyır.
Azərbaycan bir çox hallarda önəmli təşəbbüslərin
müəllifidir. Ötən
illər ərzində
dövlətimiz getdikcə
yüksələn beynəlxalq
nüfuzu, əhəmiyyəti,
qlobal çevrələrdə
daha həssaslıqla dinlənən səsi ilə Ermənistan-Azərbaycan
münaqişəsinin həlli
üçün güclü
siyasi və hüquqi zəmin formalaşdırdı.
Eləcə də,
güclü iqtisadiyyatla
özünün real müstəqilliyini təmin
etdi. Təkcə son 20 ildə ölkə iqtisadiyyatı
dörd dəfədən
də çox böyüdü. Azərbaycanın
heç bir ölkənin asılılığında
olmaması üçün
güclü iqtisadi təməl quruldu. Bütün sahələrdə
genişlənən imkanlar
ordu quruculuğuna şərait yaratdı. İllərlə görülmüş
işlər sayəsində
Azərbaycan Ordusu təchizatına, döyüş
qüdrətinə görə
dünyanın ən güclü orduları sırasında qərarlaşdı.
Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən
vəzifəni şərəflə
yerinə yetirmək gücündədir. Ordumuz
bunu 2016-cı ilin Aprel döyüşlərində
də, düşməni
kapitulyasiya aktı imzalamağa məcbur qoymuş 44 günlük Vətən müharibəsində
də, cəmi 23 saat içində separatçı yuvasını
darmadağın edən
antiterror tədbirlərində
də nümayiş etdirdi.
İyirmi il bundan əvvəl Azərbaycan bayrağının
o zaman işğal altındakı bütün
ərazilərimizdə, şəhər
və kəndlərimizdə
qaldırılmasını qarşısına bir nömrəli vəzifə
kimi qoymuş Prezident İlham Əliyev ordumuzun gücü, sərkərdə
qətiyyəti ilə
bu vəzifəni uğurla həyata keçirdi.
Müzəffər Ali
Baş Komandanın əmrlərini şərəflə
yerinə yetirən əsgər və zabitlərimiz həm üç il bundan əvvəl, həm son üç
il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror
tədbirləri zamanı
əsl qəhrəmanlıq,
vətənpərvərlik, fədakarlıq salnaməsi
yazdılar. Bu, xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin yetişdirdiyi gənc nəslin gücüdür. Bu nəslin təmsilçiləri
həyata keçirilən
tarixi missiya uğrunda göz qırpmadan ölümə
gedir, illər boyu xalqımıza ağır yaralar vurmuş, sıralarımızdan
minlərlə qurbanlar
aparmış problemin
yeni nəsillərə
qalmasını istəmirdi.
Azərbaycan xalqının
təmsilçiləri olaraq
biz dövlətimizin ərazi bütövlüyü
naminə canını
qurban vermiş şəhidlərimizə, sağlamlığını
itirmiş qazilərimizə
əbədi borcluyuq. Ordumuz qürur mənbəyimiz, şəhidlərimizin
uyuduğu torpaq müqəddəs and yerimizdir.
Əbədi qələbə
44 günlük Vətən
müharibəsi, müharibədən
3 il sonra Qarabağdakı separatçı
yuvasının ömrünə
son qoyan 23 saatlıq antiterror tədbirləri Ermənistanın
xislətini bir daha göstərdi. Məlum oldu ki, xaricdəki havadarlarının dəstəyi
əsasında onillər
boyu sülh danışıqları adı
altında oyun oynayan Ermənistan, əslində, heç zaman Azərbaycana bircə qarış da olsun torpaq
qaytarmaq fikrində olmayıb. Əsas niyyəti münaqişənin
mümkün qədər
uzun müddətə
dondurulmasına, əbədi
xarakter daşımasına,
bu yaranın heç vaxt sağalmamasına yönəlib.
Onlar Azərbaycandakı
yeni nəsillərin zamanla ərazi itkilərini unudacağına,
reallıqlarla razılaşacağına
bel bağlayırdılar.
Yaddan çıxarırdılar
ki, Azərbaycan xalqı heç zaman işğalla barışmayacaqdı. Ölkədə
yetişən yeni nəsil işğal altındakı torpaqlarımızın
azad edilməsini əvvəlki nəsillərdən
ən müqəddəs
missiya kimi qəbul edəcək və bu missiyanı
yerinə yetirməkdən
ötrü hər cür fədakarlığa
hazır olacaqdı. Necə ki Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev 20 il əvvəl bu missiyanı Ulu Öndər Heydər Əliyevin ən böyük ata vəsiyyəti kimi dinləmişdi. Dövlət rəhbərimiz
Ata vəsiyyətini şərəflə yerinə
yetirdi. Ümummilli Lider Heydər Əliyevin yarımçıq
qalmış ən böyük arzusunu reallığa qovuşdurdu.
Heydər Əliyevin anadan olmasının
100-cü ilində, "Heydər
Əliyev İli"ndə
bu böyük dövlət adamının
timsalında bu günləri arzulayan bütün vətənsevər
insanlarımızın ruhunu
şad etdi.
Prezident İlham
Əliyevin oktyabrın
15-də Xankəndinin mərkəzi
meydanında, Azərbaycanın
dövlət gerbi, dövlət bayrağı
altında xalqımıza
müraciət etdiyi o
an bütün dünya azərbaycanlılarının
son əsrlərdəki
ən böyük qürurverici anlarındandır.
Bu əlamətdar bir tarixi hadisədir.
Ali Baş Komandanın bəyan etdiyi kimi, bu
qələbə bizim
tariximizdə əbədi
olacaq. Bizdən sonra gələn nəsillər bu qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Qarabağdakı separatçı
yuvasının dağıdılmasının,
Xankəndidəki xunta
rejiminin ömrünə
son qoyulmasının
1923-cü ildə Azərbaycan
torpağında heç
bir tarixi, coğrafi və siyasi əsası olmayan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının 100-cü ilinə təsadüf etməsi də Azərbaycan xalqının
şanlı qələbəsinin
daha bir rəmzidir. Tarixi ədalətin, bir əsr sonra da olsa, öz
yerini tutmasıdır. Bu 100 il Azərbaycan xalqı üçün çətin sınaqlar əsri oldu. Tarix torpaqlarımızda yuva qurmuş erməni separatçılarının
əli ilə bizi ən ağır
imtahana çəkdi,
min bir acı
yaşatdı, olmazın
əzablar verdi. Dövlət himnimizin misralarında da səsləndiyi kimi, minlərlə can qurban oldu. Böyük
bir şər ordusu ilə başımıza gətirilən
faciələrlə Azərbaycan
təkbaşına qaldı.
Torpaqlarımız işğal
altına düşəndə
heç bir ölkə arxamızda dayanmadı, Türkiyədən
başqa heç bir dövlət mənəvi dəstək
belə göstərmədi.
Onda bütün əsas güclər Ermənistanın arxasında
idi. İşğala məruz qaldığımız
halda işğalçı
ilə bərabər tutulurduq. Haqq səsimizi eşidən yox idi. Torpaqlarımızın
hissə-hissə qoparılması,
xalqımıza qarşı
törədilən soyqırımları,
itkilər, inkişafımıza
mane olmaqdan ötrü böyük güclərin qarşımıza
qoyduqları problemlər
və başqa bu kimi kədərli
reallıqlarla xarakterik
idi. Buna baxmayaraq, yenə də əyilmədik, sınmadıq, mübarizəmizdən
geri çəkilmədik.
Azərbaycan Prezidenti İlham Əliyev bu reallıqları dəyişdi. İki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni
ardıcıl işi,
yüksək diplomatik
fəaliyyəti, "dəmir
yumruğ"un zərbəsi
ilə həll etdi. Bu ağrı-acılarla
dolu əsrin bizlərə öyrətdiyi
əsas həqiqətlərdən
biri də bu oldu ki,
dünyada haqlı sayılmaqdan ötrü güclü olmalısan. Azərbaycan da ötən onilliklərdə
keçdiyi inkişaf
yolu ilə bu gücü qazandı. Haqq səsini dünyaya eşitdirdi və istədiklərini əldə
etdi.
Müdrik seçim
1992-1993-cü illərdə Ermənistanın yanında
duraraq onlara havadarlıq göstərən,
torpaqlarımızın işğalına
təhrik edən, onların işğal əməllərinə bəraət
qazandıran xarici qüvvələr yenə
insan faciələri üzərində öz oyunlarını oynamağa
çalışırlar. Aradan
keçən 30 il, tarixin dərsləri onların xislətində,
apardıqları mənfur
siyasətin məzmununda,
əfsuslar olsun ki, heç nəyi dəyişməyib.
Müstəqil dövlət
olaraq öz taleyinə sahib çıxmaq, inkişaf yolu ilə irəliləmək
istəyən Azərbaycan
kimi ölkələrin
başına Ermənistanın
açdığı min
bir müsibətə,
törətdiyi böyük
faciələrə, dağıdılan
yurdlara, ermənilərin
hər cür vəhşiliklərinə, vandalizmə
açıq-gizli dəstəkləri
ilə bu ölkələr özlərini
necə demokratik dövlət, insan hüquqlarının müdafiəçiləri
kimi təqdim edə bilirlər, təəccüb doğurur.
Əgər belə
qara qüvvələr
qanlı əllərini
Cənubi Qafqaz regionundan çəksələr,
öz təhlükəli
oyunlarını buralardan
kənarlaşdırsalar, region
xalqları yenə də öz aralarında ümumi dil tapıb, sülh içində yaşaya bilərlər. Azərbaycan Prezidenti Xankəndidə bir faktı da xatırlatdı:
Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən
sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr
tamamilə kənara çəkilmişdilər. 1969-cu ildən 1982-ci ilə qədər bu torpaqlarda etnik zəmində heç bir xoşagəlməz hala təsadüf edilməmişdi. Ümummilli
Lider zaman-zaman iki xalqı üz-üzə qoyub qırğınlara yol açmağa çalışan
təxribatçılara, xarici
qüvvələrə bu
imkanı verməmişdi.
Azərbaycanın bütün
bölgələri kimi,
Qarabağı da inkişaf məkanına çevirmişdi. Bu regionda kənd təsərrüfatının inkişafı
üçün 1976-cı ildə Sərsəng su anbarı, Suqovuşan su anbarı inşa edilmişdi. Bölgənin
inkişafına böyük
investisiyalar qoyulmuş,
Ağdamdan Xankəndiyə
dəmir yolu çəkilmiş, burada
ali məktəb yaradılmış, bu gün də Xankəndi şəhərinin
əsas simasını
təşkil edən binalar inşa edilmiş, burada yüksək inkişaf göstəriciləri əldə
olunmuşdu. 1969-1982-ci illərdə
keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin doqquz büro üzvündən
səkkizinin erməni,
birinin azərbaycanlı
olması, Azərbaycanda
erməni dilində qəzetin nəşri Azərbaycanda yaşayan ermənilər üçün
yaradılmış bərabər
imkanlar mühitinin sübutu idi. Təəssüflər olsun
ki, 1987-ci ildə Ulu Öndər Heydər Əliyev SSRİ
rəhbərliyindəki yüksək
vəzifəsindən uzaqlaşdırılandan
sonra erməni millətçilərinin əlinə
fürsət düşdü.
Xarici havadarlarının
çirkin dəstəyi
ilə onlar Azərbaycana qarşı məkrli planlarının
icrasına başladılar.
Azərbaycanın ovaxtkı
rəhbərliyinin vəziyyətə
nəzarət edə bilməməsi, göstərdiyi
qorxaqlıq, acizlik, qətiyyətsizlik problemin
miqyasını gündən-günə
böyütdü. Ermənistandan
Qarabağa durmadan erməni millətçilərinin,
daşnakların, qaniçən
cəlladların, beynəlxalq
terrorçuların axınının
qarşısı vaxtında
alınmadı və bu, qısa müddətdən
sonra xalqımızın
müsibətinə çevrildi.
Azərbaycanlılara qarşı
etnik təmizləmə
siyasəti başlandı.
O dövrdə Azərbaycanın
Heydər Əliyevsiz qaldığı 6 il ölkəmizin faciələr
tarixinə çevrildi.
Müasir tariximizin ən ağır, böhranlı, utancverici illəri kimi keçmişdə qaldı.
Torpaqlarımız işğal
olundu, təlatümlər
burulğanında ölkəyə
rəhbərliyi ələ
keçirmiş təsadüfi
şəxslərin vəzifə
kürsüləri uğrunda
didişmələri Azərbaycanı
böyük fəlakətlərə,
böhrana, parçalanma
riskinə sürüklədi.
Belə sınaq
anında Azərbaycan
xalqı ən doğru qərarını
verərək Ümummilli
Lider Heydər Əliyevi hakimiyyət rəhbərliyinə dəvət
etməsi vəziyyəti
dəyişdi. Ulu Öndərin hakimiyyətə
qayıdışı ölkənin
xilasına çevrildi
və 1993-cü ildən
başlanan dönüş
prosesi Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə
ucaltdığı bayrağımızla
ən böyük hədəfinə yetişdi.
Bir vaxtlar Xankəndidə əyləşib
Bakıya barmaq silkələyən, təhdidlər
edən separatçıların
"liderlərinin" bu
gün Bakıdakı
istintaq təcridxanasında
öz layiqli cəzalarını gözləməsi
müdrik xalqımızın
zamanında etdiyi doğru seçimlərin
təntənəsidir. Bu
seçim yurdumuzun insanlarının onilliklər
ərzindəki bütün
arzularını reallığa
qovuşdurdu və bundan sonra da
qovuşduracaq. Azərbaycan
Prezidentinin rəhbərliyi
ilə addımladığımız
yol Azərbaycanı güclü edən, bizi böyük hədəflərə doğru
aparan alternativsiz yoldur. Yaşadığımız
son tarixi reallıqlar da göstərdi ki, haqqımız olanları almaq, haqqımız olanları qoruyub saxlamaq, möhkəmləndirmək
üçün güclü
olmalıyıq. Əfsuslar
olsun ki, dünyada bizim inkişafımızı istəyənlərin,
haqq işimizdə yanımızda olanların
sayı illər əvvəl olduğu kimi yenə də azdır. Çünki bir çox qlobal güclərin, xüsusən
Qərb dünyasının
dəyərləri çıxdaş
etdikləri ədalətsiz
bir zəmanədə
yaşayırıq. Qərbin
zəfərimizdən sonra
Cənubi Qafqazda yaranmış vəziyyətə,
Azərbaycanla Ermənistan
arasındakı duruma
münasibəti, ölkəmizin
terrorçu-separatçılara qarşı həyata keçirdiyi antiterror tədbirlərinin mahiyyətinə
və nəticələrinə
ədalətsiz yanaşması
bunun daha bir sübutudur. Qərb dairələri tərəfindən əsassız
şəkildə Azərbaycanı
"etnik təmizləmə"
siyasəti həyata keçirən ölkə
kimi təqdim etmək cəhdləri bu dairələrin ədalət prinsiplərindən,
həqiqət dəyərlərindən
nə qədər uzaq düşdüklərini
və bununla özlərini necə eybəcər hala saldıqlarını göstərir. Təəssüf
ki, Avropa Parlamenti, Avropa İttifaqı kimi təşkilatlar, Fransa, Niderland, Almaniya və digər bu kimi ölkələr
tutduqları mövqedə
aydın sezilən bu mənzərəni öz simalarına rəva görürlər. Ermənistana maliyyə və humanitar yardım ara vermir. İşğalçı
ölkənin silahlandırılması
istiqamətində addımlar
atılır. Avropa İttifaqının bu ölkədəki hərbiləşmiş
missiyasının müddətinin
uzadılması ehtimalı
artır. N.Paşinyan
başda olmaqla Ermənistan rəsmilərinə
siyasi reveranslar edilir. Bütün bunlar özünü guya regionda sülhün,
inkişafın olması
marağında göstərən
Qərbin, əslində,
nə qədər ikiüzlülüyünə, riyakarlığına,
ikili standartları öz
əsas dəyərlərinə
çevirməsinə dəlalət
edir.
Amma məşhur
bir atalar sözümüzdə deyildiyi
kimi, "yel qayadan nə aparar?!" Bütün riyakarlıqlara, açıq-gizli
təzyiq və təhdidlərə rəğmən
Azərbaycan öz qətiyyətli mövqeyindədir.
Dövlətimiz getdikcə
güclənir, inkişaf
edir və yeni-yeni nailiyyətləri
ilə sübuta yetirir ki, önümüzü
kəsmək istəyənlər
bizim əzmimizdən daha gücsüz və miskindirlər.
İradə ƏLİYEVA,
Azərbaycan.-2023.-
29 oktyabr, ¹ 237.- S.5.